Əli Kərimli ortaqlıq təklifi aldığını etiraf etdi

01:29 08-05-2019 | icon 67 | Siyasət
Əli Kərimli ortaqlıq təklifi aldığını etiraf etdi

"Məqsəd isə iqtidara xidmət etmək üçün İsa Qəmbərin səslərini parçalamaq olub"

 

Versus.Az "MÜsavat"-a istinadən xəbər verir ki, AXCP sədri Əli Kərimlinin hakimiyyətlə vaxtıilə əməkdaşlıq etdiyi barədə zaman-zaman ən müxtəlif şəxslər tərəfindən açıqlamalar olub. Bir zamanlar onun ən yaxın adamları sırasında olmuş keçmiş silahdaşlarından da bu tipli açıqlamalar dəfələrlə verilib. Bu günlərdə Əli Kərimlinin sabiq müavini, BAXCP sədri Qüdrət Həsənquliyev də müsahibəsində yenidən Əli Kərimlinin illər öncə hakimiyyətlə sövdələşməyə getməsindən danışıb. 

 

Əli Kərimli isə mayın 6-da Azadlıq Radiosuna böyük müsahibə verib. Müsahibədə də diqqət çəkən məqamlardan biri Əli Kərimlinin 2000-ci ildə parlamentə necə düşdüyü, hakimiyyətdən ona və partiyasına ortaqlıq təklifi gəldiyi ilə bağlı açıqlamalarıdır. 

 

“Bu yaxınlarda Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin səs yazısı yayıldı. Deyir ki, bu gün bizim imkanlarımız yoxdur, ona görə də biz AXCP ilə Milli Şura ilə əməkdaşlıq edirik, onların imkanlarından yararlanırıq. Amma qırmızı xəttimizi də müəyyənləşdirmişik. Doğrudanmı Əli Kərimli meydanı, qapını açıq qoyub ki, onun imkanlarından onun meydanından başqaları da istifadə eləsin.

 

Картинки по запросу taleh bağırzadə

Bu nə verir ki, sizə?” sualına cavabında Əli Kərimli Tale Bağırzadənin gizlində yazılmış səs yazısının detallarını izah edib və onun məxfi planlarına haqq qazandırıb:

 

“Tale Bağırzadə deyir ki, biz onların media resurslarından istifadə edirik. Həmin gizli səs yazısında Tale Bağırzadə öz tərəfdarları ilə balaca bir çevrədə danışır və orada deyir ki, biz müxalifətin media imkanlarından da istifadə edirik sözümüzü deməkdən ötrü. Burada bir əcaib nə isə görmürəm. Tale Bağırzadə yeni siyasətə başlamış, heç bir KİV-i olmayan ictimai-siyasi xadimdir və deyir ki, müxalifətə yaxın olan KİV-lərdən öz fikirlərimizi yaymaq üçün istifadə edirik. Burada qeyri-adi bir şey yoxdur. Qırmızı xətlə bağlı və "dini liderimizi seçmişik" söhbəti ilə bağlı dediklərinə gəlincə, bu sirr deyil və tək Tale Bağrzadəyə aid deyil bu fikir... Bu məsələni siyasətə gətirib guya ki, Azərbaycanda böyük bir kəsimi az qala vətən xaini elan etmək hökumətin iftirasıdır. Biz hər bir vətəndaşımıza sahib olmalıyıq. Tale Bağırzadəni mən yaxşı tanımıram. Açıq etiraf etmək edirəm. Hökumət Nardaran olayını düzəldib bizi də bu işə qoşana qədər ümumiyyətlə heç tanımırdım. Mən adamla məhkəmədə tanış olmuşam... Bir ara hökumətdəkilər beyinlərinə yerləşdirmişdilər ki, nəyin bahasına olur-olsun məni həbs eləsinlər. Bilmirəm bu fikirlərindən daşınıblar yoxsa daşınmayıblar”.

 

“Bu münasibət Əli Kərimlinin əvvəllər hakimiyyətlə və ya hakimiyyətdə kimlərləsə iş birliyinin olmasının nəticəsi deyilmi? Sanki bir əməkdaşlıq olmuşdu və pozulmuşdu. Vaxtıilə 2000-ci ildə hakimiyyətdəki islahatçı qanadla müxalifətdə bəzilərinin əməkdaşlığı haqqında danışılırdı.

 

Bu sövdələşmənin baş tutmadığının, yoxsa, nəyin nəticəsidir ki, sizə bu münasibət var?” sualına cavabında isə AXCP sədri 2000-ci ildə hakimiyyətdən ona yüksək səviyyədə əməkdaşlıq təklifi edildiyini etiraf edib:

 

"Mən o vaxt demişəm ki, bəli, 2000-ci il üçün hökumətin əsas rəqibi öndə olan fiqurlar İsa Qəmbər və Etibar Məmmədovdur, Əli Kərimlinin hələ 35 yaşı var, rəhbərlik elədiyi partiya parçalanıb, mən onlardan az təhlükəliyəm. Ona görə onları parlamentə buraxmadılar, bizim parlamentə keçməyimizə mane olmadılar. Ondan sonra hökumətə elə gəldi ki, əgər bizim parlamentə düşməyimizə mane olmayıblarsa, deməli bizimlə daha dərin əməkdaşlıq edə bilərlər və biz buna borcluyuq. Mənə əməkdaşlıq təklif olundu. Yüksək səviyyədə, beynəlxalq vasitəçilərin iştirakı ilə. Təfsilatını isə təbii ki, deməyəcəyəm, axı mən siyasətçiyəm. Beynəlxalq səviyyədə təklif olunmuşdu, çox yüksək təkliflər oldu, özümlə də bağlı. O alınmayandan sonra Qüdrət Həsənquliyev bir təşəbbüsdə etdi, təzədən guya hökumətlə bizim bir koalisiya yaratmağımız məsələsi ortaya çıxdı, söhbət Xalq Cəbhəsinə beş nazirliyin verilməsindən gedirdi. Əli Kərimlinin spiker olmağından söhbət gedirdi. Mən bu qədər böyük təkliflərdən imtina etmişəm. Xalq Cəbhəsinin Rəyasət Heyəti buna şahiddir. Bizim 4 saatlıq müzakirələrimiz gedib. 17 nəfərin iştirakı ilə Rəyasət Heyətində 4 saat müzakirə aparmışıq və mən demişəm ki, partiyamıza bu təklif olur ki, hökumətlə əməkdaşlıq edək, koalisiyaya girək, mən bunu qəbul eləmirəm, amma partiyanın Rəyasət Heyəti bunu məqbul bilsə mənsiz özünüzə sədr seçib bu yolu gedərsiz. İki nəfər istisna olmaqla bütün Rəyasət Heyəti mənə dəstək verdi. Biz o zaman qərar verdik və müxalifətdə qaldıq. Bu bizim seçimimiz olub”.

 

Əli Kərimli vurğulayıb ki, yaşadığı məhrumiyyətlər də öz seçiminin nəticəsidir və buna görə də peşman deyil.

 

Əli Kərimlinin bu iddialarına Qüdrət Həsənquliyev münasibət bilidirib. Versus.Az  ölkə mediasında yayılan həmin münasibəti oxucularının diqqətinə çatdırır.

Qüdrət Həsənquliyev Əli Kərimlinin iddialarının gülməli olduğunu deyib və qeyd edib ki, Kərimli çoxdan ciddiliyini itirib:

 

“...Onun iqtidarla ən yüksək səviyyədə, həm parlament, həm də Prezident Administrasiyası səviyyəsində birbaşa ciddi əlaqələrinin olduğu halda iqtidar bu təklifi niyə mənim vasitəmlə ona çatdırmalıydı?! Rəyasət Heyətində heç vaxt belə bir müzakirə olmayıb”.

 

Картинки по запросу qüdrət həsənquliyev

 

BAXCP sədri bildirib ki, Elçibəy Bakını tərk edəndən sonra Əli Kərimli Milli Məclisə, mərhum prezident Heydər Əliyevin yanına gedib və Avropa ölkələrindən birinə səfir göndərilməsini xahiş edib: “Amma rədd cavabı aldı. Onun ana müxalifət kimi qalması daha məqsədəuyğun hesab olunmuşdu. Yenə desəydi ki, mənə vitse-spiker vəzifəsi təklif olunmuşdu, bəlkə də kimsə inanardı. Seçkini udan partiya başqa partiya sədrini necə spiker seçə bilər?! Dünya buna gülməzdimi? Bu onun həmin müsahibədə dediyi kimi, balaca oğluna özündən düzüb, qoşub danışdığı nağıllardan biridir”



Qüdrət Həsənquliyev Kərimlinin Etibar Məmmədovu müdafiə etməsinin səbəbləri barədə söylədiklərini də cəfəngiyat adlandırıb:

“Kərimlinin ən ciddi tərəfdarı, hazırda ABŞ-da yaşayan Qorxmaz Əsgərovun “Ayının əmisi oğlu” adlı "Azadlıq" qəzetinin internet səhifəsində dərc olunmuş məqaləsini oxuyun və başa düşəcəksiniz ki, Əli Kərimli Milli Demokratiya İnstitutunun diqtəsi ilə eyni iqtidarda təmsil olunduğu İsa Qəmbəri yox, həmin iqtidarın devrilməsində müstəsna xidmətləri olan Etibar Məmmədovu müdafiə edib.

Məqsəd isə iqtidara xidmət etmək üçün İsa Qəmbərin səslərini parçalamaq olub. Yox, seçkidən sonra özünü sığortalamaq üçün qələbə münasibətilə təbrik etdiyi İsa Qəmbərin həmin düşərgənin öncülü olmasını başa düşməyibsə vay bu gün də onun arxasınca gedənlərin halına. Yaxşı olardı Qarabağın itirilməsi hesabına hakimiyyətə gəlmək istəyən Əli Kərimli “Key West”danışıqları ərəfəsində ABŞ səfirinin tövsiyyəsilə AXCP-təyin olunmuş mitinqini niyə təxirə salmasından danışsın?”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə