Azərbaycanın müxalifət səhnəsini tərk etməlidir

14:34 08-04-2019 | icon 124 | Siyasət
Azərbaycanın müxalifət səhnəsini tərk etməlidir

Şəksiz lider olmağa çalışan AXCP, nepotik strukturun rəhbəri Cəmil Həsənli,  marginallaşmağa başlamış Müsavat...

 

 

Versus.Az milli.az-a istinadən Elçin Alıoğlunun müxalifətin ümumi mənzərəsini əks etdirən yazını təqdim edir. 

 

Azərbaycanda müxalifətin anormal vəziyyətdə olmasını şərtləndirən bir sıra səbəblər var. Onlar az olmasa da, aralarında ən ciddisi, müxalif düşərgə üçün fəlakətlisi səhvlərdən nəticə çıxarmamaq bacarığıdır. Səhvlərin nə sayı var, nə hesabı və onları sadalayaraq vaxtınızı almaq niyyətində deyil.

Hazırda müxalifət düşərgəsində şəksiz lider olmağa çalışan AXCP və bu qurumun rəhbəri Əli Kərimlinin davranışı, onun açıqlamaları yanlışların təkrarlandığını deməyə imkan verir.

 

"Milli Şura" adlı nepotik strukturun rəhbəri Cəmil Həsənli və ya Arif Hacılının başqan seçilməsindən sonra marginallaşmağa başlamış Müsavatın "ali" funksionerlərinin açıqlamalarını şərh etməyə dəyməz. Aralarında xeyli ləyaqətli, namuslu, savadlı, millətini və vətənini düşünən şəxslərin olduğu sıravi müsavatçılar bilir nələrdən bəhs olunduğunu.

Cəmil Həsənli də həmçinin: yetərincə danışır və hər açıqlamasında, hər müsahibəsində kimliyinin yeni çalarlarını ortaya qoyur.

Maraqsız proseslərdi.

 

 

 "Respublikaçı Alternativ" (ReAl) hərəkatı ilə Azərbaycanın İKT-dəki sabiq səfiri Arif Məmmədov arasında qovğa və bu qovğaya sonradan AXCP legionundakı "tribun"ların qatılması da maraqlı məqamlardan xəbər verirdi.

Arif Məmmədov Facebook-dakı səhifəsində yazıb: "ReAl hərəkatının nümayəndələri Brüsseldə Avropa diplomatları ilə görüşdə Azərbaycan hökumətinin islahatlarını dəstəkləyiblər".

 

O qeyd edib ki, bu barədə ona Avropa İttifaqında işləyən dostu danışıb.

Arif Məmmədovun sözlərinə görə, Avropa diplomatları ilə görüşdə ReAL nümayəndələri deyiblər ki, Azərbaycan Prezidenti İlham Əliyev islahatlar aparmaq istəyir, lakin mühafizəkarlar ona mane olurlar.

Ancaq buna baxmayaraq, dövlət başçısı islahatların anonsunu verib və "böyük siyasi məhbus" qrupunun azad edilməsi bunun başlanğıcı hesab oluna bilər.

 

REAL nümayəndələri diplomatlara onu da deyiblər ki, Azərbaycanda mitinq keçirmək cəhdləri ölkədə aparılan islahatları ləngitməyə və mühafizəkarların xeyrinə əlavə arqumentlər verməyə yönəlib. Eyni zamanda, bəzi müxalif qüvvələrin taktikası Azərbaycanı Suriya ssenarisinə gətirə bilər.

Arif Məmmədovun, özünü müxalif qüvvə adlandıran ReAL-ın Azərbaycan hökumətinin islahatlarını Avropada təbliğ etdiyinə dair məlumatları böyük qalmaqala səbəb olub. Digər müxaliflər ReAL-ı xəyanətdə və hakimiyyətlə sövdələşmədə ittiham etməyə başlayıblar.

"Azərbaycan Naminə Demokratiya" (AND) təki mahiyyətcə irrasional adlı "təşkilat"ın həmtəsisçisi Arif Məmmədov Avropa diplomatları ilə görüşmüş ReAL nümayəndələrinin adlarını açıqlamayıb.

Lakin başabəla sabiq "diplomat", "Azərbaycan Naminə Demokratiya" (AND) adlı hərəkatın həmtəsisçisi və rəhbərlərindən olan Arif Məmmədovun sirr kimi saxladığı məqam külli-əyandır.

ReAl da bunu ilk gündən açıqlayıb və bəyan edib ki, bu günlərdə hərəkatın İdarə Heyətinin üzvləri Natiq Cəfərli və Erkin Qədirli Brüsseldə olublar, Avropa Şurası və Avropa Birliyinin yetkililəri ilə görüşlər keçiriblər.

Dünən ReAl-ın İdarə Heyətinin üzvü, tanınmış iqtisadçı Natiq Cəfərli "Meydan TV"-nin YouTube və Facebook-dakı profilərində paralel təşkil olunmuş canlı yayımında Arif Məmmədovla debata çıxıb.

Bu debat sabiq səfirin siyasi ölümü idi sankı.

İddialarını sübuta yetirə bilməyən, "Bu məlumatı sizə kim verib? Yazdıqlarınız öz mülahizələrinizdir, yoxsa o sözləri mifik "məlumat mənbəyi" deyib?" kimi çox sadə sualları cavablaya bilməyən, ötənləri xatırlayan, gələcəkdən danışan Arif Məmmədov çox cılız təsir bağışladı.

 

Daha doğrusu, o, yalançı olduğunu bir daha sübut etdi.

Yalan Azərbaycan müxalifətindəki hər hansı təşkilatın və ya hərəkatın - konkret halda ReAL-ın - ölkə hakimiyyətinin son islahatlarını dəstəkləməsi, Azərbaycanda radikal, aqressiv və ya tam tərsinə, nomenklatur müxalifətinin olmamasına, real və konstruktiv müxalifətin formalaşmasına çalışanların məntiqi mövqe tutması deyil.

Əksinə, bu arzulanan, istənilən addım olardı.

Amma nə edəsən ki, bolşevik təsəvvürlü, hunveybin şüurlu, stalinist davranışlı adamlar özlərini hələ də "müxalifət liderləri" hesab edirlər. Onlar zamanlarının çoxdan keçdiklərini, Azərbaycanın yeni, sağlam və məntiqli müxalifətə ehtiyac duyduğunu anlamırlar.

Hakimiyyətə qarşı sərt mövqe tutsun, tənqid etsin, mitinqlər keçirsin, yüz minlərlə insanı küçələrə çıxarsın, tələblər səsləndirsin.

Hətta radikallıq da etsin gərəkəndə.

Fəqət, özü olsun, müstəqil olsun, Vətənin və millətin maraqlarını hər şeydən üstün tutsun.

Azərbaycana - hakimiyyətə yox ha! - düşmən kəsilmiş ölkələrin, güclərin və təşkilatların əlində alət olmasın, ən müxtəlif yollarla aldığı çirkli pulların hesabını itirmək üçün köpüklü siyasətfüruşluq etməsin, şərəf və ləyaqəti unutmasın, öz maraqlarını vətəndaşların mənafelərindən üstün tutmasın və o vətəndaşları çirkab hədəflərə çatmaq üçün vasitə saymasın.

Azərbaycının gələcəyini düşünsün - ölkəni orta əsrlərə qaytarmaq, Şəriət qaydaları ilə idarə etmək istəyənlərlə "birləşək, hakimiyyətə gələk, sonra ayrıd edərik" deyib siyasi əxlaqsızlığı mübarizə metodu kimi cəmiyyətə sırımağa çalışmasın.

İndiki müxalifətdəki radikal kəsim isə "Seçki, yoxsa mitinq?" kimi absurd dilemmanı çözməyə çalışır. İndiyədək çözmək istədikləri, əslindəsə cavabı sadə və bəsit digər suallar kimi.

 

 Əli Kərimlinin indi sədr olduğu AXCP-yə baxaq. Ki, bu partiyanı rəhbərliyi "biz ən real müxalifətik, müxalifətin də lider və hərəkətverici qüvvəsiyik" iddiasında bulunurlar.

İddia varsa, cavab da olmalıdır - aksiomadı bu.

AXCP yeni yarandığı dövlərdə, Azərbaycan Xalq Cəbhəsi olduğu dönəmdə çox güclü, nüfüzlu və tərəfdarları çoxsaylı təşkilatdı. Kimlər yoxdu AXC sıralarında ki.

1990-cı ilin baharında keiçiriləcək seçkidə AXC-nin qələbəsi şəksiz təsir bağışlayırdı. Qələbə olsaydı, ölkə yaşamında və siyasətdə yeni dönəm başlayacaq, o zamanadək möhkəm qorunan sirlər faş olacaq, KQB arxivləri açılacaq, islahatlar qaçılmaz olacaqdı.

Lakin İosif Stalinin qərinələr əvvəl "müvəffəqiyyətdən başgicəllənmə" adlandırdığı, Plexanov isə "inqilabçıların uşaq xəstəliyi" kimi dəyərləndirdiyi mərəzə tutulan AXC rəhbərliyində taktika və strategiya ilə bağlı kəskin mübahisələr yarandı. O mübahisələr az sonra ixtilaflara, parçalanmalara, düşmənçiliyə döndü.

AXC liderləri seçkilərdə normal iştirakı, sonucların açıqlanmasını gözləmək, normal seçkiqabağı təşviqat və təbliğatı istəmirdilər. Kənardan gələn dəstək, "yardım" və "Haydı, irəli!" əmri ilə vəcdə gələn bu adamlar özlərini millətin xilaskarı və dövlətin son ümid yeri, fərqli düşünənləri isə "iyrənc liberal, satqın, xəyanətkar" adlandırmağa başladılar. İndiki "Milli Şura"nın mənəvi valideyni "Milli Şura" yaradıldı. Eynən indiki kimi, o "Milli Şura" da demaqoqluq, zəvzəklik, yarıtmazlıq meydanına çevrildi.

Küçə aksiyaları, itaətsizlik, radikalizm - Azərbaycanda xalqın müstəqillik mübarizəsi və demokratiya mücadiləsi elə hala salındı ki, Azadlıq meydanında tribunaya Nemət Pənahlı kimi siyasətə karikaturalar dırmaşdı.

"Topxanada iş gedir, Bakıda nümayiş gedir!", "Oturmayan ermənidir!", "Harada gördün erməni, vur başına gülləni!" kimi abdal, primitiv şüarlar səsləndi.

Millətin mübarizəsi fərqli yerə yönəldildi.

Bakıya sovet qoşunları yeridildi, 20 Yanvar faciəsi yaşadıldı bu xalqa.

 

 

 

 

 

Xalq isə qəhrəmanlıq və şücaət göstərdi, sinəsinə döyənlərin təlxəkliyinə və qorxaqlığına rəğmən, qan içində boğulmasına rəğmən bir addım da geri çəkilmədi.

Seçkilərsə faktik olaraq ləğv olundu. Şəhərə komendant təyin olunmuş general-leytenant Vladimir Dubiynak, sonra da onun xələfi general Valeri Bünyadov (mərhum tarixçi alim, akademik Ziya Bünyadovun oğlu) Bakını dəmir əllə idarə etdilər.

Siyasi baxımdan korafəhm, savadsız, başqalarının asanlıqla idarə etdiyi "Milli Şura" bu "töhfə"ni verdi Azərbaycana.

Şurada, sadəcə, şair Xəlil Rza vicdanın hökmü ilə davranırdı - emosional danışırdı, milləti mübarizəyə səsləyirdi o azadllıq aşiqi.

"Azadlıq məşuqu" Nemət Pənahlı, sonradan müdafiə naziri olacaq bisavad riyaziyyat müəllimi Rəhim Qazıyev, konyukturanı heç zaman nəzərdən qaçırmamış Etibar Məmmədov, siyasi mənafelərin təminatı üzrə qrossmeyster İsa Qəmbər, bu dəstədə "Qavroş" rolunu oynayan digərləri - onlardılar o siyasi havasızlığın fiqurantları.

Onlar "seçki əvəzinə mitinqlər" seçimi etmişdilər. Zəruri atribut, gərəkli vasitə və effektiv element kimi siyasi mübarizədə mitinq yer tuta bilər. Lakin seçki taktikasından imtina edərək "İstefa!", "Azadlıq!" bağırmaq əsla siyasi mübarizə deyil.

Bu davranışın kökünü o "Milli Şura" qoymuşdusa, indiki "Milli Şura" və sözügedən təşkilatın rəhbərliyindəki siyasi alverçilər davam etdirirlər.

 

Məntiqli mövqe ortaya qoyanı "satqın", ölkənin inkişaf və vətəndaşların mənafeyi naminə müzakirələrə açıq olanları "xəyanətkar" adlandırmaq səviyyəsində primitiv düşüncə ilə.

Etiraf etməyəcəklər, bütün əqlləri və gücləri ilə danacaqlar, sosial şəbəkələrdə trollarını işə salacaqlar, təhqirlərə keçəcəklər - bir zamanlar əvvəlki "Milli Şura" insanlarımızın azadlıq mübarizəsini, Vətən mücadiləsini az qala xaosa çevirdiyi təki.

Çıxış yolu üzdədir.

1990-cı illərin fiqurları, stalinist dünyagörüşlü insanlar Azərbaycanın müxalifət səhnəsini tərk etməlidir.

Birmənalı olaraq.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

Laçınlı məcburi köçkünlərdən BƏYANAT

“Bu infeksion xəstəlik insandan insana keçir”

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

713-cü batalyonun şəhidləri

ZİYASIZ ZİYALILAR...

Tələbə rektordan diplomunu oynaya-oynaya aldı - QEYRİ-ADİ TƏQDİMAT /VİDEO/

“Səddam rejimi türkçülüklə, dillə bağlı hər şeyi yasaq etdi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Kəsik qolların harayı və "Amerika idealizmi"

Azərbaycana sızan Rusiya “sevgisi”

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı