Qədim türk tayfalarına aid küplər aşkarlanıb

09:36 13-04-2019 | icon 67 | Cəmiyyət
Qədim türk tayfalarına aid küplər aşkarlanıb

 AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin rəhbərliyi ilə Şamaxı-Ağsu arxeoloji ekspedisiyası Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında erkən orta əsrlərə aid yaşayış yerində arxeoloji tədqiqat işləri həyata keçirib.

 

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Versus.Az-a verilən məlumata görə, ötən il burada aparılan arxeoloji tədqiqatlar zamanı çay və qaya daşlarından inşa edilmiş qala divarları aşkara çıxarılıb. Qalanın daxilində aparılan arxeoloji qazıntılar zamanı müxtəlif formalı və ölçülü saxsı şirsiz qab fraqmentləri, dəmirdən hazırlanan ox ucları, nizə başlıqları, qılınc fraqmentləri, tunc şeşpər, möhür-üzüklər, əqiq və pastadan hazırlanmış muncuqlar və s. aşkar edilib.

 

Əldə edilən maraqlı tapıntılardan biri tuncdan hazırlanan şeşpərdir. Şeşpərin haçalarından ikisinin döyüş zamanı qırıldığı güman olunur. Qeyd edək ki, bu tip şeşpər Azərbaycan ərazisində ilk dəfədir aşkar edilir.

 

Bu il tədqiqatlar qala divarının daxilində yeraltı anbarda aparılıb. Anbarda aparılan qazıntılar zamanı 7 ədəd iri küp aşkar edilib. Küplərdən ən böyüyünün hündürlüyü 1,65 metr təşkil edir. Küplər yerə basdırılıb, ağız hissəsi yastı daşla bağlanıb. Torpağın ağırlığından küplərin, demək olar ki, hamısı çatlayıb. Müəyyən edilib ki, bu küplərin ikisinin daxilində şərab, digərlərində isə taxıl məhsulları saxlanılır.

 

Küplərin ikisinin üzərində qədim türk tayfalarına aid damğalar həkk edilib. Damğalar küplərin boğaz hissəsinə, hazırlanma zamanı yaş gilin üzərinə barmaq vasitəsilə basılaraq həkk edilib. Çəllək formalı küpün üzəri cızma üsulu ilə dağ və dalğa formalı naxışlarla bəzədilib.

 

Aşkar olunan maddi-mədəniyyət nümunələri Dəmirçi Arxeoloji Muzeyinə təhvil verilib. Hazırda saxsı məmulatlar mütəxəssislər tərəfindən bərpa edilir. Damğalar üzərində aparılan tədqiqatlar onların hansı tayfalara mənsub olması məsələsinə də aydınlıq gətirəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

“Belə mətbuatın nəyini təbrik edəsən?” - MÜSAHİBƏ

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

İnanılmaz: dənizdə boğulub "ölən" gənc ayıldı

Bir həftəyə xərçəngi yox edən MÖCÜZƏVİ VASİTƏ

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ