“Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol” - SEMİNAR

16:10 09-05-2019 | icon 131 | Cəmiyyət
“Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol” - SEMİNAR

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) sədri, millət vəkili Qənirə Paşayeva və təsəvvüf araşdırmaçısı, yazar Camalnur Sarqutun təqdimatında “Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol” mövzusunda seminar təşkil olunub.

 

Versus.Az-ın məlumatına görə, Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq,  ölkəmizdə tarixən mövcud olan milli-mənəvi mühitin qorunub saxlanıldığını, həmçinin dini təhsil sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Prezident cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə  Azərbaycan İlahiyyat İnstitutunun yaradıldığını qeyd edib. Rektor əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan işlərin, ölkəmizin inkişafında və milli-mənəvi dəyərlərin zənginləşdirilməsində həyata keçirilən tədbirlərin hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

C.Məmmədov ali təhsil müəssisəsinin qarşısında duran əsas vəzifənin dərin dini və dünyəvi biliklərə, zəngin dünyagörüşünə və yüksək intellektə malik kadrların hazırlanmasına yönəldiyini bildirib. Güclü təhsillə yanaşı, elmi və mədəni inkişaf istiqamətində təşkil olunan konfrans, seminar, layihə və proqramlar barədə məlumat verib. Mövzunun əhəmiyyətini qeyd edən İnstitut rəhbəri milli-mənəvi dəyərlərin gənclərin yüksək kamillik tərbiyəsindəki və müstəqil dövlətçilik ənənələrinin inkişafındakı rolundan bəhs edib.

 

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayeva seminarda çıxış edərək bildirib ki, “Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol” mövzusu öz aktuallığı ilə seçilir. Millət vəkili qeyd edib ki, hazırda cəmiyyətimizdə milli-mənəvi dəyərlərin təbliği ilbəil daha geniş vüsət almaqdadır. Bildirib ki, Azərbaycanın milli-mənəvi dəyərləri, mədəni irsi xalqımızın qürur mənbəyi kimi dünya sivilasiyasında sevilib-seçilir.  Bu sahəyə dövlət tərəfindən xüsusi qayğı və diqqət var, bu isə qeyri-maddi-mədəni irsimizin gələcəyinə nikbin baxmağa ümid verir.

Millət vəkili daha sonra qeyd edib ki, mədəniyyətlər və dinlərarası dialoqu dəstəkləyən, beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan üçüntəsəvvüf və ümumən ilahiyyat mövzusu daim aktualdır:

 

“Azərbaycanda üçüncü dəfə səfərdə olan Camalnur Sarqut xanımınməqsədi dinimizin gözəlliyini gənclərə, insanlara çatdırmaqdır. Biz gəncliyimizə səslənirik ki, əsl İslamı öyrənsinlər. Bu gün çox ağrılıdır ki, din pərdəsi adı altında gənclərimizi radikalizmə sürükləyirlər”.

 

Seminarda “Ayətəl-kürsü”, “Yaradılış sirri”, “İnsani-kamilin həqiqəti”, “Eşqdəndinlə”, “Canıncanıdır”, “Hz. Adəm”, “Şəms”, “Ey insan”, “Peyğəmbərə sevdirilən qadın”, “Kəbənin həqiqəti” və digər kitabların, bir sıra əsərlərin müəllifi, təsəvvüf araşdırmaçısı, yazar Camalnur Sarqut Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, burada yaradıcılığına verilən qiymət onun üçün daha təsirli və yaddaqalandır.

“Müasir dünyamızda mənəviyyat problemi və kamilliyə gedən yol” mövzusunda çıxış edən C.Sarqut iman gətirən, yaxud iman gətirməyən hər bir insanın ruhunda mükəmməl insan axtarışı olduğunu qeyd edib. “İnsan öz həyatının memarı olmalıdır”, – deyən yazar təsəvvüf fəlsəfəsinədair fikirlərini bölüşüb. Gənclərin sağlam ruhda, milli-mənəvi dəyərlərə bağlı yetişdirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Türk dünyasının birliyinin, birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

Fuad Abbasovla bağlı Putinə müraciət edilib