Ağdaban faciəsindən 27 il ötdü

13:15 10-04-2019 | icon 81 | Şəhidlər və şahidlər
Ağdaban faciəsindən 27 il ötdü

Bu il erməni qəsbkarlaının xalqımıza qarşı törətdiyi Ağdaban faciəsindən 27 il ötür. Ağdaban faciəsi Xocalı hadisələrindən sonra erməni cəlladlarının hələ də türk, azərbaycanlı qanına doymadığının əyani göstəricisidir. Ağdaban faciəsi qurbanlarının xatirəsini anmaq və faciəni yad edərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün, hər il olduğu kimi bu dəfə də, Beynəlxalq Mətbuat Mərkəzində Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi anım mərasimi təşkil edib.

Versus.Az xəbər verir ki, birlikdən verilən məlumata görə, mərasimi giriş sözü ilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov açaraq tədbirin məqsədi haqda və Ağdaban faciəsi barədə tədbir iştirakçılarına qısa məlumat verib.

O, öz çıxışında qeyd edib ki, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır: "Tarixən Azərbaycan xalqının başına gətirilən genosid əməlləri tarixin qaranlıq səhifələrindən üzə çıxarılır, barələrəndə açılmış cinayət işləri ilə öz hüquqi dəyərini qazanır. Dünya tarixində özünəməxsus rol oynamış xalqımızın tarixi yenidən yazılaraq beynəlxalq ictimaiyyətə təqdim edilir.

Belə soyqırım əməllərindən biri də Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağın dilbər guşəsi Kəlbəcərin kənd və qəsəbələrində erməni quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət faktlarıdır. Kəlbəcər rayonunun Ağdaban kəndinin sakinləri bu soyqırım cinayətinin qurbanları sırasında yer alırlar. Bu gün ölkə başçısı cənab İlham Əliyev və Heydər Əliyev Fondu tərəfindən xalqımızın başına gətirilən müsibətlər dünya ictimaiyyətinə çatdrılır və onlara hüquqi-siyasi qiymət verilir".

Daha sonra ziyalılar adından professor Şahlar Əsgərov, Adil Cəmil, Vəliyəddin İsmayılov,Yusif Hüseyn, şəhid ailələri, hadisənin şahidləri və başqaları çıxış edərək bildiriblər ki, 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri Ağdaban kənd sakinlərinin başına dəhşətli faciə gətiriblər. Kəlbəcər rayonunun 130 evdən ibarət AĞDABAN kəndi tamamilə erməni seperatçıları tərəfindən yandırılıb, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işkəncələr verilib. 33 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Bu, bir kəndin sakinlərinə tutulmuş amansız və insanlıq adına sığmayan divan idi.

Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

Keçmişini unudan gələcəyini qura bilməz deyib babalarımız. Bu mənada tariximizi öyrənmək və onu gənc nəslə öyrətmək bizlərin üzərinə düşən ən böyük məsuliyyətdir. Bu tədbir gənclərimizin Ağdaban faciəsinə göz yaşları ilə deyil, qəhrəmanlıq tarixi və bir dərs kimi baxması, belə hadisələrin dünya ictimaiyyətinə hərtərəfli şəkildə çatdırılmasında onlara yardımçı olmaq missiyası daşıyır.

Tədbirdə o da qeyd edilib ki, son günlər müxtəlif xarici ölkələri özlərinə vətən seçən sapı özümüzdən olan baltalar dövlətimizə və millətimizə qara yaxmaq əməllərini indi də xalqımızın başına gətirilən faciələri oyun alətinə çevirmək istiqamətində davam etdirirlər. Təbii ki, minlərlə şahidlər və tarix özü kimin kim olduğunu çox yaxşı bilir. Halbuki belə şəxslər sərhədlərimizin o tayında, yaşadıqları xarici ölkələrdə Qarabağ münaqişəsinin ayrı-ayrı epizodlarını, səhifələrini olduğu kimi yerli ictimaiyyətə müxtəlif vasitə və alətlərlə çatdıra bilərlər. Elə götürək Ağdaban müsibətini. Aradan keçən 27 il ərzində dünyanın heç bir nüfuzlu ölkəsində və ya hansısa beynəlxalq təşkilat çərçivəsində həmin qətliamın ifşası istiqamətində tədbirlər keçirilməyib. Halbuki bu gün müxtəlif platformalarda tribuna əldə edərək oradan Azərbaycana qarşı pafoslu bəyanatlar verməklə işğal tariximizin bəzi məqamlarını təhrif etmək niyyəti güdən bəzi soydaşlarımızın əlində maddi və təşkilati resurslar var ki, qeyd etdiyimiz ifşa siyasətini həyata keçirsinlər. Bütün bunlar yuxarıda da qeyd etdiyimiz mental natamamlıq kompleksimizin fəsadlarıdır və buna üzülməmək olmur.

Sadəcə bizim missiyamız bu xain və nankor qüvvələrə fikir vermədən Azərbaycanın haqq işini dünyanın diqqətinə çatdırmaq və Prezident İlham Əliyevin qətiyyətli siyasətinə dəstək olaraq ölkəmizin problemlərinin həlli üçün çalışmaqdan ibarət olmalıdır. İndi biz ermənilərin xalqımıza qarşı törətdiyi qanlı cinayətləri dünyanın diqqətinə çatdırmaqla bu missiyamızı yerinə yetirə bilərik.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI