"Ehtiyyatda olsam da hər zaman vətən uğrunda əldə silah döyüşməyə hazıram"

16:17 16-04-2019 | icon 127 | Şəhidlər və şahidlər
"Ehtiyyatda olsam da hər zaman vətən uğrunda əldə silah döyüşməyə hazıram"

Qazi Sərxan Məmmədov xidməti dövründə torpaqlarımıza təcavüz edən onlarla düşmən məhv edib.

 

Versus.Az yerli mediaya istinadən onun cəbhədə qrup komandiri ilə birlikdə düşməni necə zərərsizləşdirməsini təqdim edəir.

Əvvəlcə qısa arayış verək.

Sərxan Sənani oğlu Məmmədov 1991-ci ilin aprel ayının 4-də Bərdə rayonunun Otuzikilər kəndində anadan olmuşdur.

2009-cu ildə hərbi xidmətə yollanmış, hərbi xidmətini başa vurduqdan sonra sənədlərini Azərbaycan Silahlı Qüvvələri Təlim Tədris Mərkəzinin gizir hazırlığı kursuna vermiş, kursu bitirdikdən sonra gizir kimi Azərbaycan ordusunda hərbi xidmətinə davam etmişdir. 2011-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin kursunu uğurla bitirmişdir.

2016-cı ildəki Aprel döyüşlərində döyüş tapşırığını yerinə yetirən Azərbaycan Respublikası Müdafiə Naziri Zakir Həsənov tərəfindən Təşəkkürnamə ilə mükafatlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin əmrilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası prezidenti İlham Əliyevin adından "İgidliyə görə" medalı ilə təltif edilmişdir. 

Döyüş zamanı yaralanmışdır.

 

Qazimiz bunları danışır:


"Bir dəfə postları gəzirdik, gecələməli olduq. Silah yoldaşlarım yatmalı oldu, mən isə bu axşam yatamayacağımı bildirdim. Olduğumuz post düşmənə yaxın idi və aramızda dərə var idi. Uyğun mövqe seçib gözləməli oldum. "Gecə görmə" cihazlarındakı bütün daşları çıxarıb öz cihazım üçün gətirdim. Çünki daşların bir müddət sonra enerjisi bitir. Gecə 3-4 radələri olardı gördüm bir düşmən əsgəri neytral əraziyə düşdü və bizim mövqeyə doğru irəliləyir. Bir az da irəliləməyə fürsət verib (200 metr) vurdum. Qrup komandirimizi çağırdım gəldi və baxdı. Komandir gördü ki,vurulanı sürüyürlər. Həmin köməyə gələni də qrup komandiri vurdu.


Səhəri düşmən tərəfi bu itkiləri, qeyri - döyüş zamanı olan itgi kimi cəmiyyətlərinə təqdim edib yenə də yalanları ilə onları aldatdı".


Sərxan Məmmədov 2016 cı il aprel döyüşlərində Talış kənddə mövqelərinə silah aparan maşını silah yoldaşları ilə pusquya salaraq zərəsizlədirmiş və maşında olan raket artilleriya rəisini Hayk Toroyanı məhv etmişdir. Sərxan bildirir ki,ehtiyyatda olsa da hər zaman vətən uğrunda əldə silah döyüşməyə hazırdır.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı...

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

AXCP-də film olayı, yoxsa xəyanət?

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

Münasibətlərdə istismar olunmaq

"Füzuli Məmmədovun təcrübəsindən Avropada da istifadə olunmalıdır"

Mənim şəhid əsgər yoldaşım

"Mən səni qızım olasan deyə dünyaya gətirmədim"