"Azərbaycanda psixoloji yardım işi yaxşı getmir"

11:25 10-05-2019 | icon 64 | Cəmiyyət
"Azərbaycanda psixoloji yardım işi yaxşı getmir"

Ramil Nəcəfli: "Qeyri peşəkar QHT-lər Azay Quliyevdən - dövlətin fondundan - qrant alaraq "xərcləyirlər""

 

"Ölkəmizdə bu sahənin inkişafı və əhaliyə keyfiyyətli psixoloji yardım layihələrinin təqdim olunması bilavasitə VƏTƏNDAŞ CƏMİYYƏTİNİN inkişafından asılıdır. Bəli, bu gün Azərbaycanda psixoloji yardım işi yaxşı getmir. Fərdi özfəaliyyət şəklində işləyən psixoloq və psixiatrların bütün cəhdləri məhz vətəndaş cəmiyyətinin Azərbaycanda az qala yox dərəcəsində olması üzündən öz səmərəsini vermir".

 

Bu barədə Versus.Az-a psixoloq, psixoterapevt, NLP üzrə ixtisaslı mütəxəssis Ramil Nəcəfli Psixoloqlar günü, ümumilikdə cəmiyyətdə psixoloji yardım və bu istiqamətdə ictimai tələblərin səviyyəsi ilə bağlı açıqlamasında bildirib.

 

"...kurs keçərək psixoloqluq edənlər, ayrıca yoqa, bioenerji, falçılıq, parapsixologiya ilə məşğul olub özünü psixoloq kimi təqdim edənlər hərəsi bir "respublikadır"

 

10 May Dünya Psixoloqlar günü münasibətilə hər kəsi təbrik edən Ramil Nəcəfli, bütün digər sahələrdə olduğu kimi, bu sahədə də sistemsizlik, nizamsızlığın hökm sürdüyünü deyib:

 

"Türkiyədə təhsil alıb gələn uzmanlar ayrı bir qruplaşma yaradıb bu sahəni öz monapoliyasina almaq istəyir. Öz imkanları ilə ölkədə və xaricdə kurslar keçib bu ixtisasa yiyələnənlər, habelə, ali psixologiya təhsili olmayan, bununla belə psixoloji fəaliyyətlə məşğul olan qeyri-ixtisas sahibləri, həmçinin ATU-nu qeyri-paixiatriya üzrə bitirib, əvvəllər ravmatoloq, uroloq, ginekoloq və s. sahələrdə həkim işləyib sonradan kurs keçərək psixoloqluq edənlər, ayrıca yoga, bioenerji, falçılıq, parapsixologiya ilə məşğul olub özünü psixoloq kimi təqdim edənlər hərəsi ayrıca bir "respublikadır". Əksəriyyəti də bir-birini bəyənmir. Bir-birinin tədbirlərinə qatılmır. Heç qruplaşmalar özləri də oz "kruq"larından kənar başqa psixoloq həmkarlarıyla qaynayıb qarışmır, psixoloq kimi qəbul etmir. Türkiyədə uzmanlıq keçən, yaxud başqa bir ölkədə klinik psixoloq ixtisasına yiyələnənlər özünü 30 il bu sahədə çalışan alimlərdən ağıllı sayır". 

 

"İxtisaslı psixoloji cəmiyyətlərin heç QHT-lərə Dövlət Dəstəyi Surasından qrant alaraq layihələr icra etməsi də qeyri-mümkündür"

 

Pamil Nəcəfli hesab edir ki, psixoloji yardım işinin genişlənməsi, inkişafı psixoloqların inteqrasiyası birgə işdən keçsə də, bir çox psixoloqların ayrı-ayrı "dərnəklərdə, özlərinə qapanması" üzündən bu, hələ də arzu olaraq qalır: 


"Ölkədə psixoloqların və ya psixologiya ilə məşğul olanların birləşib müxtəlif cəmiyyətlər, assosiasiyalar yaradaraq AR Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmələri, praktiki olaraq qeyri-mümkündür. İxtisaslı psixoloji cəmiyyətlərin heç QHT-lərə Dövlət Dəstəyi Surasından qrant alaraq layihələr icra etməsi də qeyri-mümkündür. Peşəkarların icra etməli olduğu layihələri, adı var özü yox olan, yaxud yuxarı dairələrlə iş birliyində olan qeyri peşəkar QHT-lər Azay Quliyevdən dövlətin fondundan qrant alaraq "xərcləyirlər". İnsanlara lazımi psixoloji dəstək layihələri həyata kecirmək üçün heç bir resurs yoxdur. Kreativ layihələr etmək istəyən təşəbbüskarı, ixtisasını seçən insanları isə dövlət qapılarında həvəsdən salırlar". 


R.Nəcəfli son vaxtlar məktəblilərin "intihara cəhdlər seriyasına" nəzər salaraq, nəhayət bu istiqamətdə ciddi işlərin, ciddi tədbirlərin görülməsi üçün istər QHT, istər Təhsil Nazirliyi, istərsə də, digər dövlət rəsmilərinin qarşısında ciddi bir "tələblə dayandığını" bəyanlayıb:

 

"Məktəblərdə və universitetlərdə gənclərlə sistemli psixoloji fərdi inkişaf seminarları aparılmır. Bunun əvəzində YAP Gənclər təşkilatları Gənclər Fondundan aldıqları qrantları "oformut" eləmək, Fonda süni hesabat vermək üçün universitet rektorlarının köməyi ilə tələbələri konfrans zallarına yığıb şəkil çəkib dagılısırlar".

 

R.Nəcəfli hesab edir ki, bu gün ali və orta ixtisas məktəblərində tələbələr üçün düşüncə, davranış sarıdan mədəni kütləvi psixoloji fərdi inkişaf kurslarına kəskin ehtiyac var:

 

"Bizim bu barədə müraciətlərimiz olur. Sadəcə hər dəfə biz dövlət orqanlarına layihə təklif edəndə layihələrimizin adını cəlbedici görüb, oğurlayırlar. Dövlətdən qrant götürüb, yaxud hədəf kutlələrindən pul yigib, özləri qeyri-peşəkar yolaverici tədbirlər keçirirlər. Benefisiarlarsa bu işlərdən xəbərsiz olur, yaxud heç nə əldə etmirlər. Orta məktəblərdə psixoloji dəstək layihələri aparılmır. Məktəb direktorlarına yaxın olan, yaxud formal xarakterli psixoloq ştatları ilə məktəblərdə uğurlu psixoloji yardım olmaz"!

 

Psixoloq mövcud vəziyyətdən narahatlığını ifadə edərək, əlavə tədbirlərin görülməsini vacib sayıb:

 

"Bütün bunlar ondan irəli gəlir ki, ölkədə sistemli vətəndaş cəmiyyəti yoxdur.
Olsaydı, hətta bir-birini bəyənməyən və bu işdə çalışan adamların da bir-birinə inteqrasiyasını təşkil etmək olardı. Sanki hər kəs özünə işləyir və cəmiyyətin əsas tələbi yaddan çıxarılır.
Dövlət tərəfindən psixoloqları motivasiyaedici ideoloji, sistemli iş aparılması lazımdır. Elə bir iş ki, bu sahəni sevən adamları bir araya gətirib onların potensialından istifadə olunsun. Yoxsa müəyyən qayda-qanunlar çıxarıb hansısa qruplaşmalara aid olan adamların assosiativ görüşləri, keçirilən tədbirlər bu sahəni irəli apara bilməz.
Problemlər imkan vermir ki, nə psixoloqlar inkişaf etsin, nə də hədəf qrupları olan benefisiarlar, sıravi vətəndaşlar keyfiyyətli psixoloji yardım ala bilsinlər.

Arzum budur ki, ölkəmizdə əsl vətəndaş cəmiyyəti qurulsun. Nəticədə psixoloji yardım layihələri üçün də əlverişli mühit formalaşsın. Öz işini sevən insanlar sevdikləri işi keyfiyyətlə həyata keçirsinlər".

 

Sevda Teymurova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV