Əzəli rəqiblər üz-üzə gələcək

09:27 11-05-2019 | icon 23 | İdman
Əzəli rəqiblər üz-üzə gələcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümünün son oyunları keçiriləcək.

 

Versus.Az Oxu.Az-a istinadən xəbər verir ki, mövsümün son turu formal xarakter daşıyır.

Belə hesabında 63 xal olan “Qarabağ” artıq çempionluğunu rəsmiləşdirib. Qurban Qurbanovun yetirmələri ardıcıl altıncı, ümumilikdə yeddinci dəfə Azərbaycan çempionu adını qazanıb.

 

“Neftçi” ikinci (58), “Səbail” (41) isə mövsümü üçüncü yerdə başa vurub. Hesabında 20 xal olan “Keşlə” sonuncu pilləni tutaraq I diviziona düşüb.

Sonuncu turun açılış matçında “Səbail” “Keşlə”ni qəbul edəcək. Qarşılaşma yerli vaxtla saat 15:00-da başlayacaq. 

 

Daha iki oyun isə saat 16:00-da start götürəcək – “Sumqayıt” “Qəbələ” ilə, “Sabah” isə “Zirə” ilə münasibətlərə aydınlıq gətirəcək. 

Mövsümə saat 18:00-da başlayacaq “Neftçi” – “Qarabağ” matçı ilə yekun vurulacaq. Artıq hər şeyin bəlli olmasına baxmayaraq, əzəli rəqiblərin qarşılaşması maraqla gözlənilir.

Oyundan öncə PFL ictimai asayişi pozan, təhrikedici və təhqiredici hərəkətlərə yol verən şəxslərin cəzalandırılacağı barədə xəbərdarlıq edib.

Bu oyundan sonra isə 2018-2019 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb