Respublika Olimpiya Velosiped Məktəbinin trek velosipedi üzrə açıq birinciliyi keçirilib

17:12 15-04-2019 | icon 54 | İdman
Respublika Olimpiya Velosiped Məktəbinin trek velosipedi üzrə açıq birinciliyi keçirilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının 2019-cu il üçün müəyyənləşdirdiyi vahid idman təqvim planına əsasən Respublika Olimpiya Velosiped Məktəbinin trek velosipedi üzrə açıq birinciliyi keçirilib.

Versus.Az xəbər verir ki, Federasiyadan mətbuata verilən məlumata görə, Respublika Velotrekində təşkil edilən yarışda klub və cəmiyyətlərin 6 yaş qrupunda 65 idmançısı mübarizə aparıb.

2005-2006-cı il təvəllüdlü qızların 330 metr məsafəyə mübarizəsində Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Radxa Şabanova 1-ci yeri tutub. Onun komanda yoldaşı Fatimə Əfqanzadə 2-ci, 7 saylı Olimpiya Məktəbinin təmsilçisi Mədinə Atabalayeva isə 3-cü olub.

Bu yaş kateqoriyasında çıxış edən oğlanlar da 330 metr məsafəyə yarışıblar və fəxri kürsüyə Respublika Olimpiya Velosiped Məktəbinin yetirmələri qalxıblar – Mirsaleh İbadov 1-ci, Əlihüseyn Musazadə 2-ci, Hüseyn Nərimanov 3-cü yeri tutub.

 

2003-2004-cü il təvəllüdlü oğlan velosipedçilərin 500 metr məsafəyə mübarizəsində ilk üçlüyə Mehran Əhmədzadə, Rəşid Ələkbərov və Natiq Meydərov düşüblər. Adları çəkilən idmançıların hər üçü Respublika Olimpiya Velosiped Məktəbini təmsil edir.

2001-2003-cü il doğumlu qızlar da 500 metr məsafəyə yürüşdə bacarıqlarını nümayiş etdiriblər və burada da təşkilatçı cəmiyyətin üzvləri mükafata layiq yerlər tutublar – Zəhra Əfqanzadə qızıl, Natəvan Vəliyeva gümüş, Aygün Mahmudlu isə bürünc medal qazanıb.

Gənc oğlanların (2000-2002) 1 km məsafəyə mübarizəsində Dövlət Təhlükəsizliyi Xidməti Velosiped klubunun üzvü Əli Qurbanov ən yüksək nəticə göstərib. 2-ci yerə Respublika Olimpiya Velosiped Məktəbinin nümayəndəsi Yelmar Şahmarzadə, 3-cü yerə isə 7 saylı Olimpiya Məktəbinin velosipedçisi Əmral Əbdüləzizili layiq görülüb.

U23 yaş kateqoriyasında Respublika Olimpiya Velosiped Məktəbindən Ənvər Xamiyev 1-ci, Ayxan Mahmudov isə 2-ci olub. Fərqlənən idmançılar medal, diplom və hədiyyələrlə təltif ediliblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı...

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

AXCP-də film olayı, yoxsa xəyanət?

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

Münasibətlərdə istismar olunmaq

"Füzuli Məmmədovun təcrübəsindən Avropada da istifadə olunmalıdır"

Mənim şəhid əsgər yoldaşım

"Mən səni qızım olasan deyə dünyaya gətirmədim"