Daha bir məktəbli intihara əl atdı - SOS

09:54 10-05-2019 | icon 38 | Cəmiyyət
Daha bir məktəbli intihara əl atdı - SOS

Versus.Az sosial mediada yayılan növbəti “Elina dəhşəti” ilə bağlı yayılan məlumatı təqdim edir.

 

Xəbərə görə, növbəti “Elina dəhşəti” Nizami rayonu 109 nömrəli orta məktəbdə baş verib.

 

Məktəbin 5-ci sinif şagirdi Əliyeva Fatimə Şamxal qızı intihara əl atıb.

Belə ki, Fatiməyə uzun müddətdir məktəbin Nigar və Bahar adlı müəllimələrindən təzyiqlər varmış. Buna səbəb isə Fatimənin əvvəlcə həmin müəllimlərindən yanına hazırlığa getməsi, daha sonra başqa müəllim tapıb onlardan ayrılması olub. Ardınca məktəbdə Nigar müəllimə tərəfindən 50 manatdan pul yığılıb. Fatimənin ailəsinin imkanı çatmadığı üçün 20 manat verməli olublar. Üst-üstə baş verən hər iki hadisədən sonra müəllimələr uşağa savaş açıblar.

 

Hansı dərsə girsə Fatiməni lövhəyə çıxardıb yersiz tənqid və şər yaxmağa başlayıblar. İntihara səbəb də elə bu olub, İnformatika müəllimi olan Nigar yenə Fatiməni lövhəyə çıxardıb, uşaqların içində geyindiyi corabını, saçına taxdığı aksesuarı lağa qoymağa başlayıb, hamı yaranmış vəziyyətə gülüb. Ürəyi soyumayan Nigar müəllimə ardınca eyni ilə Elina kimi onu hansısa oğlanla danışmaqda və görüşməkdə suçlayıb. Bundan sarsılan Fatimə məktəbdən qayıtdıqdan sonra Whatsapp-la nənəsinə səs ataraq müəlləmiələrinin onu canından bezdirdiyini, ona əxlaqsız damğası vurduqlarını, uşaqların içində dayanmadan alçaldıb təhqir etdiklərini, artıq yaşamaq istəmədiyini deyib.

 

Sonra telefonu bağlayıb, xəstə atasının qəbul etdiyi bütün dərmanları içib və intihar edib. Otağında onu huşsuz vəziyyətdə tapa valdeynlər onu təcili olaraq Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırıblar. Uşaq 17 saat komada qalıb. Hazırda Nizami rayonu 24-cü polis idarəsində Fatimə Əliyevanın intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi başladılıb, araşdırma aparılır. Fatimə Əliyevanın intiharı ilə bağlı məktəbin direktoru Fizuli Xudiyevə zəng etdik.

 

Cəmiyyət İnformasiya Agentliyindən olduğumuzu və ailənin şikayət etdiyini söyləyən kimi Fizuli Xudiyev səsini başına atdı:

"Əşşi, nə mətbuat, nə agentlik e... Məsələni prokrorluq araşdırır, qələt edir şikayət edən valideyn də, şagird də" deyib telefonu üzümüzə bağladı".

/Cia.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə