TANAP vasitəsilə Avropaya qaz nəqlində son mərhələyə start verildi

11:22 17-04-2019 | icon 72 | İqtisadiyyat
TANAP vasitəsilə Avropaya qaz nəqlində son mərhələyə start verildi

Azərbaycanın “Şahdəniz-2” yatağından çıxarılan təbii qazın Avropaya ötürülməsinə və bölgənin təbii qaz təchizatına töhfə verəcək TANAP-ın Əskişəhərdən Ədirnə-İpsalaya qədər uzanan 2-ci fazasında son mərhələyə start verilib.

Versus.Az trendə istinadla bildirir ki, SOCAR-dan verilən məlumata görə, Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çərçivəsində 2019-cu il aprelin 15-dən etibarən sistemə qaz verilməyə başlanıb. 2019-cu ilin iyununda sistemin istismara hazırlıq işlərinin tamamlanması və Avropaya sınaq məqsədi ilə qazın nəqli üçün hazır vəziyyətə gətirilməsi planlaşdırılır.

2018-ci ilin iyununda keçirilən beynəlxalq açılış mərasimindən sonra işə salınan və birinci fazası çərçivəsində Türkiyəyə qaz nəqlinə başlanan TANAP layihəsinin 2-ci fazası da son mərhələyə daxil olub. Bu faza Avropaya qaz nəqli məqsədi ilə kəmərin Əskişəhərin Seyitgazi bölgəsindən başlayaraq Ədirnənin İpsala bölgəsinə qədər uzanan və Türkiyə-Yunanıstan sərhəddində bitən hissəsinin inşasını əhatə edir.

Tikintisi başa çatan 2-ci fazanın istismara verilməsi çərçivəsində 15 aprel 2019-cu il tarixindən etibarən boru kəmərinə sınaq məqsədilə qaz verilməyə başlanıb. Sınaqlardan sonra iyun ayının sonuna kimi sistemin istismara verilməsi üzrə işlərin tamamlanması və Avropaya sınaq məqsədli qaz nəqli üçün hazır vəziyyətə gətirilməsi planlaşdırılır.

TANAP-ın iyunun sonunda Avropaya qaz nəqli üçün hazır vəziyyətə gətirilməsindən sonra Cənub Qaz Dəhlizinin son həlqəsi olan, Türkiyə-Yunanıstan sərhəddindən başlayaraq İtaliyaya qədər uzanan Trans-Adriatik boru kəmərinin tikintisinin tamamlanması və qaz axını üçün hazır vəziyyətə gətirilməsi gözlənilir. TANAP vasitəsilə Avropaya kommersiya məqsədli qaz nəqlinin Trans-Adriatik boru kəmərinin istismara verilməsi üzrə işlər tamamlanandan sonra 2020-ci ilin ortalarında başlaması gözlənilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

Laçınlı məcburi köçkünlərdən BƏYANAT

“Bu infeksion xəstəlik insandan insana keçir”

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

713-cü batalyonun şəhidləri

ZİYASIZ ZİYALILAR...

Tələbə rektordan diplomunu oynaya-oynaya aldı - QEYRİ-ADİ TƏQDİMAT /VİDEO/

“Səddam rejimi türkçülüklə, dillə bağlı hər şeyi yasaq etdi”

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib

Kəsik qolların harayı və "Amerika idealizmi"

Azərbaycana sızan Rusiya “sevgisi”

Yasəmən Qaraqoyunlu Türk soyqırımlarının tarixi-siyasi səbəblərini açıqladı