Türkiyə Fransada “erməni soyqırımı” günü təsis olunmasına reaksiya verib

16:43 12-04-2019 | icon 55 | Dünya
Türkiyə Fransada “erməni soyqırımı” günü təsis olunmasına reaksiya verib

Fransada qondarma “erməni soyqırımı” günü təsis edən prezident Emmanuel Makron Əlcəzairdə müharibə zamanı kütləvi qətlləri xatırlamalıdır. Fransa öz qaranlıq tarixinə baxsın, Türkiyəyə dərs verməsin.

Versus.Az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Parlament Assambleyası çərçivəsində Antalyada keçirilən Rouz-Rot seminarında fransız deputat Sonia Kriminin PKK barədə mülahizələrinə cavab olaraq söyləyib.

“Siz Türkiyəni cəzalandırmağa çalışırsınız, söz azadlığından danışırsınız, lakin Makronun fəaliyyəti beynəlxalq hüquqa ziddir. Həmin hadisələri soyqırımı kimi qiymətləndirmək üçün məhkəmənin qərarı olmalıdır, amma o, yoxdur. Bu qərar hansı motivlərə görə qəbul edilib? Bunun yeganə izahı populizmdir. Biz Əlcəzair və Ruanda hadisələrini unutmamışıq. Makron bunu xatırlasın”, - deyə Çavuşoğlu bildirib.

Türkiyə XİN başçısının çıxışı zamanı xanım parlamentari Sonia Krimi salonu tərk edib.

Xatırladaq ki, Emmanuel Makron aprelin 24-nün Fransada qondarma “erməni soyqırımı” qurbanlarının xatirə günü kimi qeyd olunması barədə fərman imzalayıb.

Əlcəzair 130 ildən çox Fransanın koloniyası olub. 1954-cü ildə ölkədə başlayan müstəqillik uğrunda müharibə 1962-ci ildə atəşkəs, sonra isə Əlcəzairin müstəqillik əldə etməsi ilə nəticələnən Evian müqavilələri ilə başa çatıb. Müharibə, müxtəlif məlumatlara görə, 300 min – 1 milyon insanın həyatına son qoyub.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

Laçınlı məcburi köçkünlərdən BƏYANAT

“Bu infeksion xəstəlik insandan insana keçir”

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

713-cü batalyonun şəhidləri

ZİYASIZ ZİYALILAR...

Tələbə rektordan diplomunu oynaya-oynaya aldı - QEYRİ-ADİ TƏQDİMAT /VİDEO/

“Səddam rejimi türkçülüklə, dillə bağlı hər şeyi yasaq etdi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Kəsik qolların harayı və "Amerika idealizmi"

Azərbaycana sızan Rusiya “sevgisi”

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı