Yol qəzasına düşən məktəblilər haqqında

16:47 06-05-2019 | icon 32 | İdman
Yol qəzasına düşən məktəblilər haqqında

Versus.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Salyan rayonu ərazisində Gənclər və İdman Nazirliyinin tabeliyində olan Şirvan şəhər Uşaq-Gənclər İdman məktəbinin idmançılarını daşıyan mikroavtobus qəzaya uğrayıb. 

 

"Qəza zamanı Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi İlkin Əhmədov dünyasını dəyişib, xəsarət alan 8 nəfər isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 4 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər 2 nəfərin vəziyyəti normaldır və həmin xəstəxanada müalicələri davam etdirilir. 1 nəfər isə kəllə-beyin travması ilə Bakı şəhərinə gətirilib. Təhsil Nazirliyinin nümayəndəsi Salyan Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb. Avtoqəzada həlak olan İlkin Əhmədovun ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik" - deyə nazirliyin məlumatında qeyd olunub. 

 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

"Relslər üzərinə uzanmış adam"ın İANƏSİ

“Həyat gözəldir” - musiqili-ədəbi gecə