AXH parçalanıb - bu da belə getdi...

18:04 18-04-2019 | icon 653 | Siyasət
AXH parçalanıb - bu da belə getdi...

Azərbaycan Xalq Hərəkatı parçalanma təhlükəsi ilə üz-üzə qalıb. Qurumun 21 idarə heyəti üzvü iki qrupa ayrılıb. Artıq qruplardan bir tərəf bu gün fövqəladə toplantı keçirərək, ciddi qərarlar qəbul edib.



Valeh İbadov və Ağasif Şakiroğlu idarə heyətindən uzaqlaşdırılıb. Sabiq daxili işlər naziri İsgəndər Həmidov Ramiz və Tağıyevə xəbərdarlıq edilib. Süleyman Kərimov, Salman İmanlı, Yavər Mikayılov və Firudin Əhmədlinin hərəkatın idarə heyətinin üzvü olmadığı elan olunub. Hərəkatın Məclisinin 27 apreldə keçiriləcək iclası təxirə salınıb.



Bu dəqiqələrdə isə digər qrup GAP qərargahında fövqəladə toplantı keçirir.

Toplantıda çıxış edən İ.Həmidov S.Kərimov, S.İmanlı, Y.Mikayılov və F.Əhmədlinin idarə heyətinin üzvü olduqlarını bəyan edib: “Bu adamların idarə heyəti üzvü olmalarına həmin şəxslər səs veriblər. Bu gün ölkəmizdə hansı fövqəladə vəziyyət var ki, sizlər belə bir toplantı keçirdiniz? AXH-də heç nə baş verməyib. Hər kəsə müraciət edirəm ki, işlərini görməyə davam etsinlər. Onların iclasları sifarişli idi. 7 nəfərlə 13 nəfərin hərəkatda taleyini həll edirlər. Tələsik iclas niyə keçirdiniz? Kimlərə hesabat verirsiniz? İclas qeyri-legitimdir. Savaş açdılar, qəbul etdik. Məclisin təxirə salınması ilə aldıqları qərarla bağlı deyirəm ki, bu Məclis baş tutacaq. Günahlarım çoxdur, onlardan biri də Nemət Pənahlının hərəkatdan çıxarılması oldu. Ondan üzr istəyirəm”.

 

Əks qanadın hərəkatdan uzaqlaşdırdığı A.Şakiroğlu qarşı tərəfi xəyanətdə suçlayıb:“Onların etdikləri separatçılıqdır. Onların qərarları ortadakı məlum "screen"lərin sübutudur. Özlərini ifşa etdilər. Həmin 7 nəfər mütləq cəzalandırılmalıdır. Qurban Məmmədovun hərəkat üçün xidməti o oldu ki, bizi qərargahsız qoydu. Müzakirə ediləsi şəxslər onun dirijorluğu ilə hərəkət edənlərdir”.



İdarə heyəti üzvlərindən Ramiz Tağıyev hərəkatın dağılmadığını bildirib: “Xəyanətkar insanlar hər zaman olublar. Oğru elə bağırır ki, doğrunun bağrı yarılır. Qurban Məmmədov oradan dəfələrlə təhdidli ifadələr işlədib. Ona cavab vermək haqqımdır. Xalq bilməlidir ki, kimlərin arxasınca gedir. Ruhdan düşmək lazım deyil. Onlarla bir masa ətrafında oturmaq fikrində deyiləm. Bura gələcəklər, yenə də çaxnaşma yaradacaqlar”.



S.Kərimov əks tərəfin iclasını qeyri-qanuni adlandırıb: “Üç iclasdır görün nələri müzakirə edirik. Onlar bizi təxribata çəkmək istəyirlər”.



V.İbadov hərəkatdan uzaqlaşdırılmasının səbəblərini anlamadığını qeyd edib: “Onlar özlərini buradan uzaqlaşdırdılar. Missiyalarını başa çatdıra bilmədilər”.



İ.Həmidov əks tərəfi gələn həftənin ilk günü keçiriləcək iclasa dəvət edib: “O iclasa gəlməsələr, özləri bilərlər. Qərar qəbul ediblər ki, aprelin 20-də Qarabağ Forumu keçirilməyəcək. Mən deyirəm ki keçiriləcək və hər kəsi foruma dəvət edirəm”.



Toplantının aparıcısı Həsən Həsənov kimlərisə çıxartmaq fikrindən uzaq olduqlarını söyləyib: “Haqqın yoluna qayıtmasalar, səsə qoyulub kimlərsə çıxarıla da, töhmət də ala bilər. Gələn həftə ki iclasda şəxsən mən Qurban Məmmədovun hərəkatdan uzaqlaşdırılması təklifini verəcəm. Qalan 7 nəfəri isə iclaslara dəvət edirəm. Xalq tərəfindən qazandığınız hörməti hansısa vədlərə görə itirməyin. Birinci gün qərarlar qəbul olunacaq”.



Sonda səsvermə yolu ilə hərəkatdan çıxarılanlar və töhmət alanlar barədə qərar qeyri-legitim sayılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

Restoran və kafelərdə siqaret çəkənlərə ağlasığmaz CƏRİMƏ

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

AXH Qurultaya hazırlaşır

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı