Azərbaycanlı qız Türkiyə televiziyasında müsəlman oldu

10:08 10-05-2019 | icon 44 | Maraqlı
Azərbaycanlı qız Türkiyə televiziyasında müsəlman oldu

Türkiyə televiziyasında maraqlı hadisə baş verib.

Versus.Az  ölkə.az-a istinadən bildirir ki, "ATV" kanalında Ramazan bayramı ilə əlaqədar yayımlanan Nihat Hatipoğlunun verilişində hollandiyalı bir qonaq Kəlimeyi-şəhadət gətirərək müsəlman olub.

 

Tamaşaçılar arasında olan Anna mikrofonu götürərək Hatipoğluna Hollandiyadan gəldiyini və müsəlman olmaq istədiyini deyib. Anası hollandiyalı, atası azərbaycanlı olan Annanın nişanlısı türkdür. O, "Annanın bu qərarına mənim təsirim yoxdur. Özü araşdırdı, müsəlman olmaq istədiyini dedi. Mən də sizin yanınıza gətirdim" deyib.

Hatipoğlu cütlüyü yanına çağırıb və "Aramıza xoş gəldin, bu istəyin məni çox xoşbəxt etdi" deyib. Anna Nihatın İslam barədə dediklərini dinlədikdən sonra "Dediklərinizə qatılıram və qəbul edirəm. Yaşadığım müddət ərzində bunlara diqqət edəcəm" deyib.

Azərbaycanlı Anna Hatipoğlunun köməyi ilə Kəlimeyi-şəhadət gətirərək müsəlman olub. Onun adı da bundan sonra Tuana olacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

"Relslər üzərinə uzanmış adam"ın İANƏSİ

“Həyat gözəldir” - musiqili-ədəbi gecə