Məktəblilərimiz beynəlxalq müsabiqədə qalib olublar

08:39 15-04-2019 | icon 52 | Təhsil
Məktəblilərimiz beynəlxalq müsabiqədə qalib olublar

Versus.Az xəbər verir ki, Qazaxıstanın Almata şəhərində keçirilən 17-ci "International Computer Project Olympiada-2019" (InfoMatrix) beynəlxalq layihə müsabiqəsində ölkəmizi təmsil edən məktəblilər 2 bürünc medal qazanıblar.

 

Bürünc medal sahibləri Bakı şəhəri, Xalid Quliyev adına 62 saylı məktəb-liseyin VIII sinif sagirdi Eyvazlı Yusif və X sinif şagirdi Dəmirçiyev Nicatdır.

 

“Chemistry pal” adlı layihənin məqsədi şagirdlərin kimya fənninə olan marağını artırmaq və onların bu sahədə təcrübi biliklərinin təkmilləşdirilməsinə nail olmaqdır.

 

62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarova da beynəlxalq sərgi ilə bağlı fikirlərini bölüşüb. Direktor qeyd edib ki, Azərbaycan komandası ölkəmizi layiqli təmsil ediblər:

 

“Yarışmanın finalı bir neçə mərhələdən ibarət oldu.  I gün Azərbaycanın təqdimatı, II gün proqramlaşdırma imtahanı, III gün isə müxtəlif ölkələrin milli musiqilərinin nümayişi baş tutdu. Bu gün artıq vətənə qayıdırıq. Sevincimizin həddi-hüdudu yoxdur. Növbəti illərdə birincilik uğrunda mübarizə apararaq daha yüksək nəticə əldə etməyi qarşımıza məqsəd qoymuşuq”.

 

Bu gün Bakıya qayıdan məktəblilər də sevinclərini bizimlə bölüşüblər. Onlar layihələrinin məqsədi və işləmə mexanizmi barədə məlumat veriblər:

 

“Hazırladığımız mobil tətbiq vasitəsilə kimyəvi reaksiyalar şagirdlər üçün daha asan, anlaşılan olacaq. Belə ki, şagirdlər dərslikdə gördükləri reaksiyaların şəklini proqram vasitəsilə çəkəcək. Şəkil çəkiləndən sonra proqram tərəfindən həmin reaksiyanın “youtube”da yerləşdirilmiş video linki istifadəçinin telefona göndəriləcək. Beləcə şagirdlər kimyəvi reaksiya ilə anında əyani şəkildə tanış ola biləcəklər”.

 

Komandanın elmi rəhbəri Aysel Babayeva bildirib ki, onların layihəsi beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib:

 

“Şagirdlərin bura gəlib beynəlxalq olimpiadada iştirak etməsi həqiqətən böyük uğurdur. Bu, onların dünyagörüşünü artırır və fərqli ölkələrdən yeni dostluqlar qazandırır. Qeyd edim ki, 5 gün davam edən yarışma çox gərgin mübarizə ilə ağır şərtlər altında keçdi. Bütün bunlara baxmayaraq ölkəmizə bürünc medalla qayıtmaq bizim üçün çox xoşdur”.

 

Qeyd edək ki, InfoMatrix müsabiqəsi hər il ənənəvi olaraq 12-18 yaşlı məktəbli və gənclər arasında keçirilir. Bu il isə 28 ölkədən qatılan iştirakçılar 186 layihələ il' birincilik uğrunda mübarizə aparıb.

 

Yelmar Nəbiyev
Versus.Az

Xəbər lenti

144 İLLİK MƏTBUATIMIZ VƏ 28 YAŞLI MƏTBU AT

Öz örüşündə belə doyunca sağa sola qaça bilməyən Mətbu Atımıza adamın yazığı gəlir...

QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağla bağlı bəyanat yayıb

Azərbaycan güləşçiləri Festivalın birinci gününü 4 medalla başa vurublar

II qrup üzrə 400 bal toplayan yeganə abituriyent: “İmtahanlar ərəfəsində də əyləncələrimdən qalmırdım”

Bakıda universitet tələbəsi dənizdə boğuldu

Buzlaqların əriməməsi üçün maraqlı bir üsul tapdılar

Çində məktəbli iki təyyarə oğurlayıb

Həsən bəy Zərdabinin universitetdən aldığı fərqlənmə attestatı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində iştirak edirlər

"Neftçi" "Arsenal"ı keçsə... - "Trabzonspor"la qarşılaşa bilər

“EYOF Bakı 2019”: Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb

Güləşçimiz Nihad Məmmədli EYOF 2019-un bürünc medalına sahib olub

Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıb

daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb

Deputat Tayland Qadınlar Federasiyasının nümayəndələri ilə görüşüb

"Nazirlər kabineti yenilənə bilər"

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

“Belə mətbuatın nəyini təbrik edəsən?” - MÜSAHİBƏ

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

İnanılmaz: dənizdə boğulub "ölən" gənc ayıldı

Sosial şəbəkədə “qocalıq” trendi: Əyləncəli görünən təhlükələr

Əl quruması - iflici nədir və müalicəsi varmı? /FOTO-VİDEO/

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe

78 yaşında universitetə sənəd verdi

Polis leytenantı özünü güllələdi

Azərbaycanın Keçişçidağ qalmaqalı və sərinləşən münasibətlər