İraq Türkmən Cəbhəsinin rəhbəri deputatımızla görüşüb

14:40 06-05-2019 | icon 139 | Cəmiyyət
İraq Türkmən Cəbhəsinin rəhbəri deputatımızla görüşüb

“Qarabağ problemi və Xocalı Soyqırımı həqiqətlərinin dünyaya tanıdılmasında hər zaman Azərbaycanın yanındayıq”

 

Millət vəkili, Azərbaycan-İraq parlamentlərarası dostluq qrupunun üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Azərbaycan Türkiyə Evi, Azəri-Türk Qadınlar Birliyi və Yeniçağ.Az Media Qrupunun təşkilatçılığı, Tika Bakü, TÜİB və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Türk Dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: geopolitik çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq simpozium çərçivəsində ölkəmizdə səfərdə olan İraq parlamentində insan haqları komitəsinin sədri, İraq Türkmən Cəbhəsinin başqanı Erşad Salihi və onun rəhbərlik etdiyi İraq, Kərkük nümayəndə heyətinin üzvləri – İraq Türkmən Cəbhəsi Türkiyə təmsilçisi Mehmet Tütüncü və Kərkük Mədəniyyət Mərkəzinin sədri Şəmsəddin Kuzəçi ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, görüş zamanı İraqdakı vəziyyət, bu ölkədə yaşayan türkmənlərin vəziyyəti, Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycanı “qardaş vətən” adlandıran Erşad Salihi İraqda türkmənləri, İraq Türkmən təşkilatlarının soydaşlarımızı və onların haqlarını qorumaq istiqamətində gördüyü işlər, planlar barədə fikirlərini bölüşüb və bütün Türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözlədiklərini bildirib. O, Azərbaycanla İraq arasında parlamentlərarası, hökumətlərarası münasibətlərin inkişafı ilə yanaşı, Azərbaycan türkləri ilə İraq türkləri arasında əməkdaşlığın artmasının vacibliyini də vurğulayıb.

 

Millət vəkili Qənirə Paşayeva Azərbaycan xalqının İraqda yaşayan bacı-qardaşlarımızı hər zaman düşündüyünü və İraqdakı qardaş-bacılarımızla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. “Hələ ümummilli lider Heydər Əliyev tarixi araşdırarkən gördüm ki, İraq türkmənləri ilə biz azərbaycanlılar bir bütövün parçalarıyıq” fikrini qeyd edən millət vəkili Prezident İ.Əliyevin İraq türkmənlərinə, İraqda yaşayan soydaşlarımıza hər zaman həssas yanaşdığını deyib.

 

Qənirə Paşayeva qeyd edib ki, İraq, özəlliklə, iraqlı soydaşlarımız Azərbaycana doğmadır və orada yaşananlar hər zaman Azərbaycan tərəfindən daim diqqətlə izlənir. E.Salihi ilə dəfələrlə görüşlər və fikir mübadiləsi apardığını deyən millət vəkili E.Salihinin rəhbərlik etdiyi heyətin Azərbaycana bu səfəri və parlamentdə, hökumətdə, QHT, ictimai təşkilatların və KİV-in təmsilçiləri ilə görüşləri Azərbaycanla İraq türkmənləri arasında əlaqələrin və əməkdaşlığın inkişafına öz müsbət təsirini göstərəcəyini inandığını deyib və bu cür qarşılıqlı səfərlərin artmasının əhəmiyyətini qeyd edib:

 

"Rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sıx əməkdaşlıq etdiyi İraq türkmənlərinin daha geniş tanıdılması, təbliği və əməkdaşlığın genişləndirilməsi istiqamətində bugünədək bir sıra çoxsaylı layihələr həyata keçirib və bu yaxınlarda İraq türkmənlərinin tanınmış təmsilçisi, Mədəniyyət Mərkəzinin sədri Şəmsəddin Kuzəçinin müəllifi olduğu İraq türkmənlərinin qətliamları və İraq türkmənlərinin mətbuat tarixi ilə bağlı 2 kitabı mənim ön sözüm və rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyilə çapdan çıxacaq və oxuculara təqdim olunacaq. Bunun gənc nəsillər üçün önəmli olduğunu düşünürəm".

 

İraq türkmənlərinin vəziyyəti ilə bağlı Avropa Şurası Parlament Assambleyasında geniş çıxış edərək, çağırış səsləndirdiyini deyən Qənirə Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-in və beynəlxalq ictimaiyyətin İraq türkmənlərinin vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb. O, bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq İraq türkmənlərinə ciddi dəstək istiqamətində addımları artırmalıdır. Türk Dünyasının İraq türkmənlərinə daha çox diqqət göstərməsinin vacibliyini vurğulayan millət vəkili diaspor təşkilatlarımızın da İraq türkmənlərinin səsini beynəlxalq ictimaiyyətə daha geniş duyurulması istiqamətində fəallığını artırmalarının vacibliyini xüsusi vurğulayıb və getdiyi hər ölkədə diaspor təmsilçiləri ilə bu məsələni də geniş müzakirə etdiyini, çağırış səsləndirdiyini deyib.

 

İraq türkmənlərinin hər zaman qardaş azərbaycanlıların dəstəyini hiss etdiklərini deyən İraq Türkmən Cəbhəsinin lideri, millət vəkili Ərşad Salihi və İraq türkmənlərini təmsil edən təşkilatların rəhbərləri İraqda yaşanan son hadisələr barədə daha geniş məlumat verərək İraq türkmənlərinin Türk dünyasının dəstəyinə böyük ehtiyac duyduğunu deyiblər. Onlar bildiriblər ki, həm İraq türkmənlərinin səsinin beynəlxalq təşkilat və qurumlara çatdırılmasında, onların pozulan haqlarının müdafiə olunmasında, həm də ağır vəziyyətə düşmüş, köçkün həyatı yaşamağa məcbur olan türkmən ailələrə kömək baxımından da ciddi dəstəyə ehtiyac var.

 

Görüşün sonunda millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Qənirə Paşayeva İraq Türkmən Cəbhəsinin lideri, millət vəkili Ərşad Salihi və İraq türkmənlərini təmsil edən təşkilatların rəhbərlərinə Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ, Xocalı həqiqətlərinə dair kitab, film və materialları təqdim edib və Qarabağ problemi ilə bağlı son durum və Azərbaycanın bu problemin həlli istiqamətində Türk dünyasından dəstək gözləntiləri, Xocalı Soyqırımının tanınması məsələsinin İraq Parlamentinin müzakirəsinə çıxarılmasının vacibliyi və bu istiqamətdə türkmən millət vəkillərinin ciddi dəstək və səylərinə böyük ehtiyac olduğu barədə də danışıb və fikir mübadiləsi aparılıb. Rəhbəri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin həyata keçirdiyi tədbirlər barədə danışan Qənirə Paşayeva qardaş xalqları, ölkələri bir-birinə daha da yaxınlaşdıran, qardaşları isə bir-birinə daha doğma edən layihələri gələcəkdə də həyata keçirməyi nəzərdə tutduqlarını və bu istiqamətdə İraq Türkmən Cəbhəsinin və İraq türkmənlərini təmsil edən təşkilatlarla əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını deyib.

 

Qeyd edək ki, E.Salihinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Milli Məclisi, hökumətdə bir sıra qurumların rəhbərləri ilə görüşlər keçirib və Azərbaycan-İraq münasibətlərinin, Azərbaycanla İraq türkmənləri arasında əməkdaşlığın artmasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

"Relslər üzərinə uzanmış adam"ın İANƏSİ

“Həyat gözəldir” - musiqili-ədəbi gecə