Hesablama Palatasının hesabatı qəbul edildi

13:25 09-04-2019 | icon 66 | Gündəm
Hesablama Palatasının hesabatı qəbul edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının hesabatı müzakirəyə çıxarılıb.

 

Versus.Az xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov hesabat verərək yoxlamalar nəticəsində aşkar olunan nöqsalar haqqında məlumat verib. O qeyd edib ki, Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində büdcə qanunvericiliyi, mühasibət uçotu, dövlət satınalmaları üzrə daha çox pozuntuların olduğu müəyyənləşib.

 

V.Gülməmmədov bildirib ki, nöqsanlara yol vermiş şəxslərə qarşı cəza tədbirləri görülüb.

Palata sədri bildirib ki, Milli Məclisin komitəsində ilk dəfə olaraq illik hesabatını təqdim edir. O qeyd edib ki, hesabat ilində audit tədbirləri nəticəsində 714 nöqsan qeydə alınıb. Hesabat ilində dövlətə dəyən ziyan büdcəyə qaytarılıb:

"Son 5 ildə 69,5 milyon manat büdcəyə, 2.2 milyon manat təşkilatlara, 2,6 milyon manat isə sosial müdafiə fonduna qaytarılıb. Ümumilikdə isə 72,1 milyon manat ziyan bərpa edilib".

 

Qeyd edək ki, hesabatda həmçinin bir sıra təkliflər irəli sürülüb. Hesablama Palatası ünvanlı sosial yardımın verilməsi müddətinin azaldılmasını təklif edir.

Təkliflərdə qeyd edilir ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur.

 

2015-ci iln mart ayından Azərbaycanda sosial yardım 2 il müddətinə verilir ki, bu da yardım alanların yardıma ümid bəsləməsinə və “ələbaxımlılıq” psixologiyasının formalaşmasına şərait yaradır. Yardım iki il müddətinə verildikdə maliyyə yardımının məbləğinin dəyişməsinə və ya ödənişin dayandırılmasına səbəb olan hallar baş verə bilər. Bu da ödənişin dayandırılması və ya onun məbləğinin dəyişdirilməsi baxımından çətinlik yaradır.

Palata hesab edir ki, bütün bu hallar dövlət büdcəsinin vəsaitlərinin əsassız xərclənməsinə səbəb olur.

 

Bundan əlavə, Hesablama Palatası çoxuşaqlı anaların yaşa görə sosial müavinət hüququ müəyyən edilərkən onların 8 yaşınadək tərbiyə etdikləri ögey oğul və qızlarının nəzərə alınmasını da təklif edib. Hesablama Palatası bununla əlaqədar “Sosial müavinətlər haqqında” qanuna müvafiq dəyişikliklərin olunmasını təklif edib.

Təkliflə bağlı Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələrin edilməsi və “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik edilməsi üçün layihələr hazırlanıb. Hazırda layihələr razılaşdırma mərhələsindədirlər.

Müzakirələrdən sonra hesabat səsə qoyularaq təsdiq edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

“Belə mətbuatın nəyini təbrik edəsən?” - MÜSAHİBƏ

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

İnanılmaz: dənizdə boğulub "ölən" gənc ayıldı

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ