"Əli İnsanov indi yeni bir quyu qazmağa başlayıb"

17:39 04-05-2019 | icon 61 | Siyasət
"Əli İnsanov indi yeni bir quyu qazmağa başlayıb"

Millət vəkili Elman Məmmədov bu ilin martın 16-da Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovun “Amerikanın səsi” radiosunda səsləndirdiyi əsassız açıqlamaya münasibət bildirib.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, E.Məmmədov açıqlamasında deyib ki, insan hüquqlarını qoruyacağı və rüşvətə qarşı mübarizə apacağını bəyan edən sabiq səhiyyə naziri Əli İnsanov elə öz keçmişinə nəzər salsa, hər şey ona aydın olar:

 

"Əli İnsanov səhiyyə naziri işlədiyi vaxtlarda qanunsuz yolla əldə etdiyi milyonlarla regionun ən zəngin adamlarından birinə çevrilmişdi. Həmin vəzifədə cinayətkar yolla var-dövlət qazanmışdı".

 

Millət vəkilinin sözlərinə görə, Əli İnsanov unutmamalıdır ki, nəyə görə həbs olunub:

"O, rüşvətxorluq və qeyri-qanuni yolla əldə etdiyi sərvətə görə tutulub. Belə bir keçmişi olan adamın indi insan hüquqlarını qoruyacağını bəyan etməsi çox gülüncdür. Mənə belə gəlir ki, Azərbaycan xalqı müdrik xalqdır, ağı qaradan seçməyi bacarır. Azərbaycan xalqı yaxşı bilir ki, Əli İnsanov kimdir. Onun bu düşüncəsi də səhvdir ki, kimlərsə onun arxasınca gedəcək. Onun arxasınca elə öz əqidəsində olanlar, nankorluq edənlər gedə bilər. Məncə, Əli İnsanov indi yeni bir quyu qazmağa başlayıb. Qoy qazsın, bir az da dərin qazsın, onsuz da axırda özü həmin quyuya düşəcək".

 

E.Məmmədov vurğulayıb ki, Azərbaycan xalqı Əli İnsanovun əvvəllər törətdiyi cinayət əməllərini unutmayıb və o, yenə də səhv yoldadır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

"Relslər üzərinə uzanmış adam"ın İANƏSİ

“Həyat gözəldir” - musiqili-ədəbi gecə