Ali məktəblərə qəbul elan edildi

13:27 10-04-2019 | icon 41 | Təhsil
Ali məktəblərə qəbul elan edildi

Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu aprelin 15-dək davam edəcək.

Versus.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, həm cari ilin, həm də əvvəlki illərin məzunları ali və orta ixtisas təhsili məüssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmək istədikləri halda, aprelin 15-dək elektron ərizələrinin təsdiqini təmin etməlidirlər.

İmtahanda yalnız elektron ərizələrini təsdiq etmiş (etdirmiş) abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, əvvəlki illərin məzunları və tam orta təhsil səviyyəsini Azərbaycanın hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən şəxslər üçün qəbul imtahanının birinci mərhələsi aprelin 28-də keçiriləcək. İmtahanda iştirak etmək üçün aprelin 15-dək "Abituriyentin elektron ərizəsi" forması təsdiq olunmalıdır.

 

Qaydalara əsasən, qəbul imtahanın birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır.

Xatırladaq ki, 10 aprel saat 12.30-a olan məlumata əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 72155 abituriyent öz ərizəsini təsdiq edib.

İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI