"Sorğunun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevə güvəndiyini bir daha təsdiq edir"

13:31 10-04-2019 | icon 56 | Gündəm
"Sorğunun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevə güvəndiyini bir daha təsdiq edir"

Fransanın "Opinion Way" şirkəti tərəfindən aparılan rəy sorğusunun nəticələri göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev hər bir Azərbaycan vətəndaşının prezidentidir. Azərbaycan xalqı öz Prezidentinin yanındadır və dövlət başçısına etimad ən yüksək səviyyədədir.

Versus.Az milli.az-a istinadla bildirir ki, bunu Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf Əliyev deyib.

Millət vəkili qeyd edib ki, "Opinion Way" rəy sorğusunu doqquz mühüm əhəmiyyət daşıyan məsələlər ətrafında aparıb. Rəy sorğusu keçirilən bütün məsələlər haqqında rəyi soruşulanların cavablarında yüksək nəticələr qeyd olunub. Nüfuzlu və müstəqil bir şirkət olan "Opinion Way" tərəfinddən sorğu zamanı respondentlərə təqdim olunan bütün suallara verilən cavablar göstərir ki, Azərbaycan xalqı dövlət başçısının həm daxili həm də xarici siyasətini dəstəkləyir:

 

  "Rəyi soruşulanların fikrinə görə, dünyada və bölgədə baş verən çoxsaylı mənfi proseslərə baxmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdiriи, xalqın əmin-amanlığının təmin olunması, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün lazımı tədbirlərin görülməsini təmin edib. Bu ilin əvvəlindən Azərbaycan əhalisinin 3 milyonuna qədərini əhatə edən sosial islahatlar paketinin icrasına başlanıb və bu islahatlar uğurla həyata keçirilir.  

 

"Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?" sualına rəyi soruşulanların 85,1 faizi, "Azərbaycanda keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son bir ildə apardığı islahatları necə qiymətləndirirsiniz?" sualına isə sorğuda iştirak edənlərin 90,5 faizi müsbət cavab verib. Respondentlərin bu cavabları müxtəlif səviyyəli ekspertlərin, beynəlxalq təşkilatların və maliyyə qurumlarının qiymətləndirməsi ilə üst-üstə düşür. Dünya Bankının "Doinq Business" hesabatında Azərbaycan hazırda 25-ci yerdə qərarlaşıb".

744155  R.Əliyev hesab edir ki, sorğunun nəticələri Azərbaycan xalqının Prezidentə böyük etimad göstərdiyini təsdiq edir: ""Opinion Way"in "İlham Əliyevin qəbul etdiyi  Regionların sosial-iqtisadi inkişaf proqramı və hökumətin bölgələrdə həyata keçidiyi fəaliyyət nəticəsində sizcə regionlar inkişaf edibmi?" sualına rəyi soruşulanların 93,1 faizi "hə" cavabı verib. Bu yüksək nəticə onunla izah olunur ki, bu vaxta qədər regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən 3 dövlət proqramının uğurla həyata keçirilməsi nəticəsində bölgələrin bütün infrastrukturu, o cümlədən sosial sahələrə aid olan infrastruktur müasir standartlara uyğun olaraq yenidən qurulub. Bölgələrdə çoxlu sayda istehsal müəssisələri, 2 milyondan artıq yeni iş yerləri yaradılıb, müxtəlif sahələrin, o cümlədən qeyri-neft sektorunun əsaslı inkişafına nail olunub, yeni məktəblər, xəstəxanalar tikilib və yeni yollar salınıb. Bu ilin yanvar ayında isə Regionların sosial-iqtisadi inkişafına dair 4-cü Dövlət Proqramı qəbul edilib və uğurla həyata keçirilməyə başlanıb.

Sorğunun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük etimad göstərdiyini, ona güvəndiyini bir daha təsdiq edir.

Azərbaycan xalqı əmindir ki, bundan sonra da respublikamız cənab Prezidentin müəyyənləşdirdiyi və ancaq Azərbaycana məxsus yolla uğurla inkişaf edəcək, qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcəkdir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı...

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

AXCP-də film olayı, yoxsa xəyanət?

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

Münasibətlərdə istismar olunmaq

"Füzuli Məmmədovun təcrübəsindən Avropada da istifadə olunmalıdır"

Mənim şəhid əsgər yoldaşım

"Mən səni qızım olasan deyə dünyaya gətirmədim"