Müxalifətdə daha bir hərəkat yaranır

22:18 06-05-2019 | icon 130 | Siyasət
Müxalifətdə daha bir hərəkat yaranır

“Hakimiyyətə gəlmək üçün deyil, cəmiyyətin demokratikləşməsinə yönəlik mübarizə aparacağıq”

 

Versus.Az xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlu və Ümid Partiyasının sədri İqbal Ağazadənin müttəfiqliyi ilə yaranacaq birliyin ətrfında hələlik danışıqlar aparılır.

 

“Qapımız bütün partiyaların üzünə açıqdır

 

Partiya sədrləri öz açıqlamalarında hərəkatın ideyası barədə məlumatlar verməklə bu təşkilatın tamamilə fərqli bir siyasi xətt tutacağını iddia edirlər.

 

İqbal Ağazadə bildirib ki, yeni yaranacaq hərəkat hakimiyyətə gəlmək üçün deyil, cəmiyyətin demokratikləşməsinə yönəlik mübarizə aparacaq:

 

“Hələlik yeni yaranacaq hərəkatın adı ilə bağlı konkret fikir bildirmək istəmirik. Bu quruma digər partiyaların da qoşulması ilə bağlı danışıqlar gedir. Qapımız bütün partiyaların üzünə açıqdır. Bura AXH də, Milli Şura da qoşula bilər”.

 

 

“Biz elə addımlar atmalıyıq ki...”

 

 

Sərdar Cəlaloğlu da bildirib ki, bu hərəkat cəmiyyətin tələb və təklifi ilə meydana gəlir:

 

“Yaranacaq hərəkatın əsas ideyalarından biri də öz fəaliyyətini əsas etibarilə dövlətin suverenlik və müstəqilliyinin qorunmasına hesablanıb. Hələlik hərəkatın formalaşması ətrafında işlər gedir, ola bilsin ki gələcəkdə daha da inkişaf edəcək. Biz elə addımlar atmalıyıq ki, xarici qüvvələr ölkəmizin daxili işlərinə müdaxilə edə bilməsin”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

"Relslər üzərinə uzanmış adam"ın İANƏSİ

“Həyat gözəldir” - musiqili-ədəbi gecə

Fuad Abbasovla bağlı Putinə müraciət edilib