Qənirə Paşayevadan AŞPA-da "işğala son" çağırışı

13:06 10-04-2019 | icon 56 | Qarabağ
Qənirə Paşayevadan AŞPA-da "işğala son" çağırışı

Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan hədəflərə çatmaq üçün üzv ölkələr səylərini daha da genişləndirməli, fəaliyyətlərini sürətləndirməlidirlər. Bütün üzv ölkələri əsas məqsədlərdən biri olan gender bərabərliyi mövzusuna daha çox diqqət ayırmağa çağırırıq.

Versus.Az axar.az-a istinadən xəbər verir ki, bu fikirləri AŞPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva birgə müzakirələr zamanı qrup adından çıxış edərək söyləyib.

Deputat bildirib ki, Davamlı İnkişaf Məqsədləri çərçivəsində gender bərabərliyi və qadınlara səlahiyyət verilməsi sahəsində irəliləyişlərə nail olunmasına baxmayaraq, bu sahədə üzv ölkələrdə hələ çox işlərin görülməsinə böyük ehtiyac var. Gender bərabərliyi təkcə təməl insan hüquqlarından biri deyil, həm də sülhün hökm sürdüyü, çiçəklənən və dayanıqlı dünya üçün zəruri şərtlərdən biridir. Qadınların iqtisadi həyatda, idarəetmədə rolunun artırılmasına daha çox önəm verilməli olduğunu vurğulayan deputat Davamlı İnkişaf Məqsədlərində gender amilinə xüsusi diqqət verildiyini diqqətə çatdırıb. Bildirib ki, mövcud ölkə siyasətinin dayanıqlı inkişaf məqsədlərinə uyğunluğunun qiymətləndirilməsində yoxsulluq indeksi, insan inkişafı indeksi ilə yanaşı, gender bərabərliyi göstəriciləri mühüm əhəmiyyət daşıyır. Bir sıra ölkələrdə qadınların iqtisadi resurslara, informasiyaya çıxışında çatışmazlıqlar var və bu sahədə cəmiyyətin maarifləndirilməsi istiqamətində layihələrin həyata keçirilməsi gücləndirilməlidir.

Q.Paşayeva Dayanıqlı İnkişaf Məqsədlərinin üzv ölkələrdə tədris proqramlarına daxil edilməsinin, gender zorakılığı və uşaqlara qarşı zorakılıq, eləcə də insan alveri hallarına qarşı mübarizəni daha da gücləndirməyin əhəmiyyətinə toxunub.

Deputat Azad Demokratlar Qrupu olaraq yoxsulluqla mübarizəyə, qaçqın və məcburi köçkün probleminə diqqəti daha çox artırmağa çağıraraq deyib: "Mən torpaqlarının 20 faizi 25 ildən artıqdır Ermənistanın işğalı altında olan və 1 milyon qaçqın və məcburi köçkünü olan bir ölkənin təmsilçisi kimi, yaşadığımız dünyada hər gün minlərlə insanın münaqişələr, işğallar səbəbindən sığınacaq axtarmaq üçün öz evlərini tərk etmək məcburiyyətində qalmasını anlayıram. Bu məsələ hamımızı ciddi narahat etməlidir. Münaqişələrin həllinə nail olunması, işğallara son qoyulması istiqamətində ümumi səyləri daha da gücləndirməliyik. Vərəm, hepatit və digər bu kimi xəstəliklərlə mübarizənin daha da güclənməsinə ciddi ehtiyac var".

Q.Paşayeva Azərbaycanda Davamlı İnkişaf Məqsədləri ilə bağlı çoxlu işlər görüldüyünü, layihələr, islahatlar həyata keçirildiyini və nəticədə bir çox uğurlar əldə edildiyini diqqətə çatdırıb.

"Ümid edirik ki, bu cür müzakirələr və müzakirə etdiyimiz sənədlərdə qeyd olunan təkliflərə üzv ölkələrdə daha çox diqqət yetirilməsi əldə edilən uğurları daha da artıracaq", - deyən deputat üzv ölkələri qətnamə layihələrində qeyd edilən məsələlərə daha çox diqqət yetirməyə çağırıb.

 

Versus.Az

Xəbər lenti

QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağla bağlı bəyanat yayıb

QMİ-nin Gürcüstan nümayəndəliyi ümid edir ki, Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaradılmış süni problem aidiyyatı qurumlar tərəfindən tezliklə həllini tapacaq

Azərbaycan güləşçiləri Festivalın birinci gününü 4 medalla başa vurublar

II qrup üzrə 400 bal toplayan yeganə abituriyent: “İmtahanlar ərəfəsində də əyləncələrimdən qalmırdım”

Bakıda universitet tələbəsi dənizdə boğuldu

Buzlaqların əriməməsi üçün maraqlı bir üsul tapdılar

Çində məktəbli iki təyyarə oğurlayıb

Həsən bəy Zərdabinin universitetdən aldığı fərqlənmə attestatı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində iştirak edirlər

"Neftçi" "Arsenal"ı keçsə... - "Trabzonspor"la qarşılaşa bilər

“EYOF Bakı 2019”: Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb

Güləşçimiz Nihad Məmmədli EYOF 2019-un bürünc medalına sahib olub

Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıb

daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb

Deputat Tayland Qadınlar Federasiyasının nümayəndələri ilə görüşüb

"Nazirlər kabineti yenilənə bilər"

Hindlilərin saç uzatmaq üçün 7 hiyləgərliyi

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

“Belə mətbuatın nəyini təbrik edəsən?” - MÜSAHİBƏ

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

İnanılmaz: dənizdə boğulub "ölən" gənc ayıldı

Sosial şəbəkədə “qocalıq” trendi: Əyləncəli görünən təhlükələr

Əl quruması - iflici nədir və müalicəsi varmı? /FOTO-VİDEO/

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe

78 yaşında universitetə sənəd verdi

Polis leytenantı özünü güllələdi

Azərbaycanın Keçişçidağ qalmaqalı və sərinləşən münasibətlər