Pəncərədən asılan ölüm!!!

11:05 09-04-2019 | icon 97 | Köşə
Pəncərədən asılan ölüm!!!

Məktəbin müdiri, müəllimləri, sinif rəhbəri, sinif yoldaşları, hamısı əlbir onu öldürdü

 XƏYAL NAMİZƏDLİ

 

Bir neçə gün əvvəl 8-ci sinifdə oxuyan qızın özünü məktəbin pəncərəsindən ataraq intihar etdiyi barədə eşidəndə əvvəl inanmadım.

Niyə görə məktəbli uşaq özünü öldürsün? Niyə?

Üstündən bir neçə gün keçəndən sonra isə qızcığaz xəstəxanada həyatını dəyişdi. Sonradan bəlli oldu ki, məktəbdə, sinifdə onu incidirmişlər. Balaca isə onlara cavab verə bilməyib, təklənib. Onu yaşadığı cəmiyyət təkləyib öldürdü... Məktəbdəki müəllimlər, məktəbin müdiri, sinif rəhbəri, sinif yoldaşları, hamısı əlbir onu öldürdü. Deməli cəmiyyət öldürməkdən, əzab verməkdən həzz alır. Əminəm ki, bu işdə əli olan hər bir kəsin bu dəqiqə balaca qızın ölümü vecinə deyil. Hamısı bu dəqiqə öz canları üçün, malı-mülkü, vəzifəsi üçün qorxur. Polisdə aparılan sorğu-sual üçün qorxur. Amma balacanın ölümü heç kimi narahat etmir.

Deməli övladını məktəbə göndərən hər bir valideyn sabah balasının meyidinin evə gəlməyini gözə almalıdır. Çünki baş verən hadisələrə heç kim cavab vermir, heç kim məsuliyyəti üzərinə götürmür. Heç kimin vecinə deyil kiminsə uşağı...

O zaman təklif edirəm, övladlarımızı məktəbə göndərməyək. Ən azı gözümüzün qarşısında olacaqlar, sağ-salamat. Dərsi də eybi yox özümüz öyrədərik. Çünki heç bir dərs şəxsən mənim üçün övladımdan artıq deyil.


Cəmiyyət isə ağır xəstədir. Başdan xəstə. Uşaqların balaca qızla bu cür davranması heç də təəccüblü deyil. Çünki uşaqlar böyükləri yamsılayır. Deməli bu uşaqların hər birinin evində onları əzən, təhqir edən bir böyük var. Evdə təziqlə üzləşən fərd bu davranış modelini digərinin üzərində tətbiq edir. Təbii ki, özündən güclüyə qarşı bunu edə bilmir. O zaman daha zəif birini tapır və onu əzməyə başlayır. Bu uşaqlar da qruplaşaraq zəif birini təkləyib onu təhqir etməklə öz əzilmiş mənliyinə təzminat ödəyiblər. Və nəticədə zəif olan bunlara dözməyib intihar edib.


Bütün bunlar isə məktəbdə müəllim heyətinin gözünün qarşısında dəfələrlə təkrarlanıb. Və heç bir müəllim, müdir heç bir tədbir görməyib. Çünki görsəydi bu faciə baş verməzdi. Və mənə nağıl danışmaq lazım deyil ki, bəs uşaqlar sözə baxmır. Siz “müəllimlər” istəyəndə daşı belə yumşaltmağa vasitə tapırsız.
Çox böyük təəssüf hissi ilə anlayıram ki, əsl pedaqoq və müəllimlər getdikcə azalır. Müəllim tək dərs keçən deyil, o həm də ustaddır. Tərbiyə verən, xarakteri formalaşdıran ustad. Və bu faciədə hər birimizin günahı var. Heç kim də yaxasını kənara çəkməsin. Biz nə özümüzə, nə də övladlarımıza doğru-düzgün tərbiyə verə bilmirik. Bir də uşağı tərbiyə etməklə deyil, onsuz da onlar valideynlərə oxşayacaqlar. Gələcəkdə bu cür faciələrin təkrar olunmaması üçün heç olmasa bu gündən sonra adam olaq. Yoxsa get-gedə bir-birimizi məhv edən yırtıcılara dönürük.

Xəbər lenti

Üzümü “çürümə” xəstəliklərindən necə qorumalı

Sahədə gəzərkən salxımlar nəzərdən keçirilir və orada rast gəlinən çürümüş gilələr kəsilərək salxımdan kənarlaşdırılır

Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, izahat istənildi

Prezident İlham Əliyev və D.Tuskun məzmunca bir-birindən fərqlənməyən fikirləri olduqca maraqlıdır

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə aparılan danışıqlar da öz səmərəli nəticəsini verəcək"

DTX-nin Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib

Əlləri niyə gündə bir neçə dəfə yuxarı qaldırmaq lazımdır?

Evinizə gələnləri belə qarşılayın - DİZAYN NÜMUNƏLƏRİ

 Niyamdan həmkarlarına sərt cavab

Tarixin simlərində

ABŞ-ın ən gözəl yanğınsöndürəni

Millət vəkili Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinhlə görüşüb

RAİ MeqaFon-u səhvini düzəltməyə məcbur edib 

Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq - RƏSMİ

Dirijor Əyyub Quliyev Azərbaycanı beynəlxalq festivalda təmsil edib

“I Əkinçi Kuboku” mini-futbol turnirinin finalçıları məlum olub

Lökbatanda ticarət mərkəzində oğurluq 

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

Laçınlı məcburi köçkünlərdən BƏYANAT

“Bu infeksion xəstəlik insandan insana keçir”

Riyaz Sarıkahya Fuad Əliyevə başsağlığı verib

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun şəhidləri

Ölmüş insanın şəklini evdə saxlamaq olmaz - SƏBƏB?

ZİYASIZ ZİYALILAR...

Tələbə rektordan diplomunu oynaya-oynaya aldı - QEYRİ-ADİ TƏQDİMAT /VİDEO/

“Səddam rejimi türkçülüklə, dillə bağlı hər şeyi yasaq etdi”

Kəsik qolların harayı və "Amerika idealizmi"

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı