Zaur Darğallının alternativi yoxdur

10:12 07-04-2019 | icon 89 | Dünya
Zaur Darğallının alternativi yoxdur

Mayın 19-da Gürcüstanda, azərbaycanlıların məskunlaşdığı Marneuli rayonunda növbədən kənar mer seçkiləri keçiriləcək.



Versus.Az avrasiya.net-ə istinadən xəbər verir ki, artıq mer uğrunda mübarizəyə hələ ki, 3 azərbaycanlı qoşulub – Hakim “Gürcü Arzusu” partiyasından Zaur Darğallı, “Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev və müstəqil namizəd olaraq Əli Bədirov.



Keçirilən sorğular və aparılan müşahidələr onu göstərir ki, namizədlər arasında mer postuna ən çox şansı olan Zaur Darğallıdır. Namizədlərin təbliğatına rəsmən icazə verilməsə də, internet resurslarında ayrı-ayrı şəxslər tərəfindən təbliğat prosesinə çoxdan başlanılıb. Namizədlərin sosial şəbəklərində onlar haqqında söylənilən fikirlərdən, fəaliyyətlərinə verilən dəyərdən, eyni zamanda Gürcüstanda yaşayan sosial şəbəkələrdə aktiv olanların paylaşımlarından da açıq-aşkar kimin daha çox səs qazana biləcəyini təxmin etmək olar.



Gürcüsatnın ziyalılarının, ictimai xadimlərinin, media və QHT sektorunun nümayəndələrinin əksəriyyəti bu seçkilərdə Z.Darğallının qeyd-şərtsiz qələbə qazanacağını bildiriblər.



Marneulini Gürcüstan parlamentində təmsil edən deputat Mahir Dərziyev bildirib ki, Z.Darğallı gənc olsa da burada kifayət qədər tanınmış bir şəxsdir. Deputat namizədlər arasında Zaur Darğallının şansını daha yüksək dəyərləndirdi:

“Dediyim kimi, gənc olmasına baxmayaraq, talantlıdır, tanınan isimdir. Ən əsası da onu “Gürcü arzusu” kimi bir partiya dəstəkləyir”.


Hakim “Gürcü Arzusu”ndan olan digər azərbaycanlı deputatlar da Z.darğallının fəaliyyətini dəyərləndirib, onu mer postunda olacağına əminliyini vurğulayıblar.



Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov da bu seçkilərdə Z.Darğallının namizədliyini müdafiə edəcəklərini bildirib. Sədr qeyd edib ki, Z.Darğallı gənc olmasına baxmayaraq, çox işgüzar və bacarıqlı kadrdır:

“O daima soydaşlarımızın yanında olub, onların problemlərinin həll olunmasında bütün imkanlarını səfərbər edib. İnanıram ki, seçicilər Zaur Darğallının fəaliyyətinə yüksək qiymət verib onu özlərinə mer seçəcəklər”.


Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının siyasi katibi İrakli Qaribaşvili isə deyib ki, Zaur Darğallı etnik azərbaycanlıdır və Gürcüstanın layiqli oğullarından biridir.



Onun sözlərinə görə, Z.Darğallı hakim partiyanın komandasında fəal iştirak edir:

“O, hazırda Kvemo Kartli qubernatorunun müavinidir. Zaur Darğallının Kvemo Kartli bölgəsində uğurlu fəaliyyətlə bağlı böyük iş təcrübəsi var. İnanırıq ki, onun Marneuli rayonunda da fəaliyyəti uğurlu olacaq”.

 


Gürcüstanın digər aktiv seçiciləri də bu prosesdə Z.darğallıya səs verəcəklərini qeyd ediblər.

Xatırladaq ki, Zaur Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. Z.Darğallı paralel olaraq 2007-2010-cu illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub.
2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Reqional İnkişaf Aqentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb.



2017-ci ildə Z.Darğallı Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadzenin müavini təyin olunub. O, bu vəzifəyə təyin olunmamışdan öncə Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin müşaviri olub.



Müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi isə Əhməd İmamquliyevdir.
Ə.İmamquliyev də Marneulidə tanınan simalardan biridir, ancaq bir neçə parlament, mer seçkisində iştirak etsə də qalib gəlməyib. 2017-ci ilin oktyabrında Ə.İmamquliyev bir daha özünü Marneuli mer seçkisində sınayıb və 21,33 faiz səs toplayaraq məğlub olub.



Üçüncü şəxsin namizədliyi isə Gürcüstanda gənclərdən ibarət təşəbbüs qrupu tərəfindən irəli sürülən Əli Bədirovdur. Təşəbbüs qrupunda azərbaycanlı və gürcü gənclər təmsil olunub. Ə.Bədirov Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi və hüquq elmləri magistridir. O, yerli azərbaycanlıların hüquqi maarifləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərir



Hələ namizədlərin qeydə alınması prosesinə yekun vurulmayıb. Çox güman ki, daha bir neçə nəfər mer olmaq iddiasında olacaq. Ancaq Marneuli seçicilərinin indidən Z.Darğallını mer seçəcəklərinə ümid etmək olar. Bunu da əsalandıran amillərdən biri onun yüksək təşkilatçılıq qabiliyyətinə, bölgədə böyük nüfuz, hörmət və söz sahibi olması göstərilir.

 

Versus.Az

Xəbər lenti

Üzümü “çürümə” xəstəliklərindən necə qorumalı

Sahədə gəzərkən salxımlar nəzərdən keçirilir və orada rast gəlinən çürümüş gilələr kəsilərək salxımdan kənarlaşdırılır

Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, izahat istənildi

Prezident İlham Əliyev və D.Tuskun məzmunca bir-birindən fərqlənməyən fikirləri olduqca maraqlıdır

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə aparılan danışıqlar da öz səmərəli nəticəsini verəcək"

DTX-nin Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib

Əlləri niyə gündə bir neçə dəfə yuxarı qaldırmaq lazımdır?

Evinizə gələnləri belə qarşılayın - DİZAYN NÜMUNƏLƏRİ

 Niyamdan həmkarlarına sərt cavab

Tarixin simlərində

ABŞ-ın ən gözəl yanğınsöndürəni

Millət vəkili Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinhlə görüşüb

RAİ MeqaFon-u səhvini düzəltməyə məcbur edib 

Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq - RƏSMİ

Dirijor Əyyub Quliyev Azərbaycanı beynəlxalq festivalda təmsil edib

“I Əkinçi Kuboku” mini-futbol turnirinin finalçıları məlum olub

Lökbatanda ticarət mərkəzində oğurluq 

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

Laçınlı məcburi köçkünlərdən BƏYANAT

“Bu infeksion xəstəlik insandan insana keçir”

Riyaz Sarıkahya Fuad Əliyevə başsağlığı verib

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun şəhidləri

Ölmüş insanın şəklini evdə saxlamaq olmaz - SƏBƏB?

ZİYASIZ ZİYALILAR...

Tələbə rektordan diplomunu oynaya-oynaya aldı - QEYRİ-ADİ TƏQDİMAT /VİDEO/

“Səddam rejimi türkçülüklə, dillə bağlı hər şeyi yasaq etdi”

Kəsik qolların harayı və "Amerika idealizmi"

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı