"TRIZ" öz Vətəninə qayıdır-Məşhur alimlər Bakıda

16:02 06-04-2019 | icon 80 | Təhsil
"TRIZ" öz Vətəninə qayıdır-Məşhur alimlər Bakıda

 

Bakıda ilk dəfə “TRIZ Conference and Workshop 2019” konfransı keçiriləcək.

Aprelin 13-14 tarixlərində Bakı şəhərində Pullman Bakı Otelinin “Auditorium” zalında “Kutvan Project Group”-un təşəbbüsü və təşkilatçılığı ilə “TRIZ Conference and Workshop 2019: The Inventive Method of Problem Solving” konfransı təşkil olunacaqdır. Tədbirdə hökumət nümayəndələri, iş dünyasının, o cümlədən elmi cəmiyyətin nümayəndələri iştirakı edəcək.

Versus.az AzEdu.az-a istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən (ABŞ, İngiltərə, Hollandiya, İsrail, Türkiyə, Hindistan, Latviya, Rusiya) dəvət olunan TRIZ Masterlər və innovasiya sahəsində bir çox uğurlu layihələrə rəhbərlik etmiş mütəxəssislər 2 gün ərzində TRIZ (Теория Решения Изобретательских Задач) nəzəriyyəsi haqqında təqdimatlarla çıxış edəcəklər.

Məruzəçilər haqqında ətraflı məlumatı www.triz.az saytından əldə edə bilərsiniz.

Tədbir iştirakçıları, TRIZ nəzəriyyəsinin müxtəlif fəaliyyət sahələrində tətbiqi imkanları və bu istiqamətdə ölkələrin və şirkətlərin uğur hekayələri haqqında təqdimatlar izləyəcəklər.

Qeyd edək ki, “TRIZ Workshop and Meet-Up 2019” Bakıda, TRIZ-in məmləkətində bu nəzəriyyə ilə bağlı təşkil olunan ilk genişmiqyaslı tədbirdir.

Bu tədbir, hazırda dünyanın qabaqcıl yenilikçi şirkətləri tərəfindən uğurla istifadə edilən TRIZ nəzəriyyəsini Azərbaycanın iş dünyasına və elmi cəmiyyətinə təqdim etmək və bu nəzəriyyəyə maraq oyatmaqla yeni və yaradıcı ideyaların biznesə inteqrasiya olunması, innovasiya əsaslı davamlı inkişafa nail olunması yolunda mühüm töhfələr verəcəkdir.

Biznes dünyası sizdən problemləri innovativ və kreativ şəkildə həll etmənizi tələb edir. TRIZ konfransında iştirak etməklə, hansı sahədə olmağınızdan asılı olmayaraq Yaradıcı Problem Həlletmə üsullarını öyrənəcəksiniz.

Tədbir və bilet satışı haqqında ətraflı məlumatı www.triz.azsaytından əldə edə bilərsiniz.

Qeyd edək ki, TRİZ nəzəriyyəsinin əsası ömrünün 60 ilini Bakıda yaşamış alim Henrix Altşüller tərəfindən qoyulub.

Dünyanın “Rolls Roys”, “Ford”, “Deymler-Krisler”, “Boinq”, “Hevlett Packard”, “Motorola”, “General Elektrik”, “Kodak” kimi məşhur şirkətləri onun nəzəriyyəsindən çox yararlanıb.

 Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI