Deputat Avropa Şurasını Ermənistana təzyiq göstərməməkdə ittiham etdi

09:26 13-04-2019 | icon 65 | Gündəm
Deputat Avropa Şurasını Ermənistana təzyiq göstərməməkdə ittiham etdi

Azərbaycanın millət vəkili Qənirə Paşayeva AŞ PA-da "Azad müzakirələr"də Ermənistanı Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını, AŞ PA-nın 1416 saylı qətnaməsini və Sərsəng su anbarı ilə bağlı qətnaməsini yerinə yetirməməkdə və Avropa Şurasını (AŞ) Ermənistana təzyiq göstərməməkdə ittiham edib.

 

Versus.Az xəbər verir ki, Azad Demokratlar Qrupunun vitse-prezidenti Q.Paşayeva çıxışında deyib ki, Avropa Məhkəməsinin qərarları üzv ölkələrdə icra olunmalıdır. Amma Ermənistanın keçmiş rəhbərliyi Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını yerinə yetirməkdən imtina etdi. Öz evinə dönə bilməyən məcburi köçkünlərin Avropa Məhkəməsinə müraciəti əsasında qəbul edilmiş bu qərarın yerinə yetirilməsi üçün təəssüf ki AŞ qurumları da ciddi addımlar atmadı və qərarın yerinə yetirilməsi üçün Ermənistanın sabiq rəhbərliyinə heç bir ciddi təzyiq göstərmədilər:

 

"Çox təəssüf ki, Ermənistanın yeni rəhbərliyi də bu qərarı yerinə yetirmək üçün heç bir ciddi addım atmır. Bu məsələ Avropa Şurası Parlament Assambleyasını ciddi narahat etməlidir. “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarın qəbulundan uzun zaman keçir və onun yerinə yetirilməsi üçün AŞ PA, AŞ qurumları Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidir. Bu məsələlərə yanaşmada ikili standartlar olmamalıdır. Öz evinə dönə bilməyən məcburi köçkünlər AŞ PA-nı bu məsələlərdə daha həssas olmağa çağırır. Onlar sizi eyni zamanda AŞ PA-nın qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində də Ermənistana təzyiq göstərməyə çağırır".

 

Millət vəkili vurğulayıb ki, bu qətnamənin qəbulundan 10 ildən çox zaman keçir, amma Ermənistan hələ də bu qətnaməni yerinə yetirməkdən imtina edir və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan vermir:

"Mən eyni zamanda başqa bir vacib məsələni səsləndirmək və Assambleyamızı bu istiqamətdə də ciddi addımlar atmağa çağırıram. Bir müddən əvvəl Assambleyamız Sərsəng su anbarı ilə bağlı 2085 saylı qətnamə qəbul etmişdi. Həmin qətnamədə AŞ PA Ermənistandan tələb edirdi ki, su ehtiyatlarından siyasi təsir və təzyiq kimi istifadə etməyə son qoysun. Amma Ermənistan bu günə qədər bu qətnamənin də həyata keçirilməsi üçün heç bir addım atmır və on minlərlə azərbaycanlı, əhalinin sıx yaşadığı bir neçə region bundan ciddi əziyyət çəkməkdə davam edir. Biz Assambleyanı çağırırıq ki, bu məsələyə də daha böyük diqqət yetirsin, qəbul etdiyi qətnamənin yerinə yetirilməsi istiqamətində daha sərt mexanizmlərə əl atsın və onun yerinə yetirilməsi üçün Ermənistana təzyiq etsin.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti və Azərbaycanın AŞ yanında Daimi nümayəndəliyi yaz sessiyası çərçivəsində işğal altında olan Azərbaycan torpaqlarında vəziyyətlə bağlı tədbir keçirdi və dəhşətli faktları fotolarla təqdim etdi. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində tarixi-mədəni, dini abidələrin, qəbiristanlıqların dağıdılmasına AŞ PA biganə qalmamalıdır, öz etiraz səsini ucaltmalı və bu dəhşətli vəziyyətə son qoymaq üçün Ermənistana təzyiq etməlidir. Biz sizi Azərbaycanla bərabər, dünya mədəniyyətinin də bir parçası olan abidələrin məhv edilməsinə ciddi etiraz səslərinizi ucaltmağa çağırırıq. Evlərinə dönə bilməyən bütün azərbaycanlı köçkünlər onların pozulan haqlarının müdafiəsi istiqamətində sizdən daha fəal mövqe, bu istiqamətdə səylərinizi daha da artırmağınızı gözləyirlər. İnsan haqlarının müdafiəsi dəyərlərinin qorunması prinsipləri üzərində qurulan AŞ PA o insanların səsini dinləməli və onların öz evlərinə dönə bilməsinə dəstək olmalıdır".

Xəbər lenti

QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağla bağlı bəyanat yayıb

QMİ-nin Gürcüstan nümayəndəliyi ümid edir ki, Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaradılmış süni problem aidiyyatı qurumlar tərəfindən tezliklə həllini tapacaq

Azərbaycan güləşçiləri Festivalın birinci gününü 4 medalla başa vurublar

II qrup üzrə 400 bal toplayan yeganə abituriyent: “İmtahanlar ərəfəsində də əyləncələrimdən qalmırdım”

Bakıda universitet tələbəsi dənizdə boğuldu

Buzlaqların əriməməsi üçün maraqlı bir üsul tapdılar

Çində məktəbli iki təyyarə oğurlayıb

Həsən bəy Zərdabinin universitetdən aldığı fərqlənmə attestatı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində iştirak edirlər

"Neftçi" "Arsenal"ı keçsə... - "Trabzonspor"la qarşılaşa bilər

“EYOF Bakı 2019”: Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb

Güləşçimiz Nihad Məmmədli EYOF 2019-un bürünc medalına sahib olub

Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıb

daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb

Deputat Tayland Qadınlar Federasiyasının nümayəndələri ilə görüşüb

"Nazirlər kabineti yenilənə bilər"

Hindlilərin saç uzatmaq üçün 7 hiyləgərliyi

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

“Belə mətbuatın nəyini təbrik edəsən?” - MÜSAHİBƏ

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

İnanılmaz: dənizdə boğulub "ölən" gənc ayıldı

Sosial şəbəkədə “qocalıq” trendi: Əyləncəli görünən təhlükələr

Əl quruması - iflici nədir və müalicəsi varmı? /FOTO-VİDEO/

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe

78 yaşında universitetə sənəd verdi

Polis leytenantı özünü güllələdi

Azərbaycanın Keçişçidağ qalmaqalı və sərinləşən münasibətlər