İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

17:23 17-04-2019 | icon 532 | Cəmiyyət
İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

Eluca Atalı: “Sayımız ermənilərdən çox olsa da, heyif ki, biz yaşadığımız ölkələrdə əsas postları tuta bilməmişik”

 

 

İscveçdə yaşayan həmyerlimiz, yazıçı Eluca Atalının Versus.Az-a müsahibəsi

 

“Eyni tarixi hadisəni təkrar-təkrar yaşayır, nə tarixdən dərs alırıq, nə də qətiyyət göstəririk”

 

- Eluca xanım, bu gün İsveçdə yaşayır və fəaliyyət göstərirsiniz. Maraqlıdır, orada yaşayan azərbaycanlılar Azərbaycanı öz doğması hesab edib, Qarabağın işğaldan azad olunması ilə bağlı haqq səsinin dünyaya çatdırılması baxımından nə dərəcədə koordinasiya olunmuş şəkildə hərəkət edir, səslərini ucalda bilirlər və bu prosesi nə dərəcədə qaneedici sayırsız?

 

- Sözsüz ki, Azərbaycanın bütün problemlərini düşünürük. Tək Qarabağı yox, işsizlik, evsizlik, az maaş, qocaların təqaüdü, ziyalılara verilən təhqiredici əmək haqqı, uşaqların pis təmin olunması, məktəblərdəki təhsilin səviyyəsinin ürəkbulandırıcı olması, uşaqpulunun verilməməsi və s. Deyərdim ki, hətta Azərbaycandan kənarda olanda belə, onun problemləri adamı daha çox ağrıdır. Çünki sən azad bir ölkədə yaşayırsan, çalışırsan, əmək haqqın səni təmin edir, amma istedadlı və zəhmətkeş yurddaşların min cür zillət içində güzaran keçirirlər. Eləcə də, Qarabağ problemi. İşğal altında olan yurd yerlərimizlə bağlı tez-tez tədbirlərimiz olur. Çalışırıq yaşadığımız ölkələrin ictimaiyyətinə bunu çatdıraq. Amma qaneedici deyil. Bugünkü dünya daha çox görüntülü filmlərlə informasiya almaq istəyir. Yəni informasiyanın beyində ən tez həll olunan formasıdır film. Lakin Qarabağın işğalından 30 il keçməsinə baxmayaraq, biz hələ də qədərincə bədii filmlər hazırlayıb dünyanın aparıcı dillərinə çevirib yaya bilməmişik. Hər tədbirdə iki-üç nəfəri bilgiləndirməklə iş aşmır. Kütlənin öz dili var, onunla dövrün tələb etdiyi dildə danışmalısan, zamanın nəbzin tutmaq lazımdır. Siz mənim yurddaşımsınız, mən sizə qədərindən artıq şişirdilmiş heç bir məlumat vermək fikrində deyiləm. Kimi aldadırıq ki? Bu, yurd məsələsidir, bu mövzuda zarafat olmaz! Bir də unutmayın, Qarabağın həlli bağlı qapı dalında, dairəvi masada həll olunmaz, əlbəttə, təcrübə bunu göstərir. Əgər həll olunan idisə bu qədər uzanmazdı. Hansı dövlətə, hansı gücə bel bağlayırıq məsələnin həllində? Götürək elə Minsk qrupunu. Məgər Qarabağ problemini bizim üçün o qrupun içindəki dövlətlər yaratmayıbmı? İnansaq ki, biz Qarabağda erməni ilə savaşırıq, bu sadəlövhlük olardı. Biz Qarabağda dünyayla savaşırıq, dünya bizə güc göstərir.

 

2017-ci ilin yanvarında Stokholmda Qarabağ konflikti ilə bağlı ermənilərlə birgə beynəlxalq simpozium vardı. Minsk qrupunun iki əməkdaşına yanaşıb ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi ilə bağlı onların özlərinin 1978-ci ildə Qarabağda yol ayrıcında qoyduqları və 1988-ci ildə öz əlləri ilə dağıtdıqları abidənin şəklin göstərdim və izahat verdim. "Bilirik" dedilər. Hamı hər şeyi bilir, amma əməl yoxdur. Belə olan halda biz nə etməliyik? Hətta həmin tədbirdə Minsk qrupunun nümayəndələrindəki ermənipərəst cizgiləri də sezməmək korluq olardı. Belə olan halda yalnız və yalnız ordunu gücləndirməliyik və Vətənpərvərlik dərsləri keçməliyik.

O cümlədən, mavi ekranlardan insan səviyyəsini endirən, nəinki yüksəldən proqramlar ləğv olunmalıdır. Elə bil bu millətin yuxarıda saydığım bütün problemləri həll olunub, bircə qalıb kefini durultmaq!?.

Mən bundan artıq demək istəmirəm, istəmirəm sözçülük olsun, amma deyilməlidir bütün bunlar.

 

“Hələ də qədərincə filmlər hazırlayıb dünyanın aparıcı dillərinə çevirib yaya bilməmişik”

 

Qarabağın həlli NATO-dan, ATƏT-dən, Minsk-dən, Kremildən, bizdən uzaqdakı hansısa bir qüvvədən asılı deyil, problemin həlli bizdən - Bütöv Azərbaycandan keçir. Asif Ata: "Qarabağın biryolluq, birdəfəlik həlli Güney Azərbaycandan keçir" - deyir. "Erməni ruhani yox, fiziki gücdən qorxandır. Erməniyə 50 milyonluq azərbaycanlı təpiyi lazımdır."

 

Qarabağ problemi nə zaman yarandı? 1828-ci il Türkmənçay sülh müqaviləsi ilə Azərbaycan İran və Rusiya arasında ikiyə bölünəndən! İrandakı ermənilər Qarabağa kütləvi surətdə köçürüləndən! Azərbaycanın birləşməsi ilə də bu mövzu qapanacaq. Çünki nə İran, nə də Rusiya 50 milyonluq ölkəyə diş qıcada bilməz.

 

Bir məsələni də deyəcəm, hələ 1992-ci ildə Asif Ata deyirdi ki: "Qarabağ probleminin beynəlxalqlaşması, Qarabağın bizim nəzarətimizdən çıxması deməkdir."

O zaman bəzi sadəlövhlər çevik siyasəti problemin həlli üçün aktual hesab edirdilər. Lakin bütün bunlar hamısı bizim ziyanımıza oldu və təəssüf ki, həmin xətt davam etməkdədir. Sanki biz Albert Kamyunun "Sizif haqqında əfsanəsi"indəki olayları yaşayırıq. Eyni tarixi hadisəni təkrar-təkrar yaşayır, nə tarixdən dərs alırıq, nə də qətiyyət göstəririk.

 

“Düşünsəniz ki, xaricdə böyük gücümüz var, bu səhv olardı”

 

- Azərbaycanın Haqq səsinin eşidilməsi, dünyanın bizim gücü hiss etməsi üçün, dünya azərbaycanlıları yekdil şəkildə bir hədəfə vura bilirlərmi?

 

- Təəssüf edirəm, hələ də birliyimiz yaranmayıb, baxmayaraq ki, ayrı-ayrı qurumlar, o cümlədən Azərbaycan Diaspora Komitəsi buna çaba edir. Məsələyə dar çərçivədə baxmaq qəbahətdir. Sualınıza geniş formada cavab vermək istəyirəm. Bir tərəfli baxmaq bizim söhbətə ziyan gətirər.

 

Əslində biz bir millət kimi böyük qələbəyə nail olmuşuq, vətənimiz tam olmasa da, onun bir hissəsi Quzey Azərbaycan müstəqil olub. Müstəqil dövlətimiz, vətənimiz var, indi mübarizəmizin ikinci hissəsi Güney Azərbaycanın işğaldan qurtarmasıdır.

Düşünürəm, hədəf bəllidir, biz hamımız yurdumuzun işğaldan qurtarmasın istəyirik. Amma düşünsəniz ki, xaricdə bizim böyük gücümüz var, bu səhv olardı. Qarşımızdakı düşməni zəif saymayaq. Bizim azərbaycanlılar mühacirətə əsasən Güney Azərbaycanlılar olaraq 1980-ci illərdə İran İslam inqilabından sonra gəliblər. Quzeylilər isə 1990-cı illərdən sonra mövcud istimai-siyasi durumla bağlı və ya Qarabağ qaçqını kimi yerləşiblər. Amma ermənilərin tarixən vətənləri olmadığı üçün onlar dünyaya səpələniblər və olduqları ölkələrin ictimai, siyasi, mədəni həyatında lazımı yerləri tutublar. O üzdən də bizim hər hansı bir məsələdə təbliğatımız onlarınkı qədər effekt vermir. Bariz nümunəsini yaşadığım İsveç dövlətində görürəm. Sayımız ermənilərdən çox olsa da, nə heyif ki, biz yaşadığımız ölkələrdə əsas postları tuta bilməmişik.

 

 “Sağlam diaspora xaricdə doğulan körpələrdən yaranmalıdır”

 

- Bəzən deyirlər ki, azərbaycanlılar xaricdə ancaq öz maraqlarını, öz ciblərini güdürlər. Nə etməli və necə etməli ki, artıq xalq olaraq bu fikirləri aşa bilək. Nə etməli ki, "biz 10 milyonuq" yox, "50 milyon xalqıq" deyə sözün əsl mənasında başımız dik dayana bilək?

 

- Deyir: "Ələsgər dərd əlindən dağa çıxdı, dedilər, bəxtəvər yaylağa çıxdı". Təəssüf, kənardan baxana elə gəlir ki, xaricdə yaşayan azərbaycanlılar ancaq kef-damaqdadırlar. Mühacirətin o qədər qəddar sifətləri var ki, bəzən dilə gətirib əzizlərinə belə deyə bilmirsən. Əslində, dünyanın ən varlı, hər mənada, həm yeraltı, həm yerüstü sərvət baxımından, həm də intelekt baxımından dünyada ən zəngin ölkə bizimkidir. Lakin vətənimiz ədalətlə idarə olunmalı, qanunlar işləməlidir. Əgər vətəndaşın heç bir məhkəmə sisteminə inamı yoxdursa, o zaman sən ona ədalətlə bağlı nağıl oxuya bilməzsən. Bizim azad, demokrat dediyimiz ölkələrdə insanların çoxu dinsizdir, amma qanunu allah sayır, onun icra olunmamasını günah bilirlər. Dövrün hakiminə şeir yazıb, mahnı bəstələmirlər. Qanunun, haqqın düzgün icrası üçün ölkə başçısına, vitse prezidentə, parlamentə məktublar yazıb dərdlərini anlatmırlar. Haqq yerini tapmayanda tv jurnalistinə zəng edib dərdi anladıb onu aktullaşdırırlar. Məsələ ilə bağlı iqtidar və müxalifət ekspertləri studiyaya dəvət olunub şərhlər verirlər.

 

Siz dediyiniz kimi, hər cür azərbaycanlı var, inkar ediləsi mövzu deyil. Xaricdə fəaliyyət göstərmək Azərbaycanda olan insanlara asan görünməsin. Əgər bir adam yarı yaşda xaricə köçürsə, onun diaspora fəaliyyəti özü istəsə belə yüksək səviyyədə alınmır. İlk əvvəl diaspora fəaliyyəti üçün sən yaşadığın ölkənin dilin əla bilməlisən ki, dərdini, fikrini qarşındakına o dildə anladasan. İkincisi, burda güzaran keçirmək, lazımı işi tapmaq asan deyil. Adam yarı yaşda xaricə köçəndə sıfırdan başlayır, sanki yenidən doğulursan, həm də ikinci doğuluşda azərbaycanlı yox, yaşadığın ölkənin milləti kimi doğulmalısan. Yəni, o ölkənin mentalitetinə yiyələnməlisən. Amma bu çox zordu, çünki sən birinci doğuluşunda türksən. İki mədəniyyət toqquşur, çox zaman da xaos yaranır. Bax, elə bu baxımdan da xaricdəkilərin çoxusu güzaran üçün yaşayır kimi görünür. Əslində sağlam diaspora xaricdə doğulan körpələrdən yaranmalıdır. Lakin burda da asimlasiya problemi qarşıda durur. Ailələr uşaqlarına milli mentalitetimizi aşılamalıdır. Onsuz da cəmiyyət onlara avropa mədəniyyətini, sosial həyatı baxçada və məktəbdə aşılayacaq. Diaspora nümayəndəsinin kimliyi itməməlidir.

Qaldı 50 milyona, məndən ötəri say əsas deyil, keyfiyyət əsasdır, mənlik əsasdır. Amma 50 milyonluq ölkənin vətəndaşı olmağın özü də pis duyğu deyil.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağla bağlı bəyanat yayıb

QMİ-nin Gürcüstan nümayəndəliyi ümid edir ki, Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaradılmış süni problem aidiyyatı qurumlar tərəfindən tezliklə həllini tapacaq

Azərbaycan güləşçiləri Festivalın birinci gününü 4 medalla başa vurublar

II qrup üzrə 400 bal toplayan yeganə abituriyent: “İmtahanlar ərəfəsində də əyləncələrimdən qalmırdım”

Bakıda universitet tələbəsi dənizdə boğuldu

Buzlaqların əriməməsi üçün maraqlı bir üsul tapdılar

Çində məktəbli iki təyyarə oğurlayıb

Həsən bəy Zərdabinin universitetdən aldığı fərqlənmə attestatı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində iştirak edirlər

"Neftçi" "Arsenal"ı keçsə... - "Trabzonspor"la qarşılaşa bilər

“EYOF Bakı 2019”: Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb

Güləşçimiz Nihad Məmmədli EYOF 2019-un bürünc medalına sahib olub

Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıb

daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb

Deputat Tayland Qadınlar Federasiyasının nümayəndələri ilə görüşüb

"Nazirlər kabineti yenilənə bilər"

Hindlilərin saç uzatmaq üçün 7 hiyləgərliyi

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

“Belə mətbuatın nəyini təbrik edəsən?” - MÜSAHİBƏ

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

İnanılmaz: dənizdə boğulub "ölən" gənc ayıldı

Sosial şəbəkədə “qocalıq” trendi: Əyləncəli görünən təhlükələr

Əl quruması - iflici nədir və müalicəsi varmı? /FOTO-VİDEO/

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe

78 yaşında universitetə sənəd verdi

Polis leytenantı özünü güllələdi

Azərbaycanın Keçişçidağ qalmaqalı və sərinləşən münasibətlər