Braziliya Cənubi Amerika Millətlər İttifaqını tərk edib


Braziliya Cənubi Amerika Millətlər İttifaqının (UNASUR) tərkibindən çıxıb.
Versus.Az "TASS"a istinadən xəbər verir ki, bu barədə qərar aprelin 15-i qəbul edilib və Ekvador hökümətinə bildirilib.
Xatırladaq ki, UNASUR-dan daha əvvəl Argentina, Kolumbiya, Ekvador, Paraqvay və Peru çıxıblar. Braziliya və Çili üzvlüklərini dayandırıblar. Cənubi Amerika dövlətlərinin regional siyasi və iqtisadi birliyi kimi 2008-ci ildə yaradılan UNASUR-un tərkibində Boliviya, Venesuela, Uruqvay, Surinam və Qayana qalır.
Mart ayında Argentina, Braziliya, Kolumbiya, Paraqvay, Peru, Çili və Ekvador prezidentləri yeni regional blokun - Cənubi Amerikanın inkişafı üçün Forumun (PROSUR) yaradılması barədə saziş imzalayıblar.
Xəbər lenti

Koronavirusa yoluxanların sayı yenidən ARTDI
"Analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib"