Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın - TƏKLİF

12:16 07-05-2019 | icon 23 | Gündəm
Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın - TƏKLİF

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı keçirilir.

 

Versus.Az xəbər verir ki, Türk Şurasının baş katibi Bağdad Amreyev informasiya və media üzrə məsul nazirlərin və yüksək vəzifəli rəsmilərin ötən toplantısından sonra görülən işlər barədə məlumat verib. O, işçi qrupunun VII toplantısında müzakirə edilən məsələlərdən danışıb. Baş katib deyib ki, VII toplantıda şuraya üzv dövlətlər üçün önəmli məsələlər müzakirə olunub.

 

Toplantıda çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov deyib ki, 2012-ci ildə türkdilli dövlət başçılarının zirvə görüşündə yaradılan Şura üzv dövlətlərinin maraqlarını ifadə edərək müxtəlif aspektlər üzrə fəaliyyət göstərir:

"Müzakirə olunan əsas məsələlərdən biri dövlətlərimiz arasında mətbuat sahəsində əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Bu əməkdaşlıq Avrasiya və dünya məkanında xalqlarımızın maraqlarını ifadə edilməsinə xidmət etməlidir".

 

Şöbə müdiri qeyd edib ki, Şuraya üzv olan ölkələrin hər biri bərabərhüquqludur:

"Əməkdaşlıq mühiti Şuranın əldə etdiyi ən böyük nəticədir. Əməkdaşlıq istiqamətində bütün məsələlərə dəstək verməyə hazırıq. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında infrastrukturu dağıdıb. Biz istərdik ki, türk ölkələrinin mətbuatında bununla bağlı məlumatlar, informasiyalar getsin. Əgər Turkiyə regionda hər hansı problemlə rastlasirsa, biz onlara informasiya dəstəyi verməliyik. Türk Şurasına daxil olan ölkələr qarşılıqlı şəkildə bir-birinə dəstək verməlidir".

 

Ə.Həsənov vurğulayıb ki, televiziya sahəsində qarşılıqlı əlaqələr qurulmalı və dövlətlərin milli bayramları da efir vasitəsilə yayımlanmalıdır:

"Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyalar bir-biri ilə əlaqə qurub. Nəyə görə bizim televiziya kanallarının yerli kabel şəbəkələrində təmsilçiliyi təmin olunmur? Təəssüflər olsun ki, Azərbaycan televiziyalarının nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanmasına rast gəlinmir. Təklif edirəm ki, Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın".

 

PA rəsmisi əlavə edib ki, vahid türkdilli televiziyanın yaradılması təşəbbüsü dörd ildir ki, müzakirə olunur: "Təəssüflər olsun ki, bu məsələ həllini tapmayıb. Mövcud televiziyalardan birinin türkdilli dövlətlərin vahid kanalına çevrilməsi, bu funksiyanın hansısa formada icra edilməsi masa üzərindədir. "TRT AVAZ" kanalı bu mənada müzakirə obyektidir".

 

Qazaxıstanın informasiya və sosial inkişaf nazirinin müavini Marad Azilxanov qeyd edib ki, ölkəsi Türk Şurasının üzvü olan dövlətlərin telekanallarının və informasiya agentliklərinin əməkdaşlığının genişləndirilməsini dəstəkləyir. O təklif edib ki, Şuraya üzv ölkələr Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin “Böyük Çölün yeddi özəlliyi” adlı məqaləsi ilə bağlı sənədli filmin çəkilməsinə dəstək versinlər. Nazir müavini, eyni zamanda, üzv dövlətlərin telekanallarında 4 ölkənin filmlərinin nümayiş olunması təklifini yüksək dəyərləndirib.

 

Qırğızıstanın Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Baxtımgül Novruzbayova bildirib ki, ölkəsi Şuraya üzv dövlətlərə aid xəbərlərin və videoların yayılmasını təmin edir. Qırğızıstan Türk Şurası ölkələrində baş verən hadisələrin operativ şəkildə geniş coğrafiyaya çatdırılmasında maraqlıdır. B.Novruzbayova vurğulayıb ki, media qurumlarının imicinin artırılması istiqamətində daha çox iş görülməlidir.

 

Türkiyə Prezidentinin baş müşaviri, mədəniyyət, informasiya və turizm nazirinin müavini, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış çıxış edərək deyib ki, 2009-ci ildə yaradılan TRT AVAZ türk xalqları arasında əməkdaşlığı daha da gücləndirdi. Bu kanal türk xalqlarına aid mədəniyyətin və tarixin dünya ictimaiyyətinə çatdırılmasında mühüm işlər görür. TRT AVAZ-ın hazırladığı verilişlər TRT-nin digər kanallarında da nümayiş olunur. TRT AVAZ-ın həyata keçirdiyi işlər bundan sonra da gücləndirilməlidir. Bunun üçün türk dünyasının dəstəyi artırılmalıdır.

Qeyd edək ki, toplantı çərçivəsində milli ictimai televiziya kanalları arasında çoxtərəfli texniki əməkdaşlıq protokolunun imzalanması mərasimi olacaq.

 

Versus.Az

Xəbər lenti

V qrup üzrə tələb olunan minimal ballar və qabiliyyət imtahanlarının tarixləri – Aktual sual

V ixtisas qrupunun abituriyentləri qəbul imtahanının II mərhələsini vermədən müsabiqədə iştirak edə bilirlər

Ən əzablı qətlə məruz qalan, Avropa alimlərini qidalandıran sirr dolu alim – Azərbaycan filosofu

Leyla Abdullayeva: Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar üç istiqamətdə aparılır

Ramazanın 16-cı gününün duası, imsak və iftar vaxtı

Ramazanda 30 günlük orucun orqanizmə MÖCÜZƏVİ TƏSİRİ

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb

Azərbaycan və İran sərhədyanı ərazilərdə televiziya və FM radio yayımları tənzimlənəcək

Qəbələdə ər həyat yoldaşının başını kəsib

İran aşağı faizli uran istehsalını 4 dəfə artırdığını bəyan edib

Putindən Zelenskiyə mesaj...

İran XİN Trampa: "Heç vaxt iranlını hədələmə"

Rusiyadakı jurnalistimiz Fuad Abbasovla bağlı şok informasiya

Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək

AXH üzvləri polisə aparılır

Bakıda böyük mağazası olan iş adamı və arvadı öz evində girov götürüldü

Millət vəkili Qovlarda müəllim və şagirdlərlə görüşüb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

AXH Novxanı qəsəbəsində yürüş edəcək