Qənirə Paşayeva şəhid ailələri və Qarabağ qaziləri ilə iftar süfrəsində görüşüb

18:46 08-05-2019 | icon 125 | Cəmiyyət
Qənirə Paşayeva şəhid ailələri və Qarabağ qaziləri ilə iftar süfrəsində görüşüb

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB və “Zəfər” şəhid ailələrinə dəstək İB şəhid ailələri, Qarabağ qaziləri və əlilləri üçün iftar süfrəsi verib.

 

Versus.Az-ın məlumatına görə, Müqəddəs Ramazan ayının gəlişi münasibətilə şəhid ailələri, Qarabağ qaziləri və əlilləri təbrik edən millət vəkili Q.Paşayeva onlara Allahdan bütün dualarına çatmalarını diləyib. Şəhid ailələrimizə, Qarabağ qazilərimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır deyən millət vəkili hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. Dövlətimizin, dövlət başçımız cənab İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban Əliyevanın hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları, qazilərinə və əlillərinə dəstək və qayğısından danışan millət vəkili Q.Paşayeva inşallah növbəti iftar süfrələrimizi Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl torpaqlarımızda verək deyib.

 

Müqəddəs Ramazan ayının hikmətlərindən danışan millət vəkili bütün insanlarımızı bu müqəddəs ayın hikmətlərinə uyğun əməllərə çağırıb. Q.Paşayevanın dəvətilə ölkəmizə səfər edən Türkiyənin tanınmış təsəvvüf yazar - araşdırmaçısı Cemalnur Sargut çıxış edərək öz sözlərinə Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etməklə başlayaraq, təşkilatçılara belə bir görüşdə iştirakına imkan yaratdıqları üçün  minnətdarlığını bildirib və şəhid ailələrini, Qarabağ qazilərini Ramazan ayı münasibətilə təbrik edib, dualarına çatmalarını diləyib, siz bizim ən dəyərlilərimizsiz deyıb və müqəddəs Ramazan ayının hikmətləri, İslam dini dəyərləri və təsəvvüf və İslam dininə böyük töhfələr vermiş Azərbaycan kökənli böyük şəxsiyyətlərdən danışıb. O, “Nəfsin tərbiyəsi”, “Gözəl əxlaq”, İslamda qadın” və başqa mövzular üzərində də ətraflı dayanaraq, haqqa, ədalətə, duruluğa, gözəlliyə aparan yolun ağırlığından və şərəfindən danışıb və iştirakçıların suallarını cavablandırıb və inanırıq ki, ədalət bərpa olunacaq və azərbaycanlı məcburi köçkünlər öz evlərinə dönə biləcəklər deyib. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova və “Zəfər” şəhid ailələrinə dəstək İB-nin rəhbəri, qəhrəman şəhid hərbçimiz Raquf Orucovun xanımı Sevinc Orucova çıxış edərək cənab Prezidentin və 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ qazilərinə diqqət və qayğısını xüsusi vurğulayıb, hər kəsi müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik ediblər.

 

Tədbirdə Qarabağ müharibəsi veteranları cəmiyyətinin fəallarından Mübariz Quliyev, Azərbaycan İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, QHT rəhbərləri və ziyalılar da çıxış edib, şəhid ailələrini, Qarabağ qazilərini və əlillərini təbrik edib və hər zaman yanınızdayıq deyiblər. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Q.Paşayeva və ziyalılar Qarabağ qaziləri, əlilləri və şəhid ailələri ilə geniş söhbət və fikir mübadiləsi də aparıblar, hər zaman yanınızdayıq, inşallah gələn Ramazan bayramını birlikdə Xankəndində, Şuşada, Xocalıda qeyd edək deyib deyiblər. Millət vəkili Q.Paşayeva müəllifi olduğu "Allah sevən qəlblərdədir" kitabını imzalı şəhid ailələri, Qarabağ qaziləri və əlillərinə hədiyyə edib.

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

"Relslər üzərinə uzanmış adam"ın İANƏSİ

“Həyat gözəldir” - musiqili-ədəbi gecə