"Payı istəməzlər, payı verərlər"...

18:27 08-05-2019 | icon 51 | Köşə
"Payı istəməzlər, payı verərlər"...

ELMAN ELDAROĞLU

 

Hələ şair deyildi. Balaca Musa dədə-baba yurdunda yer şumlayıb toxum səpirdi. Biçin vaxtı böyüklərə qoşulub məhsul yığırdı. Nə dünyanın qara daşından xəbəri vardı, nə də kiməsə "öyrətmə özünə, öyrətmə məni" söyləmişdi. İllər ötdü, balaca Musa sətir-sətir, şeir-şeir cilalanıb böyük şair oldu. Və bir gün Buynuz sakini Musanın şöhrəti yaşadığı kəndin hüdudlarını aşıb Azərbaycana yayıldı. Necə deyərlər, Yaqubov Musa şair Musa Yaquba sığındı. Mayasında halallıq olduğu, poeziyası sevgidən yoğrulduğu üçün xalq məhəbbəti qazandı...

 


Bəli, Musa Yaqub 1937-ci ildə İsmayıllı rayonunun Buynuz kəndində dünyaya gəlib. Orta təhsilini həmin rayonda aldıqdan sonra Göyçay pedaqoji məktəbində təhsilini davam etdirib. Daha sonra bir il Tircan kənd orta məktəbində müəllim, doqquz il Buynuz kənd ibtidai məktəbində əvvəlcə müəllim, sonda direktor vəzifəsində çalışıb. 1967-1973-cü illərdə işləyə-işləyə ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb. 1974-cü ildə Bakıya köçüb. Dörd il Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifələrində çalışıb. 1978-ci ildə doğma yurda dönərək "Zəhmətkeş" qəzetində redaktor işləyib. İlk əsəri 20 yaşında "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması olub...

 


Musa Yaqub son illər Parkinson xəstəliyindən əziyyət çəkir. Parkinson xəstəliyi Alzheimer xəstəliyindən sonra ən çox rast gəlinən degenerativ xəstəlikdir. Bu xəstəliyin xüsusiyyəti dopaminergik neyronların itkisi və hüceyrə sitoplazmasında "Lewy" cisimlərinin tapılmasıdır…

Musa Yaqubun yaradıcılığı barədə danışmaq istəmirəm. Bu haqda çox deyilib, çox yazılıb. Onun xalqın şairi olduğunu bu xalq çoxdan qəbul edib, bircə qalıb hakimiyyət. Poeziya həmişə sərin dağ çeşməsi kimi şaqraq səsiylə əsəbləri oxşamır, bəzən də çaylar kimi kükrəyib məcrasından çıxır. Allaha sən deyə müraciət edən poeziya heç kimə siz deməyi bacarmaz. Kimin dediyini unutmuşam, şairi güllələməzlər, şairi gülə tutarlar…

 

 

"Payı istəməzlər, payı verərlər" söyləyən şairin inanıram ki, halal payı tezliklə veriləcək. Bəli, dövlət o vaxt güclü olur ki, xalqın dediyini hakimiyyət də deyir.
Mayın 10-da ölkəsinin böyük şairi Musa Yaqubun 82 yaşı tamam olur. Amerika Birləşmiş Ştatlarından, bəzən coşub daşan, bəzən də az qala ləpəyə bənzəyən dalğaları ilə sahillərini yalayan Atlantik okeanının yaxınlığından Onu təbrik edir, Ona ağrı-acısız günlər arzulayıram…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

"Relslər üzərinə uzanmış adam"ın İANƏSİ

“Həyat gözəldir” - musiqili-ədəbi gecə

Fuad Abbasovla bağlı Putinə müraciət edilib