Hitlerin "edam siyahısı”

16:54 09-05-2019 | icon 78 | Tarix
Hitlerin "edam siyahısı”

1945-ci ilin may ayında Almaniyanın tam məğlubiyyətindən sonra Adolf Hitlerin bunkerində aparılan axtarış zamanı bir çox sənədlər əldə olunub. Bu sənədlərin arasında diqqət çəkənlərdən biri fürerin “axtarış siyahısı” olub. Heç bir “məxfi” statusu olmayan bu sənəd 3-cü Reyxin məhv edəcəyi, yaxud da məhv etmək arzusunda olduğu insanların “qara siyahısı”ndan ibarət olub.

 

Versus.Az "Müsavat"a istinadən yazır: maraqlıdır, dünya ağalığına iddialı Hitler kimləri özünə düşmən sayıb, yaxud fürerin yuxusuna haram qatanlar kimlər olub?
Siyahıda ilk yer alanlar siyasətçilər olub. Birinci sıranı Stalin, Ruzvelt, Çörçill, Şarl de Qoll bölüşdürüblər.

 

Təbii ki, Hitleri daha çox narahat edən yüksəkçinli hərbçilər olublar. Vemaxt generallarının qənimi olan marşal Jukovun adı fürerin hərbçilərlə bağlı “qara siyahısı”na liderlik edib. Hitleri daha çox qorxudan ikinci hərbçi isə britaniyalı feldmarşal Montqomeri olub. Bu siyahıda həmçinin Sovet İttifaqı Qəhrəmanı, komandanlıq etdiyi S-13 SSRİ sualtı gəmisi ilə almanlara meydan sulayan Aleksandr Marinesko, partizan hərəkatının əsas təşkilatçılarından biri İlya Starinov, bir döyüşdə 7 alman tankını məhv edən Sovet İttifaqı Qəhrəmanı serjant Mixail Borisov, partizan hərəkatının fəallarından biri, şəxsən general Mülleri əsir götürən Dayan Murzinin də adları yer alıb.

 

Картинки по запросу stalin çörçil ruzvelt

Hitler SSRİ-nin elm adamlarından da qisas almaq istəyib. T-34 tankının konstruktoru Mixail Koşkin ölümündən sonra belə fürerin qəzəbinə düçar olub. Almanlar Xarkov qəbirstanlığında Koşkinin qəbrini dağıdıblar.

 

Diqqətindən heç nə yayınmayan Hitlerin sovet karikaturaçıları Boris Yefimov və Valdimir Qalbanın öz əsərləri ilə ona necə güldüklərini də unutmayaraq adlarını “qara siyahı”ya salıb.

 

 

 

 

Картинки по запросу çarli çaplinDünyaca məşhur olan Çarli Çaplin “Böyük diktator” filmindən sonra Hitlerin əsas düşmənlərindən birinə çevrilib və fürer onu da məhv etmək qərarına gəlib.

 

Hitler idman sahəsində də öz düşmənlərini müəyyənləşdirməyə vaxt tapa bilib. Alman zabitlərindən ibarət olan komandanı məğlub edən Kiyevin “Start” klubunun oyunçuları füreri sözün əsl mənasında özündən çıxarıb.

 

 

 

Картинки по запросу левитан диктор

Hitler Kremlin “dəmir səsi” olan diktor Yuri Levitanı özünə birinci düşmən sayıb. Levitan fürer üçün Stalindən də böyük düşmən olub. 3-cü Reyx hər səhər onun səsini eşidəndə əsəblərini cilovlaya bilməyib. Diktorun aradan götürülməsi üçün kifayət qədər böyük məbləğdə pul mükafatı ayıran Hitler bu arzusuna da çata bilməyib.

 

Fürer jurnalistika sahəsinə də əl gəzdirməyi unutmayıb. Yazıçı-jurnalist Leonid Xentovun “Hitler SSRİ-yə qarşı” kitabı işıq üzü görəndən sonra, 3-cü Reyx müəllifi işıq üzünə həsrət qoymaq göstərişi verib.

 

Adolf Hitler özünə düşmən saydığı insanların adlarını mətbuatda da səsləndirib, jurnalistlərə verdiyi müsahibələrində də açıqlayıb. Qələbə çalaçağına son dərəcə inamlı olan fürer bu adları açıqlayarkən, bəlkə də ağlına gəlməyib ki, reyxin şərəfi sayılan şəxsi ştandartı Moskvanın baş meydanında İosif Stalinin ayaqları altına atılacaq, başına pul qoyduğu Yuri Levitan sovet qoşunlarının alman faşizmi üzərində qələbəsi ilə bağlı SSRİ Dövlət Müdafiə Komitəsinin məlumatını səsləndirəcək.
Yəqin ki, “İnsanları daha yaxşı tanıdıqca, itləri daha çox sevməyə başlayıram” deyən Adolf Hitler bu ifadəsində yanılıb.

 

Düzdür, fürer itləri daha çox sevib, amma insanları, xüsusilə də rəqiblərini yaxşı tanımayıb, onların gücünə tam bələd olmayıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

Qovlar şəhərində fitoterapiya ilə bağlı geniş seminar keçirilib

“Vətənpərvərlik verilişlərinin sayı və keyfiyyəti yetərli deyil” - MÜSAHİBƏ