“DOST süfrəsi”ndə fiziki məhdudiyyətli şəxslərə iftar verilib

06:02 07-05-2019 | icon 77 | Cəmiyyət
“DOST süfrəsi”ndə fiziki məhdudiyyətli şəxslərə iftar verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ramazan ayının başlaması ilə əlaqədar “DOST süfrəsi” adlı yeni aksiyaya başlayıb.

 

Versus.Az xəbər verir ki, həssas qruplardan olan bir qrup fiziki məhdudiyyətli şəxs üçün iftar süfrəsi açılıb. Bu tədbir iftar süfrəsi ətrafında əlilliyi olan şəxslərimizlə səmimi, mehriban ünsiyyət mühitində yaddaqalan bir görüşə çevrilib.

 

Ramazan ayının yüksək dəyərlərindən biri də iftar süfrəsini bölüşməkdir. “DOST süfrəsi” aksiyası bu dəyəri özündə ehtiva etməklə, mənəvi birlik, həmrəylik duyğularının, qarşılıqlı hörmət və mehribanlıq hisslərinin cəmiyyətdə güclənməsinə töhfə vermək məqsədi daşıyır.

 

Qeyd edək ki, estafet növbəti gün üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ötürülüb. Bildirilib ki, estafetin ötürülməsini gözləmədən hər kəs kampaniyaya qoşula bilər

Aksiyanı davam etdirəcək qurumlar və ya şəxslər bu barədə "Facebook" səhifələrində postlarını #dostsüfrəsi “hashtag”ı altında paylaşacaqlar.

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

Qovlar şəhərində fitoterapiya ilə bağlı geniş seminar keçirilib

“Vətənpərvərlik verilişlərinin sayı və keyfiyyəti yetərli deyil” - MÜSAHİBƏ