Hava sabah da dumanlı olacaq

12:55 15-04-2019 | icon 165 | Gündəm
Hava sabah da dumanlı olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Versus.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 15-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu prosesdə uğur qazanmağın yolu budur ki...”

"Seçkilərdə iştirak etməyən partiyanın mövcudluğu gülməlidir" - MÜSAHİBƏ

Bu xəstəlik də "cavanlaşıb"

Qarabağa gedən Yolumuz və ölü erməni

 Yeni mərkəz yaradılır - “Qarabağ Tribunası” 

Mifik "batalyon", sərt ittihamlar və Cümşüd Nuriyevdən açıqlama

"Biz insanlara vəzifəsinə deyil, şəxsiyyətinə görə dəyər verərik"

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

Burda evlər bir avroya satılır - FOTO

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyindən nəcib təşəbbüs

713- ün HOÇAZDA SON ŞƏHİDİ

"Qadınlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar" - FOTO

"Siyasi partiya və müstəqil fəalları parlamentin yenilənməsində aktiv olmağa çağırıram"

"Haqq-ədalət bir az acı olur, nəyisə deyirsən, səni “vururlar”"