“Türkiyə uydurma soyqırımı tanıyan dövlətlərə müvafiq cavab hazırlamalıdır”

15:05 16-04-2019 | icon 138 | Geopolitika
“Türkiyə uydurma soyqırımı tanıyan dövlətlərə müvafiq cavab hazırlamalıdır”

“Suriya bu qərarla həm Qərbin diqqətini çəkdi, həm də Türkiyəyə qarşı bir intiqam həmləsi etmiş oldu”

 

Xəbər verdiyimiz kimi, müsəlman ölkəsi olan Suriyada,  qondarma "erməni genosidi" mövzusu dərsliyə salınıb.  Xatırladaq ki, bu, Suriya parlamentindəki erməni əsilli Arsiyanın təşəbbüsü ilə gerçəkləşib. Belə ki, Suriyanın Təhsil proqramlarının işlənməsi Mərkəzində müzakirə olunaraq, yalan mövzu yuxarı sinif şagirdlərinin yeni tarix dərsliklərinə salınıb.

 

Versus.Az məsələ ilə bağlı Türkiyə Qafqaz Araşdırmaları Mərkəzinin Prezidenti Hasan Oktayın və Azərbaycanın tanınmış politoloqu Nəzakət Məmmədovanın fikirlərini öyrənib.

 

“Fransanın bu qərarı həm Ermənistanı Qərbə yaxınlaşdırmaq, həm də Türkiyə- Rusiya münasiubətlərinə zərbə vurmaq üçün həyata keçirilir”

 

Politoloq Hasan Oktay bildirib ki, Suriya parlamentində "genosid" mövzusunun dərsliklərə salınması Türkiyəyə qarşı düşünülmüş bir həmlədir. Ekspert məlum qərarla bağlı bir neçə səbəb üzərində dayanıb.

“Birincisi,  Fransa Ermənistanı və onun gündəmini Rusyadan qoparmaq istəyir. Fransa  öz siyasətini həyata keçirmək üçün son günlər Türkiyəyə qarşı həmlələr edib və ardınca da bu cür “cəsarətli” hərəkət nümayiş etdirdi. Fransanın bu hərəkəti və  həmləsi Qərb aləmindən dəstək aldı. Bir-birini təqib edən və Türkiyəyə qarşı alınan bu cür əks qərarlar 2015-ci ildən daha çox vüsət almışdı”.

 

Politoloq hesab edir ki, Fransanın bu qərarı həm Ermənistanı Qərbə yaxınlaşdırmaq, həm də Türkiyə- Rusiya münasiubətlərinə zərbə vurmaq üçün həyata keçirilir:

Suriya isə bu qərarla həm Qərbin diqqətini çəkdi,  həm də Türkiyəyə qarşı bir intiqam həmləsi etmiş oldu. Bu qərar Ermənistanı tamamilə Rusiyadan koparmak için yapılmış bir həmlə, Rusiya – Türkiyə əlaqələrinə qarşı aparılan əməliyyatdır”.

 

 

“Suriyanın Türkiyəyə qarşı bu addımı olduqca düşünülməmiş, ağılsız bir hərəkətdir”

 

Politoloq Nəzakət Məmmədova bildirib ki, bu durum Türkiyənin müdafiədən hücum vəziyyətinə keçməsini tələb edir. Politoloq xatırladıb ki, uydurma soyqırımını tanıyan Fransa, İtaliya, Almaniya kimi dövlətlər tarixdə işğal etdiyi, müstəmləkəyə çevirdikləri ölkələrdə milyonlarla insanı məhv edib, soyqırım törədiblər. Türkiyədə yaşayan ermənilər isə onun öz təbəələri olublar və onlara qarşı heç bir ayrı-seçkilik olmayıb.

 

“Suriyaya gəlincə, bu dövlət hələ Hafiz Əsəd dönəmində ASALA terrorçularına ərazisində sığınacaq verib, onlara təlim keçməyə şərait yaradıb. Suriyanın Türkiyəyə münasibəti hər zaman qərəzli olub. Halbuki, Türkiyə Suriyanın parçalanmasına qarşı çıxır, onun ərazi bütövlüyünə dəstək verir, terrorçulardan xilas olmasına yardım edir.

Türkiyə milyonlarla suriyalı qaçqına öz ərazisində sığınacaq verib. Odur ki, belə çətin şəraitdə Suriyanın Türkiyəyə qarşı bu addımı olduqca düşünülməmiş, ağılsız bir hərəkətdir. Suriya müqayisə etməlidir: ermənilərə dəstək vermək ona nə qazandırır, Türkiyəyə qarşı çıxmaq nə verir. Hazırda Suriyada gedən proseslərdə Türkiyənin İran və Rusiya ilə söz sahibi olan  dövlət olaraq Suriyanın gələcəyində rolu böyükdür. Türkiyə Suriya və uydurma soyqırımı tanıyan dövlətlərə müvafiq cavab hazırlamalıdır. Əks halda bu proses getdikcə qarşısıalınmaz prosesə çevriləcəkdir və Türkiyəyə problemlər yaradacaqdır”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

Laçınlı məcburi köçkünlərdən BƏYANAT

“Bu infeksion xəstəlik insandan insana keçir”

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

713-cü batalyonun şəhidləri

ZİYASIZ ZİYALILAR...

Tələbə rektordan diplomunu oynaya-oynaya aldı - QEYRİ-ADİ TƏQDİMAT /VİDEO/

“Səddam rejimi türkçülüklə, dillə bağlı hər şeyi yasaq etdi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Kəsik qolların harayı və "Amerika idealizmi"

Azərbaycana sızan Rusiya “sevgisi”

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı