Elnarə Dərziyea BDU-nun jurnalistika fakultəsində 

12:12 10-05-2019 | icon 100 | Təhsil
Elnarə Dərziyea BDU-nun jurnalistika fakultəsində 

Versus.Az  xəbər verir ki, əməkdar jurnalist Elnarə Dərziyeva Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri ilə görüşüb.

 

20 ildən artıqdır ki, jurnalistika sahəsində fəaliyyət göstərən Elnarə Dərziyeva əsasən sosial və kriminal jurnalistika ilə bağlı təcrübəsini bölüşüb, tələbələrin çoxsaylı suallarını cavablandırıb. Kriminal jurnalistikanın təhlükəli olması ilə yanaşı, maraqlı, faydalı tərəflərindən də bəhs edib.


"Belə görüşlərin ən çox dəyərləndirdiyim tərəfi tələbələrin birinci kursdan etibarən sual vermək vərdişləri qazanmaqlarına təsiridir. Sağ olsunlar, yalnız diqqətlə dinləməklə kifayətlənməyib suallarını da verdilər. Aralarında kriminal jurnalistika sahəsi üzrə ixtisaslaşmaq həvəsinə düşənlər də oldu. Uğurlar!" - deyən Elnarə xanım bu dəvətdən və ümumiyyətlə, keçirdiyi gündən son dərəcə məmnun qaldığını bildirib: 

"1997-2002. Bakı Dövlət Universitetində sonuncu dəfə 17 il əvvəl, tələbəlik dönəmində olmuşam. Uzun illərdən sonra bu ali təhsil ocağına bir telejurnalist kimi dəvət olunmaq və 20 illik təcrübəmi bölüşmək qürurvericidi. Tələbələrin aktivliyini xüsusilə qeyd etmək istəyirəm. Jurnalistikanın kriminal və sosial araşdırmalarla bağlı bölümü gənclərimizin, həqiqətən də, marağına səbəb oldu.Bunu onların mənə ünvanlıdıqları suallardan da görmək mümkün idi. Dəvətə görə fakultəmizin dekanı, dəyərli həmkarım Vüqar Zifəroğlu və Anzulə Pərvizqızına təşəkkürümü bildirirəm.. Tələbələrimizə isə uğurlar diləyirəm!"

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

Fuad Abbasovla bağlı Putinə müraciət edilib