Qənirə Paşayeva AŞPA-da Dilqəmlə Şahbazın girovluğundan danışdı

21:32 08-04-2019 | icon 154 | Siyasət
Qənirə Paşayeva AŞPA-da Dilqəmlə Şahbazın girovluğundan danışdı

Millət vəkili Qənirə Paşayeva AŞPA-da AŞ İnsan Haqları üzrə Komissarı qarşısında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni qaldırıb. Bildirib ki, Ermənistan rəhbərliyi Azərbaycanın girovluqda olan mülki şəxslərinin hüquqlarını pozmaqda davam edir.

 

Versus.Az-ın məlumatına görə, bu gün AŞPA-da Avropa Şurası İnsan haqları üzrə Komissarı xanım Dunya Miyatoviç çıxış edib və millət vəkillərinin suallarını cavablandırıb.

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azad Demoratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva Avropa Demokratlar Qrupu adından AŞ İnsan Haqları üzrə Komissarı qarşısında Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni qaldırıb və Komissara, Avropa təşkilatlarına çağırış edib:

 

”Xanım Komissar, Azərbaycandan iki məcburi köçkün təxminən 5 il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən qanunsuz olaraq girov götürülmüşdür. 11 iyul 2014-cü ildə Azərbaycanın mülki şəxsləri Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda valideynlərinin məzarını ziyarətləri zamanı girov götürülmüşlər. Artıq neçə vaxtdır Azərbaycan hökuməti "hamı hamıya" prinsipi əsasında hər iki tərəfin saxladığı şəxslərin dərhal azad edilməsi çağırışını etmişdi. Təəssüf ki, hətta bütün insan haqlarına hörmət edəcəyini iddia edən indiki Ermənistan rəhbərliyi Azərbaycanın bu mülki şəxslərinin hüquqlarını pozmaqda davam edir. Nə vaxta qədər Avropa Şurasının müvafiq qurumları Azərbaycanın bu iki mülki şəxsinin taleyi ilə bağlı səssiz qalacaq?”

 

Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dünya Myatoviç Avropa Şurasının və rəhbərlik etdiyi qurumun susmadığını, bu işlə məşğul olduqlarını bildirib. O, həmçinin hər iki ölkənin hakim dairələri, vasitəçilərlə əlaqə saxladıqlarını, bu məsələnin həlli ilə məşğul olduqlarını xüsusi vurğulayıb:

 

”Hər iki ölkənin prezidentlərinin görüşündən sonra vəziyyət yaxşıya doğru inkişaf edir. Buna sevinirik. İnsanları sülhə hazırlayırlar, bu o deməkdir ki, insan hüquqlarına riayət olunmalıdır”.

 

Avropa Şurası İnsan Haqları üzrə Komissar bildirib ki o bu adamların azad olunmasında iştirak etməyi çox istəyir:

 

”Mən çox istərdim bu adamların azad olunmasında iştirak edim. Mən bütün bu hadisələri izləyəcəm, ancaq düşünürəm ki, əsas məsuliyyət liderlərin üzərinə düşür. Onlar əmin olmalıdırlar ki, onların sülhə hazırlığı müəyyən nəticələr verməlidir. Bu təkcə söz olaraq qalmamalıdır”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı...

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

AXCP-də film olayı, yoxsa xəyanət?

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

Münasibətlərdə istismar olunmaq

"Füzuli Məmmədovun təcrübəsindən Avropada da istifadə olunmalıdır"

Mənim şəhid əsgər yoldaşım

"Mən səni qızım olasan deyə dünyaya gətirmədim"