BDU-da Narkotiklərlə Mübarizə üzrə seminar keçirilib

07:41 16-04-2019 | icon 62 | Təhsil
BDU-da Narkotiklərlə Mübarizə üzrə seminar keçirilib

Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans (IDEC) çərçivəsində Bakı Dövlət Universitetində ilk seminar keçirilib.

 

Universitetdən Versus.Az-a verilən məlumata görə, BDU-nun rektoru Elçin Babayev konfransın keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamından bəhs edib, müasir dövrün sosial bəlalarından olan və bütün dünyanı narahat edən narkomaniya problemindən, ölkəmizdə narkomanlığa qarşı mübarizə üzrə beynəlxalq standartlara uyğun qanunvericilik tədbirlərindən və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərindən danışıb.

 

Problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi yeniyetmə və gənclər arasında maarifləndirmə işinin təşkilinin vacib məsələ olduğunu diqqətə çatdıran rektor seminarın işinə uğurlar arzulayıb.

Sonra Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San Dieqoda fəaliyyət göstərən əməkdaşı, IDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Roki Herron “Mən öz gələcəyimi seçirəm” mövzusunda təqdimat edib. O, Amerika Birləşmiş Ştatlarında narkomaniya ilə bağlı vəziyyətin ağırlığından, onun qurbanlarının ilbəil artmasından bəhs edib. Məlum olub ki, əgər 1990-ci illərdə ABŞ-da 10 min gənc bu bəladan əziyyət çəkirdisə, 2007-ci ildə bu rəqəm 35 min, 2018-ci ildə 72 min olub. 2019-cu ildən isə bu göstəricinin 80 min olacağı gözlənilir.

 

Tədbirdə Kolumbiyanın Narkotiklərlə Mübarizə İdarəsinin Boqotada fəaliyyət göstərən əməkdaşı Bobi Lukas narkomaniyanın qarşısının alınması yolları və üsulları barədə məlumat verib.

Seminar tələbə, müəllim və qonaqların çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

Qeyd edək ki, 1983-cü ildə əsası qoyulan konfrans sonradan 130-dan çox ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən ümumdünya forumuna çevrilib.

Aprelin 17-dək davam edəcək Bakı konfransında narkotiklərlə mübarizə üzrə müzakirələr aparılacaq, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar veriləcək.

 

YELMAR
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

Laçınlı məcburi köçkünlərdən BƏYANAT

“Bu infeksion xəstəlik insandan insana keçir”

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

713-cü batalyonun şəhidləri

ZİYASIZ ZİYALILAR...

Tələbə rektordan diplomunu oynaya-oynaya aldı - QEYRİ-ADİ TƏQDİMAT /VİDEO/

“Səddam rejimi türkçülüklə, dillə bağlı hər şeyi yasaq etdi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Kəsik qolların harayı və "Amerika idealizmi"

Azərbaycana sızan Rusiya “sevgisi”

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı