Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib

12:20 16-04-2019 | icon 69 | Gündəm
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib

Versus.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi qəbul edib.

Dövlətimizin başçısı Bağdad Amreyevi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi vəzifəsinə təsdiq olunması münasibətilə bir daha təbrik edərək, onun təşkilata üzv olan qardaş ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis olunması ilə əlaqədar 10 il bundan əvvəl Naxçıvanda keçirilmiş əlamətdar Zirvə görüşünü məmnunluqla xatırlayaraq, ötən müddət ərzində bu təşkilatın gücləndiyini və vacib beynəlxalq quruma çevrildiyini vurğuladı.

Təbrikə görə minnətdarlığını bildirən Bağdad Amreyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10 il əvvəl məhz türk dünyasının böyük oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğulduğu Naxçıvanda, Azərbaycan torpağında təsis edilməsinin bu təşkilata xüsusi mahiyyət verdiyini diqqətə çatdırdı. Qonaq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis olunmasının 10 illiyi münasibətilə növbəti Zirvə toplantısına bu ilin payızında Azərbaycanın ev sahibliyi edəcəyini vurğulayaraq, bu Zirvə toplantısının da Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə etdi. Bağdad Amreyev təşkilat daxilində iqtisadiyyat, ticarət, maliyyə, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi, müvafiq beynəlxalq təşkilatlarla əlaqələrin qurulması barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevə gələcək fəaliyyətində uğurlar arzuladı və ölkəmizin bu təşkilatın 10 illiyi münasibətilə Azərbaycanda keçiriləcək Zirvə toplantısına yüksək səviyyədə ev sahibliyi edəcəyini dedi.

 

Versus.Az

Xəbər lenti

144 İLLİK MƏTBUATIMIZ VƏ 28 YAŞLI MƏTBU AT

Öz örüşündə belə doyunca sağa sola qaça bilməyən Mətbu Atımıza adamın yazığı gəlir...

QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağla bağlı bəyanat yayıb

Azərbaycan güləşçiləri Festivalın birinci gününü 4 medalla başa vurublar

II qrup üzrə 400 bal toplayan yeganə abituriyent: “İmtahanlar ərəfəsində də əyləncələrimdən qalmırdım”

Bakıda universitet tələbəsi dənizdə boğuldu

Buzlaqların əriməməsi üçün maraqlı bir üsul tapdılar

Çində məktəbli iki təyyarə oğurlayıb

Həsən bəy Zərdabinin universitetdən aldığı fərqlənmə attestatı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində iştirak edirlər

"Neftçi" "Arsenal"ı keçsə... - "Trabzonspor"la qarşılaşa bilər

“EYOF Bakı 2019”: Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb

Güləşçimiz Nihad Məmmədli EYOF 2019-un bürünc medalına sahib olub

Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıb

daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb

Deputat Tayland Qadınlar Federasiyasının nümayəndələri ilə görüşüb

"Nazirlər kabineti yenilənə bilər"

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

“Belə mətbuatın nəyini təbrik edəsən?” - MÜSAHİBƏ

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

İnanılmaz: dənizdə boğulub "ölən" gənc ayıldı

Sosial şəbəkədə “qocalıq” trendi: Əyləncəli görünən təhlükələr

Əl quruması - iflici nədir və müalicəsi varmı? /FOTO-VİDEO/

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe

78 yaşında universitetə sənəd verdi

Polis leytenantı özünü güllələdi

Azərbaycanın Keçişçidağ qalmaqalı və sərinləşən münasibətlər