MSK sədri AŞ-dan olan nümayəndələri qəbul edib

16:01 06-05-2019 | icon 24 | Siyasət
MSK sədri AŞ-dan olan nümayəndələri qəbul edib

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanda səfərdə olan Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, MSK-dan verilən məlumata görə, M.Pənahov qonaqları salamlayaraq görüşdən məmnunluğunu ifadə edib və MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla, eləcə də Avropa Şurası və onun müxtəlif qurumları ilə uzunmüddətli səmərəli əlaqələrindən söhbət açıb.

 

O qeyd edib ki, MSK beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığa hər zaman mühüm əhəmiyyət verir. Azərbaycanın seçki sahəsində əldə etdiyi uğurlar və seçki praktikasının ilbəil daha da inkişaf edərək hazırkı səviyyəyə çatması məhz Avropa Şurası və digər beynəlxalq qurumlarla əməkdaşlığın nəticəsidir.

Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri A.Qessel MSK-dakı səmimi qəbula görə minnətdarlığını bildirib. O, Azərbaycanda seçki təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlar, seçici siyahılarının dəqiqləşdirilməsi və siyasi partiyaların maliyyə hesabatları ilə əlaqədar görülən işlərlə maraqlanıb.

Qonaqların suallarını ətraflı cavablandıran M.Pənahov ölkəmizin seçki sistemi, seçici siyahılarının dəqiqləşdirilməsi və siyasi partiyaların maliyyə hesabatlarının MSK-ya təqdim edilməsi fəaliyyəti ilə bağlı geniş məlumat verib, son illər ölkəmizdə keçirilən seçkilərdə əldə olunan nailiyyətləri və qabaqcıl təcrübəni onların diqqətinə çatdırıb.

Avropa Şurasının nümayəndə heyəti görüş və əhatəli məlumat üçün MSK sədrinə bir daha təşəkkürlərini bildiriblər.

Görüşdə həmçinin, qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə