AXCP-dən növbəti BƏYANAT

16:50 10-05-2019 | icon 56 | Siyasət
AXCP-dən növbəti BƏYANAT

"Azərbaycan və Gürcüstan müttəfiq, dost ölkələrdir. Azərbaycanlılar və gürcülər tarix boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bəli, tarixdə zaman-zaman hər iki ölkə arasında müəyyən problemlər çıxıb. Lakin xarici qüvvələrin marağında olan, onların təsiri və təziqiylə yaranan bu anlaşılmazlıqlar qısa müddətdə sülhlə aradan qaldırılıb".

 

Versus.Az-ın məlumatına görə, bu barədə AXCP-nin bu gün yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir:

 

Bu gün də Azərbaycan və Gürcüstan strateji müttəfiqdirlər, mehriban qonşudurlar, dövlətçilik və digər maraqları baxımından da biri-birlərinə ehtiyyacları var.

Son günlər Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşən "Keşikçidağ" məbədi ətrafında yaranan anlaşılmazlıq da hər iki dövlətin inkişafını, suverenliyini, azadlığını istəməyən xarici qüvvələrin, düşmənlərimizin birbaşa təsiriylə süni yaradılıb və qızışan xətt üzrə idarə olunur.

 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Azərbaycan və Gürcüstan xalqlarını, ictimaiyyətini ayıq, həssas, soyuqqanlı olmağa, provikasiyaya getməməyə çağırır. Bu gün Azərbaycan və Gürcüstanın dostluğa, müttəfiqliyə ehtiyacları var. Kənardan xırda görünən sözügedən problem hər iki xalq, dövlət üçün artıq təhlükəyə çevrilməkdədir. Biz, iki qonşu, dost xalq əsla düşmənə icazə verməməliyik ki, aramıza nifaq salsın. Bu, hər iki tərəfin də ziyanına olar.

 

"Keşikçidağ" məbədi ətrafındakı anlaşılmazlığa gəldikdə isə, hər kəsə məlumdur ki, bu monastr Azərbaycan ərazisində yerləşir. Və Gürcüstan tərəf, rəsmi Tbilis də bunu belə qəbul edib. Bu günə kimi necə olubsa, bundan sonra da Gürcüstan vətəndaşları rahat şəkildə bu monastrı ziyarət edə bilirlər. Bunun üçün onlara heç bir zaman maneə törədilməyib, bundan sonra da törədiləcəyinə inanmırıq.

 

AXCP olaraq bir daha bildiririk ki, bu süni yaradılan, əsassız problemə, anlaşılmazlığa qısa müddətdə son verilməlidir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

"Relslər üzərinə uzanmış adam"ın İANƏSİ

“Həyat gözəldir” - musiqili-ədəbi gecə