AXCP: Bakıya "Qəhrəman şəhər" statusu verilsin - BƏYANAT

13:52 07-05-2019 | icon 41 | Siyasət
AXCP: Bakıya "Qəhrəman şəhər" statusu verilsin - BƏYANAT

Faşizm üzərində qələbədə payı olan bir çox şəhərlərə “Qəhrəman şəhər” statusu verilib. Bu təqdirəlayiqdir. Lakin, təsüflər olsun ki, bu qələbədə birmənalı şəkildə əvəssiz rolu olan Bakı hələ də bu ada layiq görülməyib.
SSRİ tərkibində İkinci Dünya müharibəsinə qoşulan Azərbaycan faşizmə qarşı vuruşmaq üçün 681000 əsgəri göndərib. Onlardan 350 mini, yəni yarısından çoxu canlarını faşizmlə mübarizədə qurban veriblər. Azərbaycan SSRİ əhalisinin sayı həmin dövrdə 3,4 milyon nəfərə yaxın idi. Bu Azərbaycan əhalisinin 20%-nin müharibənin bir başa iştirakçısı olması deməkdir. Bunlardan 121 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına, 34 nəfər isə “Şərəf” ordeninin hər üç kateqoriyasına, 400-dən çox azərbaycanlı SSRİ-nin müxtəlif orden və medallarına layiq görülüb.

Arxa cəbhədə də Azərbaycan əhalisi faşizmin məğlub edilməsində əvəzsiz rol oynayıblar. Bakı nefti sovet texnikasının yanacaq ehtiyacının 85%-ni ödəyib. Eləcə də bu qəhrəman şəhər ordunun ərzaqla təmin edilməsində müstəsna trol oynayıb. Bakı həmçinin müharibə zamanı hospital funksiyasını yerinə yetirib.

Bakı neftinin Hitler üçün nə qədər vacib olduğu danılmaz faktdır. Hitler SSRİ-yə hücumdan əvvəl demişdi ki, “Biz Bakı neftini nə qədər tez ələ keçirsək, sovet təyyarə və tanklarınının, eləcə də digər dəmir oyuncaqlarınının hərəkətini o qədər tez dayandırarıq”. “Felmi” planına əsasən almanlar Bakını 25 sentyabr 1942-ci il tarixdə tutmalı idi.

Ümumiyyətlə Bakı neftinin, Bakının faşizm üzərindəki qələbədə nə qədər əhəmiyyətli rol oynaması mübahisə predmeti deyil. Təkcə 1941-ci ildə Azərbaycan neftçiləri 23.5 milyon ton, yəni ümumilikdə SSRİ neftinin 90%-ni istehsal ediblər. 1942-ci ildə isə Azərbaycan neftçiləri plan üzrə aviabenzin (134%), dizel yanacaq (139.6%), kerosin (102%), avia sürtmə yağ (106%), gəmi yanacağı (162%) istehsal ediblər. 1943-cü ildə Azərbaycan neftçiləri və alimləri soyuğa davamlı yanacaq kəşf etdilər. Və bununla da sovet ordusu daha qabaqcıl yanacaqla təmin edildi.
Rusiya Elmlər Akademiyası Tarix Institutunun professoru Mixail Yuriyeviç Muxin “Qələbənin yanacağı: Azərbaycan Böyük Vətən müharibəsində (1941-1945)” adlı kitabında Azərbaycan neftini “qələbənin yanacağı” adlandırır. Bəzi tarixçilər də Bakı neftini “qələbənin qanı”, “müharibənin qanı” adlandırırlar.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bütün bu inkaredilməz faktları nəzərə alaraq təklif edir ki, faşizm üzərində qələbədə əvəssiz rol oynayan Bakı şəhərinə “Qəhrəman şəhər” statusu verilsin.
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

"Relslər üzərinə uzanmış adam"ın İANƏSİ

“Həyat gözəldir” - musiqili-ədəbi gecə