Xalq yazıçısı: Bunu kiminsə xoşuna gəlmək üçün demirəm

12:26 15-04-2019 | icon 67 | Cəmiyyət
Xalq yazıçısı: Bunu kiminsə xoşuna gəlmək üçün demirəm

 

Versus.az xəbər verir ki, "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında Xalq yazıçısı Çingiz Abdullayev deyib ki, "Şərəf" ordeni ilə təltif edilməyim yaradıcılığıma verilən böyük qiymətdir.

 

Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev Çingiz Abdullayevi Azərbaycan ədəbiyyatının inkişafı və təbliğindəki xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif etdi. Biz bir daha dövlətimzin yazıçılara, sənət adamlarına göstərdiyi diqqət və qayğının nümunəsini gördük. Bu günlərdə 60 yaşını qeyd edən Xalq yazıçısı Ç.Abdullayevlə görüşüb söhbət etdik, yaradıcılıqdan, həmçinin Prezidentimizin ədəbiyyata verdiyi böyük önəmdən danışdıq:

"Bu fərman çıxanda, mən belə böyük mükafatla təltif ediləndə çox sevindim. Mən hesab edirəm ki, bu, yaradıcılığıma verilən böyük qiymətdir. Hörmətli Prezidentimiz İlham Əliyevə çox böyük minnətdarlığımı bildirirəm. Mən Azərbaycanda nə qədər orden, mükafat almışam – “Xalq yazıçısı”, “Şöhrət” ordeni almışam, “Şərəf” ordeni almışam, “MDB ölkələrinin ulduzu”nu almışam. Mən hesab edirəm ki, bu avansdır. Bunu mənə verirlər ki, daha yaxşı, daha peşəkar yazım, Azərbaycanı dünyada daha yaxşı təmsil edim və həmişə ölkəmizin mövqeyini müdafiə edim".

 

Dünya şöhrətli yazıçı Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi inqilabi islahatlara, insanların rifahi üçün atılan addımlara, vətəndaşların bütün kateqoriyalarına göstərilən dövlət qayğısına ziyalı mövqeyini bildirib:

“Görün, bu bir ildə nə qədər dəyişikliklər olub. Hələ yalnız kreditləri götürək. Mən bilirəm ki, Yazıçılar İttifaqında 1843 üzv var və bizdə nə qədər texniki işçilər var. Bilirəm ki, neçə adamın kredit problemi olub. Dövlət başçısı bunu ləğv elədi. Burada nə qədər adama kömək etmişik. Axırıncı sərəncamı bəlkə siz xatırlamırsınız, amma mən xatırlayıram - ölkədə fəaliyyət göstərən bütün yaradıcılıq təşkilatlarına vəsait ayrıldı. Biz Yazıçılar İttifaqı olaraq bu vəsaitlə kitab çap edirik, ehtiyacı olan yaradıcı insanlara, xəstələrə kömək edirik, bu vəsaitdən mükafatlar veririk. Bu baxımdan sosial siyasət son bir ildə çox dəyişib və mən bunu 100 faiz dəstəkləyirəm. Və hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva çox düz xətlə, mövqe ilə gedirlər və biz hamımız onlara kömək eləməliyik. Birinci vitse-prezident Mehriban Əliyevanın nə qədər kömək etdiyini deməsəm, düz olmaz. Mehriban xanım da nə qədər yazıçıya kömək edib, nə qədər bizim məsələmizi həll edib. Mən yalnız deyə bilərəm ki, o ölkələrdə ki dövlət başçısı, məmurlar mədəniyyətə, elmə, təhsilə diqqət ayırır, həmin xalqlar, dövlətlər inkişaf edir”.

 

Daha sonra xalq yazıçısı deyib: “Bu gün nə qədər gözəl layihələr həyata keçirilib, Bakı nə qədər gözəlləşib. Bunu kiminsə xoşuna gəlmək üçün demirəm. Və bura gələn insanlar ki, Bakıda 20-30 il bundan qabaq olmuşdu, heç inanmırlar ki, şəhər belə dəyişib, belə gözəlləşib. Mən buna sevinirəm və istəyirəm ki, Bakı daha da gözəl olsun və ümumiyyətlə, dünyada birinci şəhər olsun”.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezident İlham Əliyevə açıq məktub

“Neqativlərin heç biri kimsəyə vətəni qorumamaq haqqı vermir” - MÜSAHİBƏ

AXCP-də film olayı, yoxsa xəyanət?

“Güc olmayacaqsansa, heç kimə lazım deyilsən, basıb əzəcəklər” - MÜSAİBƏ-2

"Prezidentin yeni vəzifələrə təyin etdiyi generallar peşakar kadrlardır"

“Bu xəstəlik tədricən, hətta bilinmədən başlaya bilər”

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı - II yazı

Türkiyənin tanınmış şair, yazar və aydınları ilə görüş

“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə başa çatıb

“Bütün xəstəxanalarda klinik tibbi protokol olmalıdır”

“Sumqayıtda ədəbi həyat”

Şəhidlik zirvəsinə hakim kəsilən taleyin ironiyası

İstedadlı Əlillər İB sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

Bu xəstəliyin müalicəsi erkən başlandıqda sağalma ehtimalı yüksək olur

Bu ölkənin paytaxtı dəyişdirilir