"Qarabağ" rəqs kollektivi ermənilərə qalib gəlib

16:07 11-04-2019 | icon 210 | Mədəniyyət
"Qarabağ" rəqs kollektivi ermənilərə qalib gəlib

Tbilisidə "Yeni Tiflis İdman Sarayında"ında rəqs üzrə "Qafqaz Çempionatı-2019" yarışması keçirilib.

 

Versus.Az-ın məlumatına görə, Gürcüstan Rəqs Federasiyası tərəfindən təşkil edilən turnirdə Azərbaycan, Türkiyə, Ermənistan və Rusiyadan olan rəqqaslar iştirak ediblər.

Turnir çərçivəsində fərqli yaş kateqoriyalarında və müxtəlif rəqs proqramları ilə bir neçə müsabiqə keçirilib. Yarışa Azərbaycandan "Jam SS", "Buta rəqs ansamblı", "Qarabağ rəqs kollektivi” qatılıb. Həmçinin hakimlər heyətində Azərbaycanın Rəqs Assosiasiyasının vitse-prezidenti Ülviyyə Həsənova Azərbaycanı təmsil edib.

 

“Qafqaz Çempionatı”nda birinci yerlərin sahiblərinin adları:

 

-ARA (Azərbaycan Rəqs Assosiasiyası) tərəfindən maliyyələşdirilən və ötən il keçirilən bütün turnirlərin “Bollivud” üzrə qalibi olan Dəniz Ramazanlı
-Ağcabədidən Qarabağ rəqs kollektivi "Vyana Valsi" adlı rəqsi ilə
-Müasir Solo (böyüklər) istiqamətində "Jam SS" məktəbini təmsil edən Nigar Soltanova
-Buta rəqs ansamblı duet (uşaqlar) Mirzəzadə Nuru və Abbasov Fidan "Bayram Rəqsi" pyesi ilə
-Buta rəqs ansamblı Bollivud üzrə duet - Abbasova Fidan və Abbasov Yusif
-Müasir duet (böyüklər) Nigar Soltanova, Umar Kadırov

 

Aprelin 7-də Tbilisi Dövlət Filarmoniyasında "Bahar rəngləri" rəqs festivalında Ağcabədidə yerləşən "Qarabağ rəqs kollektivi” "Şifon ilə rəqs" adlı rəqs nömrəsi ilə Azərbaycanın mədəniyyətini təmsil edib.

 

Azərbaycan Rəqs Assosiasiyasının prezidenti və Azərbaycan Gənclər İttifaqının idarə heyətinin üzvü Əziz Əzizov da öz fikirlərini bildirib: “Qafqaz Çempionatında Azərbaycandan iştirak edən 7 kollektivdən 6-sı qızıl medala nail oldu. Bununla onlar öz bacarıqlarını və qabiliyyətlərini təsdiqlədilər. Gələcəkdə Beynəlxalq turnirlərdə ölkəmizi təmsil etmək üçün daha çox gənc və istedadlı sənətkarları göndərməyə çalışacağıq. Qeyd etmək istərdim ki, 14 aprel tarixində Şəki şəhərində “Qafqaz Kuboku” keçiriləcək. Qarabağ komandasının maliyyələşdirilməsi üçün Mədəniyyət Nazirliyinə və Ağcabədi şəhərinin İcra Hakimiyyətinə təşkilatçılar xüsusi təşəkkür edirlər".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə əməldə millət vəkili oldu

“Ermənistan savaş istəmirsə, ordusunu Qarabağdan çıxarsın!” - MÜSAHİBƏ

Mayası haqdan yoğrulmuş hikmət şairi

Koronavirslu xəstələrlə təmasda olan insanları aşkarlayan sistem hazırlanıb

Koronavirus analizi belə götürülür

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dezinfeksiya işləri aparılıb

Keçmiş icra başçısı prorektor təyin edilib

"Bütün itirdiklərimə rəğmən son nəfəsimi orada vermək və torpağıma qovuşmaq üçün...dönüm" - MÜSAHİBƏ

UEFA Avropa çempionatlarını bir il sonraya keçirib

Filippin Prezidenti polislərə karantin rejimini pozanları güllələmək əmri verib

Falkao “Qalatasaray”dan gedir

DİM dərsliklərin onlayn monitorinqinə başlayıb

Karantin rejiminin qaydalarını pozanları bu CƏRİMƏ VƏ CƏZALAR gözləyir

Azərbaycan-Fransız Universiteti magistraturaya qəbul elan edib

Koronavirus qurbanları üçün matəm ELAN OLUNDU