Ən çox və ən az şagirdin sınandığı rayonlar  

14:39 16-04-2019 | icon 93 | Təhsil
Ən çox və ən az şagirdin sınandığı rayonlar  

 

 

DİM istiqamətlər üzrə keçirilən bu imtahanlarda iştirakı nəzərdə tutulan şagirdlərin sayını açıqlayıb.

Versus.Az Dövlət İmtahan Mərkəzinin saytına istinadən, IX siniflərin buraxılış imtahanlarının birinci mərhələsi üzrə təqdim olunan statistikanı diqqətə çatdırır:

3 martda Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin IX sinif şagirdləri üçün buraxılış imtahanı ( I istiqamət) keçirilib.

İmtahan 37.434 şagirdin iştirakı üçün nəzərdə tutulub.

Şagird sayı bölgələr üzrə, Bakı şəhəri Yasamal rayonunda 2.837, Binəqədi rayonunda 4.254, Səbail rayonunda 1.544, Xətai rayonunda 3.474, Xəzər rayonunda 2.836, Nərimanov rayonunda 3.131, Suraxanı rayonunda 2.713, Sabunçu rayonunda 4.820, Nəsimi rayonunda 2.374, Qaradağ rayonunda 2.170, Nizami rayonunda 2.454, Pirallahı rayonunda 386,  Naxçıvan Muxtar Respublikasında 3.439, Şirvan şəhərində 1.002  nəfər təşkil edir.

10 martda buraxılış imtahanının ikinci istiqaməti üzrə imtahanlar təşkil olunub. 

İmtahan 39.700 şagirdin iştirakı üçün nəzərdə tutulub.

Şagird sayı bölgələr üzrə, Gəncədə 3.133, Daşkəsəndə 2.78, Göygöldə 858, Samuxda 718, Sumqayıtda 4.542, Abşeronda 4.161, Şamaxıda 990, Naftalanda 103, Goranboyda 1.354, Yevlaxda 1.350, Şəkidə 2.013, Qəbələdə 1.273, Oğuzda 500, Bərdədə 2.234, Ağdamda 982, Tərtərdə 832, Kürdəmirdə 1.227, Zərdabda 581, Ağsuda 735, İmişlidə 1.178, Sabirabadda 1.805, Biləsuvarda 1.390, Saatlıda 1.007, Lənkəranda 2.392, Astarada 1.222, Xaçmazda 2.157, Şabranda 685 nəfər təşkil edir.

Martın 17-də isə Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib.

İmtahan 33.054 şagirdin iştirakı üçün nəzərdə tutulub.

Beləliklə, hər 3 istiqamət üzrə ümumilikdə 110.188 nəfər üçün buraxılış imtahanları təşkil olunub.

Qeyd edək ki,DİM-in 31 martda keçirdiyi növbəti imtahanlarda üzrlü səbəbdən buraxılış imtahanlarının birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları da iştirak ediblər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı...

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

AXCP-də film olayı, yoxsa xəyanət?

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

Münasibətlərdə istismar olunmaq

"Füzuli Məmmədovun təcrübəsindən Avropada da istifadə olunmalıdır"

Mənim şəhid əsgər yoldaşım

"Mən səni qızım olasan deyə dünyaya gətirmədim"