Rektor ABŞ Dövlət Departamentinin regional Amerika mərkəzləri üzrə məsul şəxsi ilə görüşüb

10:07 10-04-2019 | icon 38 | Təhsil
Rektor ABŞ Dövlət Departamentinin regional Amerika mərkəzləri üzrə məsul şəxsi ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla ABŞ Dövlət Departamentinin regional Amerika mərkəzləri üzrə məsul şəxsi Anne Consla görüşüb.

 

Versus.Az xəbər verir ki, universitetdən verilən məlumata görə, rektor qonaqları universitetdə görməkdən şad olduğunu deyib. ADU-nun Amerika mərkəzinin əsas mərkəzlərdən biri olduğunu deyən rektor universitetdə 18 dil və mədəniyyət mərkəzinin faəliyyət göstərdiyini bildirib. Mərkəzlərin tədris və elmi bölmələrlə əlaqəli formada fəaliyyətdə olduğunu qeyd edən unviersitet rəhbəri bu mərkəzlərin tələbələrlə yanaşı, ölkələrin dili, mədəniyyəti, ədəbiyyatı ilə maraqlanan hər kəsin üzünə açıq olduğunu söyləyib.

 

Kamal Abdulla həmin mərkəzlərin öz ölkələrinin universitetlərində Azərbaycan dil və mədəniyyəti mərkəzinin açılmasına köməklik göstərmələrinin ölkələrarası əlaqələrin möhkəmlənməsinə də zəmin yaratdığını vurğulayıb. Kamal Abdulla Amerikanın Azərbaycanın dost ölkələri sırasında olmasından qürur hissi duyduğunu deyib. Tələbələrin Amerika üslubunu rahatlıqla qəbul etdiyini deyən universitet rəhbəri ADU Amerika mərkəzinin zəngin kitabxana və internet bazasından müəllim və tələbələrin, həmçinin digər maraqlı şəxslərin səmərəli şəkildə bəhrələndiklərini diqqətə çatdırıb.

 

Amerika mərkəzləri üzrə məsul şəxs Anne Cons uzun illərdir davam edən tərəfdaşlığa görə minnətdarlığını bildirib. O, dünyada 600-dən çox Amerika mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Amerika mərkəzində enerji və aktivliyi müşahidə etdiyini deyən qonaq bu halın təqdirəlayiq olduğunu deyib. Birlikdə söhbət etməyin, müzakirələr aparmağın, musiqi dinləməyin sülhün başlanğıc nöqtələri olduğunu deyən A.Cons Amerika mərkəzlərinin məqsədinin insanları bir-birinə yaxınlaşdırmaq olduğunu bildirib. Qonaq mərkəzin bu niyyətini gerçəkləşdirməkdə göstərdiyi dəstəyə görə ADU rektoruna təşəkkürünü bildirib.

 

Görüşdə multikulturalizm sahəsində əməkdaşlıq, birgə layihələrin tərəqqisi, növbəti illərdə əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunub.

Qonaqlar Amerika mərkəzinin fəaliyyəti, kadr potensialı, çətinliklər və çatışmazlıqlarla tanış olub, tədbirlərdə iştirak ediblər.

Görüşdə, həmçinin ABŞ-ın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil işləri üzrə müşaviri Heidi Smith, İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, Amerika mərkəzlərinin kuratoru Aydan Əsgərova, ADU-nun Elmi işlər üzrə prorektoru dosent Sevinc Zeynalova, Dil və mədəniyyət mərkəzinin rəhbəri, Xarici ölkələr şöbəsinin müdiri Fialə Abdullayeva, Amerika mərkəzinin direktoru Şəhla Xudiyeva iştirak edib.

 

Yelmar Nəbiyev
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezident İlham Əliyevə açıq məktub

“Neqativlərin heç biri kimsəyə vətəni qorumamaq haqqı vermir” - MÜSAHİBƏ

AXCP-də film olayı, yoxsa xəyanət?

“Güc olmayacaqsansa, heç kimə lazım deyilsən, basıb əzəcəklər” - MÜSAİBƏ-2

"Prezidentin yeni vəzifələrə təyin etdiyi generallar peşakar kadrlardır"

“Bu xəstəlik tədricən, hətta bilinmədən başlaya bilər”

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı - II yazı

Türkiyənin tanınmış şair, yazar və aydınları ilə görüş

“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə başa çatıb

“Bütün xəstəxanalarda klinik tibbi protokol olmalıdır”

“Sumqayıtda ədəbi həyat”

Şəhidlik zirvəsinə hakim kəsilən taleyin ironiyası

İstedadlı Əlillər İB sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

Bu xəstəliyin müalicəsi erkən başlandıqda sağalma ehtimalı yüksək olur

Bu ölkənin paytaxtı dəyişdirilir