XARA QALMAZ "XARI BÜLBÜL"

16:02 10-05-2019 | icon 106 | Qarabağ
XARA QALMAZ "XARI BÜLBÜL"

ŞUŞA!.. Vətənin zümrüd tacı... Sənin gözəlliyinə heyran olanlar səni "Balaca Paris" adlandırmış. Sənin səfalı havanı udanlar səni məşhur "Davos"dan üstün bilmişlər... SƏNi görən, SƏNə heyran qalan hər kəs SƏNi bir gözələ bənzətmiş... SƏNi isə ancaq özünün yetirməyə qadir olduğun "XARI BÜLBÜL"ə bənzətmək olar!..

 

Sən Vətənin XARI BÜLBÜLüsən... Yad ellərdə, yad əllərdə üzü gülməz XARI BÜLBÜlü!.. Sən başdan-başa nəğməsən ŞUŞAm... Hər daşın, hər qayan, hər ağacın, hər otun, hər zərrə torpağın nəğməkardır sənin!.. Hansı torpaq sənin qədər nəğmə oxuya bilər? Hansı torpaq sənın qədər nəğməkar verə bilər? - Hacı Hüsü, Keçəçi oğlu Məhəmməd, Cabbar, Zabul Qasım, Segah İslam, Seyid, Xan, Bülbül, Üzeyir, Rəşid, Niyazi, Fikrət, Soltan... Saymaqla bitməz ki...

 

Sən adi insan yetirə bilmızsən ki... Sən bəşəriyyətə dahilər verə bilərsən ancaq! SƏN təkcə şeir-sənət yurdu deyilsən, SƏN həm də qəhrəmanlar, igidlər oylağısan ŞÜŞAm! SƏNin hər qayanda, hər daşında min döyüşün izi yatır. SƏNin hər səhifən döyüş dolu canlı bir tarixdir... SƏN "müharibə meydanında üz ağardan və düşməni qırmaq üçün ürəkləri lalətək dağlı olan" ərənlərin yurdusan... SƏNə tamah salan çox olub. Qılıncla gələn, qılıncla ölüb.. SƏN qüdrətli Qacarın yaxın düşə biımədiyi alınmaz qalasan... Səni almaqda aciz qalan bu tiran İbrahim Xana: "Fələyin mancanağından fitnə daşı yağır, sən axmaqcasına Şişə içərisinə sıqınmısan" - deye istehza edər. Qacarın ağlını başından edən cavab gecikmir: "Əgər məni qoruyan mənim bildiyimdirsə, o, Şüşəni daşın qoltuğunda mühafizə edər".

 

Səni 33 gün mühasirədə saxlayıb kor-peşiman geri dönən Qacarın aqibəti vaxtı ilə onun sələfləri Məhəmmədhəsən xana, Fətəli xan Əfşara da qismət olmuşdur. Onların cavabını vaxtilə SƏNin təməlini qoyan igid Pənah xan vermişdir... Xatın arxında Məhəmmədəli xanı tamamilə darmadağın edən Pənah Xan.. Bu aqibət səni 8 ay mühasirədə saxlayıb məğlub olan Fətəli Xandan da yan keçmədi: "... O vuruşmada atların ayaqlarının tozundan qara dəniz kimi hava qaranlıqlaşdı... həmin vaxt tüfəng və topun tüstüsündən göy üzü bulud kimi örtüldü. Dolu kimi güllə yağırdı, heç kəs güllədən qorxmurdu..."

 

Fətəli Xanın mühasirəsinin belə uzun çəkməsinin səbəbi isə əbədi düşmənin, qoynuna sığınıb öz məkrli hiylə torunu gizli-gizli hörən erməni soysuzları idi. Tarix onların xəyanətinin dəfələrlə şahidi olub. Onlar zaman-zaman məkrli niyyətlərini işə salır, özləri gücsüz olduqlarından Azərbaycan xanlıqlarını bir-birinə düşürür, düşmən edirdilər. Erməni məkri bu siyasəti ilə Qarabağ xanlığını zəiflədib məhv etmək istəyirdilər. Onların məkrli niyyətinin ilk qurbanı olan Şəki xanı Çələbi Xanın əlində qalan məyusluğu oldu: "Pənah Xan xan idi, biz onu şah edib qayıdırııq".

 

SƏN zaman-zaman qoynunda yer verdiyin, hər sözlərindən fitnə göyərən bu nankorlardan xəyanətdən başqa bir şey görmədin. Biz isə dönə-dönə məruz qaldığımız xəyanətlərdən dərs almağı öyrənə bilmədik. Onların qorxaq tərəfini görüb xəfifə aldıq, ən qorxulu tərəfləri olan məkrli hiyləgərliklərini heçə saydıq. Sələflərinin layiqli davamçıları olan, onların məkrli planını, saxtakarlıq estafetini layiqincə davam etdirən bugünkü törəmələri öz nəsil ənənələrinə sadiq qalaraq fitnə torlarını məharətlə hördulər...

 

SƏNi quran, düşmən tapdağından, yağı təcavüzündən canları bahasına qoruyan igid ərənlər SƏNin "Bakirə"liyinə xələl gəlməyə qoymadılar. Şərəfinin ləkələnməsinə izn vermədilər... Onların bugünkü övladları olan bizlər isə bu ŞƏRƏFi qoruya bilmədik... qəflət yuxusundan gec ayıldıq. Mayası yad toxumundan tutulan, erməni "əlcəyi" geyən içimizdəki soysuzların hiylə torunda əlimiz-ayağımız bağlı qaldı... bu gün də hələ bu torda çırpınmaqdayıq...

 

... Düşmən SƏNə qalib gəlmədi, ŞUŞAm! Qalibiyyət qılınc gücünə, igidlik bahasına olar. SƏN xəyanətin qurbanı oldun, igidlərin namərd toruna düşdülər...

 

Bilirəm, nə vaxtdır Koroğlu nərəsinə, Mənsuriyyə, Heyratı zilinə, Şikəstə harayına həsrət qalmısan... Eşitdiyin qarğa qarıltısı, bayquş səsidir... Nə vaxtdır Vaqifin durnaları da yurda dönmürlər...

 

Bilirik, səbrin tükənib.. başından ağ örpək əksik olmayan uca dağlarının, şiş qayalarının gözü yoldadır!..

Vaxtilə pəhləvanlarının rəqabət meydanı olan "Dotələb təpəsi" igid üzünə həsrətdir!.. "Ərim gəldi" öz igid ərlərinin yoluna baxmaqdan yorğun düşüb!.. "Qız Qayası" gözəl qızlarının gülüşünə tamarzıdır!.. Vaqifin, Nəvvabın uyuduğu "Cıdır Düzü" intizardadır!.. Xəzinə Qalası... Üc Mıx zirvəsi.. Topxana meşesi... Turşsu oylağı.. İsa, Səkili, Sarı baba bulağı... Qırxqız yaylağı... Bağrıqan dağı... Hər daşın, hər qayan intizardadır...

 

Ən böyük həsrət isə XARI BÜLBÜLün dür!.. Gözü yolda qalıb XARI BÜLBÜLün!... Yad ellərdə, yad əllərdə acılmayan XARI BÜLBÜL!.. Xara qalmaz XARI BÜLBÜL!!!..

 

PAKİZƏ BABAZADƏ
/İsveç-Bakı/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

"Relslər üzərinə uzanmış adam"ın İANƏSİ

“Həyat gözəldir” - musiqili-ədəbi gecə