Hər bir kişi bu müayinələrdən keçməlidir

16:30 24-04-2019 | icon 173 | Sağlamlıq
Hər bir kişi bu müayinələrdən keçməlidir

Harvard Tibb Məktəbinin apardığı statistik araşdırmaya əsasən, qadınlarla müqayisədə, kişilər profilaktik tibbi müayinələrdən, yəni skrininq-testlərdən keçməyə az meyilli olur.

 

ABŞ ailə həkimləri akademiyasının keçirdiyi ictimai sorğulara əsasən, respondent kişilərin 55 faizi ötən il ərzində, ümumiyyətlə, bir dəfə olsun belə ümumi müayinə üçün həkimə və ya tibb müəssisəsinə müraciət etməyib. Halbuki onların 40 faizində azı bir xroniki xəstəlik müşahidə olunub.

Sorğuda iştirak edən 55 və daha yuxarı yaşlarda olan kişilərin təxminən 20 faizi heç vaxt yoğun bağırsaq xərçənginə qarşı skrininqdən keçməyib, 30 faizi isə “hər hansı bədən üzvləri ağrımayana” qədər, ümumiyyətlə, həkimə və ya tibb müəssisəsinə müraciət etmir.

Skrininq xəstəliklərin erkən, hələ simptomları üzə çıxmamış aşkarlanması üçün aparılan müayinəyə deyilir. Sizdə əvvəllər hər hansı xəstəlik olubsa, aşağıda göstərdiyimiz zəruri testlərdən keçməyi tövsiyə edirik.

 

50+ yaşda olanlar üçün skrininq testlər

Abdominal aortanın anevrizmi

Siqaret çəkən və ya nə vaxtsa çəkmiş, yaşı 65-dən 75-ə kimi olan kişilərin abdominal (qarın) aortanın anevrizminə qarşı USM müayinədən keçməsi tövsiyə olunur.

 

Arterial təzyiq

Əgər sizin normal arterial təzyiqiniz varsa (120/80 və daha aşağı), hər iki ildən bir nəzarət lazımdır, əgər sizdə yüksək arterial təzyiq və ya ürək-damar xəstəliklərinin və insultun (misal üçün, siqaret və ya şəkərdən) yüksək riski varsa, hər il müayinədən keçmək mütləqdir.

 

Xolesterin

Hər beş ildən bir xolesterin səviyyəsinin ölçülməsi ilə bağlı müayinədən keçmək vacibdir. Ürək-damar xəstəlikləri riski zamanı belə skrininqlər daha müntəzəm hal almalıdır.

 

Kolorektal xərçəng

Yaşı 50-dən 75-ə olan kişilər bu üç müayinədən keçməlidirlər: Hər il hər hansı xərçəng ünsürlərinin olub-olmadığını bilmək üçün qan və nəcis nümunələri müayinə olunmalıdır, hər beş ildən bir elastik siqmoidoskopiyadan, hər on ildən bir isə kolonoskopiya müayinəsindən keçməlidir. 75 yaşa qədər bütün müayinələrin nəticələri mənfi olsa, yəni hər hansı xərçəng əlaməti izlənilməsə, testlərin davam etdirilib-etdirilməməsi ilə bağlı həkimlə məsləhətləşmək lazımdır.

 

Diabet

Artıq çəkidən və ya piylənmədən əziyyət çəkən 40-70 yaşlarında kişilər qanda şəkər miqdarının müəyyən edilməsi və şəkərli diabetin olub-olmaması ilə bağlı müayinədən keçməlidirlər. Sizdə ikinci tip şəkərli diabetin risk faktoru, ürək-damar xəstəlikləri, 135/80-dan yüksək qan təzyiqi izlənilirsə, arterial təzyiqə nəzarət üçün dərman qəbul edirsinizsə, şəkərli diabetlə bağlı müayinələrin hansı intervallarla keçirilməli olduğunu həkimlə müzakirə edin.

 

Hepatit B

Yüksək hepatit B riski ilə üzləşmiş kişilər mütəmadi olaraq testlərdən keçməlidir (müayinələrin tezliyini həkimlə məsləhətləşmək lazımdır) .Bir neçə qadınla qorunmadan cinsi əlaqədə olma, damara vurulan narkotik vasitələrin qəbulu, kişilərlə cinsi əlaqədə olmaq, daima insan qanı ilə təmasda olma (məsələn, tibb işçiləri), xroniki Hepatit B-dən əziyyət çəkən şəxslə birlikdə yaşama və ya Hepatit B-yə yüksək yoluxma səviyyəsi olan bölgələrə səyahət, Hepatit B virusuna yoluxma riskini artırır.

 

Hepatit C

Yüksək Hepatit C riski ilə üzləşmiş kişilər mütəmadi olaraq müayinələrdən keçməlidir (müayinələrin tezliyini həkimlə müzakirə edin). 1992-ci ilə qədər aparılmış orqan köçürmə əməliyyatları, qan köçürmələri, xəstəyə vurulmuş iynə ilə təmas (tibb işçiləri üçün), damardaxili narkotik vasitələrdən istifadə (bir dəfə olsa belə) bu riski əhəmiyyətli dərəcədə artırır.

 

Ağciyər xərçəngi

Siqaret çəkən və ya son 15 il ərzində çəkmiş yaşı 55-80 arası kişilər hər il ağciyər xərçənginə qarşı aşağı dozalı kompüter tomoqrafiyası yolu ilə skrininqdən keçməlidir. Skrininq üçün etalon ayda 30 qutudan çoxdur.

 

Prostat xərçəngi 

Prostat xərçəngi üçün prostat-spesifik antigen testi mübahisəli məsələ olaraq qalır. Bu test ABŞ-da profilaktik məqsədlərlə tövsiyə olunur. Hansı hallarda kişilərin müntəzəm PSA müayinəsindən keçməli olduğu indiyə kimi aktual problem olaraq qalır, bu barədə gələn rubrikalarımızda daha geniş söz açacağıq.

 

Zöhrəvi xəstəliklər

Sağlamlıq durumu ilə barədə məlumatsız olduğu qadınla qorunmamış cinsi əlaqədə olan kişilər mütləq zöhrəvi xəstəliklər və ya cinsi yolla ötürülən xəstəliklərə qarşı (qonoriya, xlamidiya, genital herpes, papillom virusu, Hepatit, HİV və s) skrininqdən keçməlidirlər.

 

Boy və Çəki

Sizin çəki ilə boyun nisbəti bədən kütləsi indeksini müəyyən edir. Tədqiqatçılar sağlamlıqla bağlı araşdırmalardan bu indeksdən geniş istifadə edirlər. Hər il öz çəkinizi və boyunuzu ölçün. 50 yaşdan sonra isə hər 10 ildən bir ölçün.

Növbəti materialda skrininq-testlərin tövsiyə olunan tezliyi və müddətləri ilə bağlı cədvəl təqdim olunacaq.

Bu material “Harvard Health Publishing” nəşrində dərc edilib.

Tərcümə etdi: Sevinc İbrahimova

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

"Bəs Əli Kərimli niyə susur?"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

Mitinqə görə imiş... yesinlər mitinqinizi

Qızlarınızın dizini sındırmayın