"Xalq diplomatiyası"na doğru humanitar razılaşma...

14:43 17-04-2019 | icon 92 | Qarabağ
"Xalq diplomatiyası"na doğru humanitar razılaşma...

 

XİN başçılarının Moskva görüşü humanitar xarakterli razılaşmaların əldə edilməsi ilə fərqlənib. Dağlıq Qarabağ münaqişəsi ilə Vyana danışıqlarında münaqişə tərəfləri danışıqların davam etdirilməsi üçün növbəti görüşlərin keçirilməsini razılaşdırmışdılar. Bu razılaşmaya əsasən, aprelin 15-də Rusiyanın təşəbbüsü və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri növbəti dəfə bir araya gəliblər. Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov görüşlə bağlı bildirib ki, Moskvada indiyə qədə danışıqlarda irəliləyişə imkan verməyən məsələlər konkret şəkildə müzakirə olunub:

"Tam şəkildə irəliləyişin olmasını deyə bilmərəm. Ancaq Ermənistan tərəfi ilə bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. Məsələn, Ermənistan tərəfi statusla və təhlükəsizliklə bağlı məsələ qaldırdı. Biz isə qoşunların işğal altında olan torpaqlardan çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırdıq. Bu dörd fikir əsasında çox dərin müzakirələr aparıldı”.

 
 
O cümlədən görüş zamanı nazirlər münaqişə zonasında, xüsusilə kənd təsərrüfatı fəaliyyəti zamanı sərhəddə vəziyyətin gələcəkdə stabilləşməsində maraqlı olduqlarını ifadə ediblər. Tərəflər həmçinin hər iki ölkədə saxlanılan girovlarla yaxınlarının görüşməsinə dair qarşılıqlı tədbirlər barədə razılığa gəlib. Nazirlər insanlar arasında əlaqələrin yaranması, o cümlədən media təmsilçilərinin qarşılıqlı səfərlərinin təşkilinə dair praktik işlərin görülməsinə də hazır olduqlarını bildiriblər.  
 
 
Versus.az xəbər verir ki, Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib ki, Moskva görüşü Rusiya xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə keçirilib:
 
"Lavrov əvvəlcə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdü və daha sonra Minsk qrupu həmsədrləri də görüşə qatıldılar. Onu qeyd edim ki, görüşün nəticələri ilə bağlı bəyanat da yayılıb. Artıq bu görüşlə bağlı ilkin nəticələrə gəlmək mümkündür. Əvvəla, bu görüşdə humanitar xarakterli bir sıra razılaşmalar əldə edilib. Bunlardan biri, hər iki ölkənin jurnalistlərinin qarşılıqlı səfərləri ilə bağlıdır. Hesab edirəm ki, bu, xalq diplomatiyasının mühüm elementlərindəndir. Xarici işlər nazirlərinin Paris görüşündə belə bir razılaşma əldə edilmişdi ki, xalqları sülhə hazırlamaq lazımdır. Düşünürəm ki, hər iki dövləti təmsil edən jurnalistlərin qarşılıqlı səfərləri, onların hazırladıqları reportajlar, məqalələr nəticə etibarı ilə bu məqsədə xidmət göstərə bilər. Digər bir razılaşma hər iki ölkədən olan əsir və girovların ailə üzvləri ilə görüşünün təşkil edilməsi ilə bağlıdır. Bu da məhz Moskva görüşünün nəticələri kimi qiymətləndirilir. Eyni zamanda cəbhə bölgəsində əhalinin kənd təsərrüfatı ilə məşğul olduğu müddətdə hər iki tərəfin atəşkəsə daha ciddi əməl etməsi məsələsi də razılaşmalar sırasındadır”.
 
 
 
 
E.Nəsirov qeyd etdi ki, bütövlükdə bu danışıqlarda 4 məsələnin müzakirə edildiyi faktı da bəlli oldu: "Bunu da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dilə gətirib. Görüşdə Azərbaycan tərəfdən iki məsələ - Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz yurd-yuvalarına geri dönməsi gündəmə gətirilib. Ermənistan tərəfi isə status və təhlükəsizlik məsələsini önə çəkib. Rəsmi İrəvan çalışır ki, Qarabağın statusunu elə danışıqlarda həll etsin. Eyni zamanda, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılacağı təqdirdə təhlükəsizlik məsələləri öz həllini tapsın. Azərbaycan tərəfi isə məhz yenilənmiş Madrid prinsiplərindən çıxış edərək ilk növbədə işğalçı qüvvələrin çıxarılması və məcburi köçkünlərin qaytarılması məsələsini gündəmə gətirir. Bu məsələlərlə bağlı hələ ki razılaşma yoxdur. Bütövlükdə isə bu görüşə humanitar xarakterli məsələlər ətrafında müəyyən razılaşmalar əldə edilməsi kimi qiymət vermək mümkündür”.
 
 
Politoloq Elşad Mirbəşiroğlu bildirib ki, münaqişə tərəflərinin görüşlərinin intensiv xarakter alması müsbət haldır: "Bir müddət əvvəl Vyanada Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında görüş oldu. Bu görüş zamanı da gəlinən ortaq nəticə ondan ibarət oldu ki, münaqişənin dinc vasitələrlə tənzimlənməsi istiqamətində dialoq davam etdirilsin. Moskva görüşünü də xarakterizə edən əsas cəhətlərdən biri ondan ibarət oldu ki, Rusiyanın xarici işlər nazirinin təşəbbüsü ilə  Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüş keçirildi. Nəzərə almaq lazımdır ki, Rusiyanın regionda kifayət qədər təsir imkanları mövcuddur. Bildiyimiz ki, münaqişənin tənzimlənməsi istiqamətində nəticənin əldə olunmamasının səbəbkarı Ermənistandır. Rusiyanın təşəbbüsünün güclənməsi hesab edirəm ki, Ermənistana təsir rıçaqlarını işə salmaq imkanları yarada bilər. Bu görüşün konkret nəticələrinə gəlincə, Azərbaycan xarici işlər nazirinin qeyd etdiyi kimi tərəflərin istəkləri ilə əsasən dörd məsələ müzakirə edilib. Ermənistan tərəfindən status və təhlükəsizlik, Azərbaycan tərəfindən isə işğal olunmuş ərazilərin azad olunması və məcburi köçkünlərin öz yerlərinə qayıtması. Nəzərə almaq lazımdır ki, bunlar  Madrid prinsiplərində yer alan məsələlərdir. Sadəcə olaraq, bu məsələlərin daha prinsipial şəkildə müzakirə olunması düşünməyə əsas verir”.
 
 
 
 
E.Mirbəşiroğlu vurğuladı ki, Moskva görüşündə əsir və girov götürülmüş şəxslərlə yaxınları arasında görüşün keçirilməsi məsələsi də müzakirə edilib: "Hesab edirəm ki, bu, konstruktiv dialoq üçün müəyyən əsas yaradan məqamdır və müsbət qiymətləndirilməlidir. Onu da qeyd edim ki, bir müddət əvvəl ictimai diplomatiyanın işə salınması istiqamətində addımlar atılmışdı. Yəni, Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsi məsələsi var idi. Buna əlavə olaraq, Azərbaycan və Ermənistan jurnalistlərinin hər iki ölkəyə, o cümlədən Qarabağa səfərinin təşkil olunması tərəflərinin mövqelərinin daha aydınlaşması və konstruktiv dialoq üçün əsas yaranması baxımından müsbət nəticələr verə bilər. Bildiyimiz kimi, dövlətlərarası münaqişələrin tənzimlənməsində kütləvi informasiya vasitələrinin kifayət qədər təsirli rolu olub. Yəni, bununla bağlı dünya təcrübəsində kifayət qədər nümunələr mövcuddur. Buna Karib böhranını misal göstərmək olar və o zaman elm adamlarının, həm də jurnalistlərin yaxından iştirakı, təmasları münaqişənin tənzimlənməsi istiqamətində təkanverici oldu. Bu baxımdan düşünürəm ki, media nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkil olunması tərəflər arasında dialoqu daha da inkişaf etdirə bilər”./kaspi.az/
 
 
Versus.Az

    

Xəbər lenti

Üzümü “çürümə” xəstəliklərindən necə qorumalı

Sahədə gəzərkən salxımlar nəzərdən keçirilir və orada rast gəlinən çürümüş gilələr kəsilərək salxımdan kənarlaşdırılır

Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, izahat istənildi

Prezident İlham Əliyev və D.Tuskun məzmunca bir-birindən fərqlənməyən fikirləri olduqca maraqlıdır

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə aparılan danışıqlar da öz səmərəli nəticəsini verəcək"

DTX-nin Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib

Əlləri niyə gündə bir neçə dəfə yuxarı qaldırmaq lazımdır?

Evinizə gələnləri belə qarşılayın - DİZAYN NÜMUNƏLƏRİ

 Niyamdan həmkarlarına sərt cavab

Tarixin simlərində

ABŞ-ın ən gözəl yanğınsöndürəni

Millət vəkili Vyetnamın vitse-prezidenti xanım Dang Thi Ngoc Thinhlə görüşüb

RAİ MeqaFon-u səhvini düzəltməyə məcbur edib 

Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq - RƏSMİ

Dirijor Əyyub Quliyev Azərbaycanı beynəlxalq festivalda təmsil edib

“I Əkinçi Kuboku” mini-futbol turnirinin finalçıları məlum olub

Lökbatanda ticarət mərkəzində oğurluq 

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədrindən rektora AÇIQ MƏKTUB

14 iyul 1959-cu il - Kərkük soyqırımı...

Laçınlı məcburi köçkünlərdən BƏYANAT

“Bu infeksion xəstəlik insandan insana keçir”

Riyaz Sarıkahya Fuad Əliyevə başsağlığı verib

"Sovet İttifaqında doğulan hər kəs Rusiya vətəndaşlığı ala bilər" - BƏYANAT

“Nə yazıq ki, “Kərkük soyqırımı” ilə bağlı heç bir film çəkib səsimizi dünyaya duyura bilmədik”

Şəkidə çoxəsrlik çinar ağacı necə aşdı? /VİDEO/

713-cü batalyonun şəhidləri

Ölmüş insanın şəklini evdə saxlamaq olmaz - SƏBƏB?

ZİYASIZ ZİYALILAR...

Tələbə rektordan diplomunu oynaya-oynaya aldı - QEYRİ-ADİ TƏQDİMAT /VİDEO/

“Səddam rejimi türkçülüklə, dillə bağlı hər şeyi yasaq etdi”

Kəsik qolların harayı və "Amerika idealizmi"

Füzuli Rzaquliyev Azərbaycan Xalq Cümhuriyyəti yaranması yubley medalı ilə təitif edilib